Şəhərə çökmüş sükut yenidən pozuldu
Bir zaman Səid Mətinpur yazdı: Hər bir ilkəl və təbii haqlarını əldə etmək üçün Azərbaycanlı aktivist yaxalandıqdan sonra “səssizliyi pozmaq üçün yeni bəhanəmız olur və beləcə bizi daimi səssizliyə dəvət edən insanların umudlarını kəsirik”. Səid bəy, söyləyir, zindanın bizə heç bir ehtiyacı yoxdur və bu bizik ki, asimilə siyasətinin qarşısında dirənməyimiz üçün hər bir dustağı istəklərimizi söyləmək üçün bəhanəyə çevirməliyik.
Səid söyləyir, biz dilimizin, kültürümüzün rəngini, boyasını istəyirik. Bu qədər sadəlik və bəsitliklə...
Seyid Heydər Bayat bu sükutu pozmağı belə yozur: “ Dustaqların ailəsi fəxrlə əzizlərinin durumundan danışanda zindanın da tabusu qırılır. Daha toplumun da insanlarının çoxu anlayır, hər cürmsüz dustaq suçlu deyil, bəlkə zindanın başqa anlamı da var. Bir gün, kimlikləri uğrudanda çalışan və siyasi dustaqları qarşılamaq üçün küçələrin bəzənilməsi heç də gözlənilməz deyil. O an haqqlarımızı əldə etmək üçün bir addımlıq aramız olacaqdır”.
Mehrdad Kərəminin yenidən tutuqlanması- dekabrın 24.ü - bir daha diqqətin Zəngana yönəlməsi üçün bəhanə oldu. Doğrudan da Zəngandan hər milli aktivistin tutuqlandığında, elə də pozmağı xoş gəlməyən sükutun təməli daha artıq boşalır.
Əkbər Paşayi
24 dekabr 2011