Bakı   21°C
 
 
Chicago   13°C
 
Brussel   3°C
 
 
Təbriz   15°C
 
17 May 2012
۲۸ ارديبهشت ۱۳۹۱

Türkcə   تورکچه   فارسی
İRAN XARİCİ SİYASƏTİNİN XARAKTERİSTİKASI - 2 Küçült Büyüt
İRAN  XARİCİ  SİYASƏTİNİN  XARAKTERİSTİKASI - 2

  

İslahatçı kimi tanınan Məhəmməd Xatəminin 1997-ci ildə prezident seçilməsindən sonra “inqilabın ixrac”ı prinsipləri və Xomeyninin daxili dövlət quruluşu konsepsiyasının bəzi əsas müddəalarına yenidən baxılması cəhdləri müşahidə olunmuşdur. İslahatçı və mühafizəkar qüvvələr arasında daxili siyasi mübarizənin istiqaməti və dinamikasını əks etdirən bu mövzu üzərində polemika əsasən 2000-ci illərin əvvəllərində yaşanmış  və müəyyən dərəcədə hal-hazırda da davam etməkdədir. İslahatçılar qeyd edirlər ki, müasir dövrdə xarici İranyönümlü mərkəzləri dəstəkləmək əvəzinə qüvvələri daxili, ilk növbədə iqtisadi problemlərin həlli üzərində cəmləşdirmək lazımdır. Onların fikrincə, bu cür siyasətin davam etdirilməsi ölkənin beynəlxalq imicinə mənfi təsir göstərməklə yanaşı, milli iqtisadiyyata qoyula bilən maddi vəsaitlərin israfına gətirib çıxarır. Bəzi radikal əhval-ruhiyyəli islahatçılar mövcud dövlət quruluşunun (“Velayət-i Fəqih” üsul idarəsi) əhalini, ilk növbədə gəncləri qane etmədiyini vurğulayırlar. Bu baxımdan onlar hazırkı şəraitdə bu konsepsiyanın digər ölkələrə “ixracı”nın müzakirəsinin məntiqsiz və gülünc olduğunu qeyd edirlər.

 

İslahatçılar tərəfindən siyasi rəqiblərinin nəzərəti altında olan, islahat əleyhinə atılan addımlarda iştirak edən, eləcə də “ixrac” məsələləri ilə məşğul olan strukturların fəallığının və nüfuzunun aşağı salınması üzrə mütəmadi cəhdlər edilmişdir. M.Xatəminin tərəfdarlarının bu istiqamətdə atdıqları addımlardan biri də Məclisin islahatçı qanadı tərəfindən İran təqvimi ilə 1380-ci ildə (2001-2002-ci illər) büdcə haqqında qanuna 2001-ci ilin fevral ayında düzəlişlərin tətbiq edilməsi cəhdi olmuşdur. Bu düzəlişlərin bır sıra maddələrində dini-xeyriyyə təşkilatlarının maliyyələşdirilməsinin azaldılması nəzərdə tutulmuşdur. Lakin mühafizəkarların nəzarətində olan qurumlar bu təşəbbüsün qarşısını almışlar. Xatırladaq ki, bu sahədə nəzarətin gücləndirilməsi üzrə cəhdlərdən biri də 2002-ci ilin avqust-sentyabr aylarında Məclisə təqdim edilmiş və bəzi müddəalarında dini rəhbərin birbaşa tabeçiliyində olan sahələrdə icra hakimiyyəti başçısının rolunun artırılması nəzərdə tutulan “Prezidentin səlahiyyətlərinin müəyyənləşdirilməsi” haqqında qanun layihəsi ilə bağlı olmuşdur. Bu istiqamətdə də islahatçılar müvəffəqiyyət əldə edə bilməmişlər. Belə ki, mühafizəkarlar Nəzarət Şürası vasitəsilə bu təşəbbüsün qarşısını almışdılar.

 

Xatəminin Xomeyninin konseptual müddəalarını ölkə daxilində və xaricdə həyata keçirən strukturların mövqelərinin zəiflədilməsi kursu Ayətullah Xameneyi başda olmaqla mühafizəkar elita tərəfindən mənfi qəbul edilirdi. Belə ki, həmin strukturlar mühafizəkarların ideoloji dayaqlarını təşkil etməklə yanaşı, onların mühüm maddi gəlir mənbəyi hesab olunur. Radikal mühafizəkarlar arasında yayılmış ümumi rəyə görə, Xatəminin İranda ideoloji sahədəki islahatları ruhanilərin dövlət idarəciliyində rolunun azaldılmasına, yabançı Qərb dəyərlərinin güclənməsinə, həmçinin islam, antiimperialist, Amerika əleyhinə qüvvələrin dayağı kimi ölkənin beynəlxalq imicinin zəifləməsinə gətirib çıxaracaqdı. Bu isə sonda İran dövlətçiliyinin dağılması ilə nəticələnəcəkdir. Bununla əlaqədər Xatəminin prezidentliyi dövründə mühafizəkar dairələr dövlət quruluşunun ən vacib sahələrində, ilk növbədə imam Xomeyninin ideoloji konsepsiyasının dönüşməsi istiqamətində islahatların aparılmasına maneələr yaratmağa çalışırdılar. Daha sonra prezident kreslosuna Mahmud Əhmədinejadın oturması ilə Xatəmi tərəfindən başladılan proses dayandırıldı və tam əks istiqamətdə fəaliyyət sıxlaşdırıldı.

 

İran xarici siyasətinin ikinci xarakterik xüsusiyyəti totalitar anlayışa malik olmasıdır.[1] Bu anlayış, İranda qurulan rejimin totalitar xarakterinin xarici siyasətə də yansımasıdır. Özünü “tək doğru rejim” kimi xarakterizə etmək, “ətrafı düşmənlə çevrili və daimi fövqəladə şəraitdə yaşayan dövlət” yanaşmasını bəsləməkdədir. Daima xaricdən təhlükə hiss etmək cəmiyyəti buna qarşı hazir və mobilizə etmək zərurətini aktullaşdırmaqdadır. Bu isə İran hakimiyyətinin fövqəladə xarakterli qərarlar almalarına legitimlik təmin etmə və davamlı böhran yaratma və ya böhranlardan bəslənmə imkanı verməkdədir. Tehrandakı ABŞ səfirliyinə basqın, “Şeytan ayətləri”nin müəllifi Ruşdinin ölümünə fitva və ya nüvə programı kimi proseslər bu anlayışın nümunələri sayıla bilər.

 

İran xarici siyasətinin üçüncü xarakterik xüsusiyyəti 1648 tarixli Vestfalya müqaviləsi ilə qurulan milli dövlətə əsaslanan beynəlxalq münasibətlər sisteminə qarşı olmasıdır.[2] “İslam ümməti” ritorikasını mənimsəyən İran, müasir milli dövlət sistemini və onun sərhədlərini qəbul etməyən və Vestfalya öncəsi dövrdə keçərli olan beynəlxalq münasibətlər konseptini təmsil etməkdədir.[3] Bu anlayış çərçivəsində  İran konstitusiyası hükümətin qarşısına “vahid qlobal cəmiyyəti yenidən formalaşdırmak üçün digər İslamçı və xalqçı hərəkatlarla birlikdə mübarizə aparma” hədəfini qoyub.[4] Konstitusiya beləcə “milli maraqlar” konsepsiyasını İran xarici siyasətinin gündəliyindən çıxardarkən, “milli hakimiyyət” anlayışının çərçivəsini “İslam dünyası coğrafiyasını əhatə edəcək” şəkildə genişləndirib. Bu yanaşma çərçivəsində ilk dövrlərdə İran mövcud qlobal və regional  münasibətlər sistemini hesaba almırdı. 

 

Ancaq beynəlxalq vəziyyət və xüsusən də İran-İraq müharibəsi İranın “milli maraqlar” konsepsiyasına İslami konsepsiya çərçivəsində yenidən baxmağı gündəmə gətirib.  Məhəmməd Cavad Laricani tərəfindən “Ümm-alqura tezisi” kimi 1984-cü ildə xarakterizə edilən yanaşmanın əsas tezislərinə görə, İran islam dünyasının ana vətənidr, onu qorumaq əsas milli məqsədlərdən biridir. Əgər Ümm-alqura təhlükə altında isə onu qorumaq öncəliklə olmalıdır. Bu hədəflə “inqilab ixracı” arasında münaqişə olarsa, Ümm-alqura üstün tutulmalıdır.[5] Milli maraqlara dair bu dəyişim  İran Konstutisiyasında da yer alıb. Bu çərçivədə “milli maraqlar” konsepti İran konstitusiyasında ilk dəfə 1989-cu ildəki dəyişikliklərlə özünü göstərdi və siyasi sistem bu anlayışı Milli Təhlükəsizlik Ali Şurası qurumu yaradılması ilə institutlaşdırdı.[6]

 

İran xarici siyasətinin dördüncü xarakterik xüsusiyyəti imperial ambisiyalara əsaslanmasıdır.[7] Bu imperiyal ambisiyanın müdafiə və hucum olmaq üzrə iki cəhəti var. İran xarici siyasətinin müdafiə xarakteri öz təhlükəsizliyinə təhlükə olduğunu hesab etdiyi “Qərb imperiyalizminə qarşı və  onun İslam dünyasındakı müttəfiq rejimlərinə qarşı çıxmağı” hədəfləməkdədir.[8] İran bu anlayış çərçivəsində sadəcə İslam dünyasında deyil, eyni zamanda qlobal miqyasda da Qərb imperializminə qarşı müttəfiklik edə biləcəyi  Venesuela, Nikaraqua, Boliviya kimi antiimperialist xarakterli gündəmə malik ölkələrlə əməkdaşlığa xüsusi diqqət yetirir. Hətta Rusiya, Çin, və ya Hindistan kimi ölkələrlə münasibətlərin inkişafında da qlobal sistemdə Qərbi, xüsusən də ABŞ-ı tarazlama qayğısı açıqca sezilməkdədir.

 

İran xarici siyasətinin imperyal ambisiyasının hucum xarakteri isə konstitusiyasında açıqca yazıldığı və bizim üstdə ətraflı izah etdiyimiz “İslam dünyasına liderlik etmə”, “İslami və adil xalq hərəkatlarını dəstəkləmə”, hətta “vahid dünya cəmiyyəti qurma” hədəflərində özünü göstərməkədir. İranın bölgəsində Suriya, İraq şiələri, Hamas və Hizbullah kimi aktyorlarla münasibətləri bu hədəflərin tətbiqinə dair nümunələr kimi xarakterizə edilə bilər. Bu prosesdə İran “islam ümməti” ritorikası ilə yanaşı Əhəməni, Sasani, Səfəvi, Qacar, hətta Pəhləvi xənadanlarının mədəni və tarixi ənənələrindən fəal istifadə etməkdədir.[9] 

 

Nəticədə, İranin “İslami konseptə” əsaslanan ideolojik xarici siyasətinin müəyyənləşdirilməsində inqilabilik, totaliterlik, imperiya ambisiyası və Vestfalya ilə qurulan  milli dövlətə söykənən beynəlxalq münasibətlər sistemənə qarşı olması  davamlılılığı təmin edən prinsiplər kimi mühüm əhəmiyyətə malikdir.

 


[1] Mozaffari, “İranian İdeologial Foreign Policy”, s.10.  

[2] Sadeghi, “Genealogy of Iranian Foreign Policy: İdentity, Culture and History”,  s.11 və Mohammad Reza Dehshiri və Mohammad Reza Majidi, “Iran’s Foreign Policy in Post-Revolution Era: A Holistic Approach”, s.109.    

[3] Mozaffari, “İranian İdeologial Foreign Policy”, s.11.  

[4] The Constitution of the Islamic Republic of Iran, Preamble/The Form of Government in Islam, http://faculty.unlv.edu/pwerth/Const-Iran(abridge).pdf , s.3.

[5] Nabavi, “The Range in İran’s Idealistic Foreign Policy: Ebbs and Tides”, s.7.

[6] Nabavi, “The Range in İran’s Idealistic Foreign Policy: Ebbs and Tides”, s.3.

[7] Mozaffari, “İranian İdeologial Foreign Policy”, s.12.

[8] İran xarci siyasətinin bu ritorikasına dair nəzri yanaşma üçün baxınız: Sadeghi, “Genealogy of Iranian Foreign Policy: İdentity, Culture and History”,  ss.19-23.

[9] İran xarici siyasətindək “yumşaq güc” amilinin istifadəsi üçün baxınız: Mohammad Reza Dehshiri və Mohammad Reza Majidi, “Iran’s Foreign Policy in Post-Revolution Era: A Holistic Approach”, ss.110-112; Jeffrey Haynes,  “Religion, ‘soft power’ and foreign policy making in the USA, India and Iran”,  http://archive.sgir.eu/uploads/Haynes-haynes_stair_paper_13_august_2007.pdf  (20 Avqust 2010)

 
Dr. Nazim Cəfərsoy, GünAz TV Ekspert Qrupunun üzvü | 02-Yanvar-2012, 11:50
Fikrini Yaz »   Dostuna göndər »   Çap et »  
Share | |

   
Məqalələr
ATƏŞİ KƏSƏ BİLMƏYƏN ATƏŞKƏS
İŞĞAL VƏ ATƏŞKƏS AYI
Bütöv Azərbaycan uğrunda mübarizə aparan dostlarıma
Güney Azərbaycanı savunan savunmasız milli vəkil Musa BƏRZİN XƏLFƏLİ
ƏRDOĞANIN İRAN SƏFƏRİ - 2
İSTANBULDAKI NÜVƏ DANIŞIQLARI: ÜMUMİ MƏNZƏRƏ
NÜVƏ DANIŞIQLARI: İSTANBULDAN SONRA, BAĞDADDAN ÖNCƏ
ƏRDOĞANIN İRAN SƏFƏRİ-1
Bütöv Azərbaycanın tərkib hissəsi olan BATI AZƏRBAYCANA AZADLIQ
İranın nüvə fəaliyyətləri və ABŞ -2
İRANIN NÜVƏ FƏALİYYƏTLƏRİ və ABŞ - 1
Azərbaycan-İran Münasibətləri və Cənubi Azərbaycan Məsələsi
MİLLƏTLƏŞMƏ SÜRƏCİNDƏ ŞİƏLİYİN YERİ - 1
MİLLƏTLƏŞMƏ SÜRƏCİNDƏ ŞİƏLİYİN YERİ - 2
MİLLƏTLƏŞMƏ SÜRƏCİNDƏ ŞİƏLİYİN YERİ - 3
İran ilə "5 +1" arasındakı müzakirələr: Sonun başlanğıcı
SULTAN MAHMUD, ŞÜUBİYYƏ VƏ ŞAHNAMƏ
Gürcüstan Türklərində Milli Kimlik Sorunu
Bəxtiyar Tuncay AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ VƏ AZƏRBAYCAN TÜRK – İSLAM RENESANSI
M.R.YENGİ - Türkün oxunmamış bəlgələri : Nüvədi-Qarqadaşı kitabəsi
Dr.İŞIQ SÖNMƏZ: ANA DİLİNİN ÖNƏMİ VƏ İSTEMAR
AZƏRBAYCANIN BÖLÜNMƏSİ: Osmanlının susqunluğu
GÜNEYDƏ MİLLİ HƏRƏKAT: Suallar və Vəzifələr
TÜRKİYƏ-İSRAİL MÜNASİBƏTLƏRİ və İRAN: Mövcud durum və gələcək
İRAN-ABŞ MÜNASİBƏTLƏRİ -2
İRAN-ABŞ MÜNASİBƏTLƏRİ - 1
Ana Dilinin Önəmi və İstemar
TÜRKÇÜLÜYÜMÜZLƏ AZƏRBAYCANÇILIĞIMIZ - 2
TÜRKÇÜLÜYÜMÜZLƏ AZƏRBAYCANÇILIĞIMIZ - 1
Fars şovinisminin piyonlarına cavab: Aran Ərdəbilli
Xanədanlıq məsələsi və Quzey Azərbaycan
XIX əsr milli-dini və yeniləşmə ideyalarını XX əsrə daşıyan milli ideoloq-Həsən bəy Zərdabi
TÜRKİYƏ-İSRAİL MÜNASİBƏTLƏRİ VƏ İRAN: Tarixi arayış
2800 il öncə türk izi !
Əhəmənilər dövrünə aid türkcə yazı nümunəsi
NÜVƏ MÜHARİBƏSİ BAŞLAYIB? - 2
AZƏRBAYCANDA TÜRK VARLIĞI: Siyasi-ideoloji tərəfi - 2
AZƏRBAYCANDA TÜRK VARLIĞI: Siyasi-ideoloji tərəfi -1
İRAN XARİCİ SİYASƏTİNİN DƏYİŞİM MACƏRASI - 2
İRAN XARİCİ SİYASƏTİNİN DƏYİŞİM MACƏRASI - 1

12345678910..16