Bakı   21°C
 
 
Chicago   13°C
 
Brussel   3°C
 
 
Təbriz   15°C
 
17 May 2012
۲۸ ارديبهشت ۱۳۹۱

Türkcə   تورکچه   فارسی
ALEKSANDR ADLER / ERMƏNİ SOYQIRIMI HAQQINDA QANUN: ÇIXILMAZ Küçült Büyüt
ALEKSANDR ADLER / ERMƏNİ SOYQIRIMI HAQQINDA QANUN: ÇIXILMAZ

Fransanın ən məşhur siyasi icmalçısı və dünyanın tanınmış siyasi şərhçilərindən biri Aleksandr Adler, Fransanın sözdə erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərardan bəhs edən məqalə qələmə alıb.

Bu yazı erməni soyqırımı haqqında qanunun qəbul edilməsinə dair müzakirələrin yeni vüsət aldığı bir vaxtda nəşr olunub.

Məqsəd bu sözlərdən 1915-ci ildə Osmanlı ordusu tərəfindən ermənilərə qarşı soyqırım aktını inkar etmək deyil. Soyqırım sözünün legitimliyi (məşruiyyət), tarixi inkar etməmək şərti ilə müzakirə olunmalıdır.

Bilirik ki, 1941-1945-ci illərdəki soyqırım (Holokost) ilə ermənilərin qətlini heç vaxt qərb məntəqəsi xüsusi ilədə o zaman nisbətən önəmli sayılan erməni toplumunun sakin olduğu İstanbul şəhərinə qədər genişləndirilməsinə imkan verməyən Osamnlı dövlətinin əməli arasında fərq vardır. Soyqırımla baş verən hadisəni bir-birindən ayırmaq lazımdır. Bu söz hadisə qurbanları və həlak olanların yaxınlarını qıcıqlandırır, Hansıki ölümcül səhrada öz talelərinə buraxılıb vəya ən yaxşı halda bəzi qadınlar türklərlə məcburi evlənməyə və həmişəlik öz kimliyini tərk etməyə məcbur oldular. Mustafa Kamalın öz bu dövrü “türk hərbi tarixinin ən qara səhifəsi” adlandırıb. Buna görə, Türkiyə bu məsələ ilə bağlı ciddi şəkildə hərəkətə gəlib. 4 il öncə Türkiyə demokratiyasına zərbə vurmaq məqsədi daşıyan qatil tərəfindən öldürülən Türk-erməni ziyalısı Hrant Dinkin səyləridə bu cümlədəndir.


Bu gün Ankara dövləti müstəqil Ermənistana necə olur-olsun yaxınlaşmaq istəyir. Hətta Ermənistan tərəfindən torpaqları işğal olunmuş və orada etnik təmizləmə aparılmış qardaş ölkəsi Azərbaycanın mənafesini fəda etmək bahasına olsa belə.

Türkiyə tarixi həqiqətin aydınlaşması üçün, məsələnin ortaq tarix komissiyasının tərəfindən araşdırılmasını istəyir. O həqiqət ki, artıq dövlətə aid olmayacaq və onunla yanaşı 1912 və 1923-cü illərində türk əhalisinə qarşı həyata keçirilmiş “kiçik soyqırımlar”da ciddi araşdırılacaq.

Mənim fikrimcə, Faktaraşdırıcı Komissiya Güney Afrikadakı kimi gərək bütün təxirə salınmış məsələləri də araşdırsın. Məsələn Sovetlər Birliyi (Şurəvi), Suriya və Yunanistanın Təhlükəsizlik Orqanları, həmçinin PKK və Fələstin Azadlıq Təşkilatının dəstəyi ilə erməni terrorizmi xüsusi ilə “ASALA”nın 1970-ci illərdə Türkiyədə sabilliyin pozulmasına dair edilən cəhdlərdə rolu araşdırılmalıdır.

Əgər savaşa son qoyulmalıdırsa onda bütün şikayətlərə baxılmalıdır. Fransa parlamentinin qərarı isə bunun əks istiqamətində əməl edir.

Bu qərar o ölkəni məhkum edir ki, Atatürkün qüdrətə gəldiyindən sonra Fransanın müttəhidi, 1940-a qədər Hitler və sonra erməni məsələsini gündəmə gətirməklə türkün milli ərazisini parçalamağa çalışan Stalin SSRİ-sinin (Şurəvi) əleyhinə çıxış edib.

Nəzərə almaq lazımdır ki, erməni vətəndaşlarımızın səsini almaq kimi fürsətçi əməlin arxasında UMP və Sosyalist partiyalarının rəhbərləri dayanır. Onlar, bu həssas mövzunu qaldırmaqla Türkiyənin Avropa Birliyinə alınması ilə bağlı danışıqlara maneçilik yaratmaq istəyir və bu vasitə ilə Fransada radikal sağçı səsləri qazanmaq istəyirlər. Ancaq hələ seçicilərin qane olacağı bəlli deyil.

Hər halda, Fransanın iki böyük demokratik partiyasının yanaşmasından asılıdır, Hansıki, bir dəfədə olmuş olsa bir məsələ üzərində ortaq mövqeləri var- bir qızıl qayda əsasında deyil- o qərarın ki, iqtisadi sahələrdəki qaçılmaz nəticələri indidən bəllidir. Həmçinin o bölgəsəl siyasi məsələlərdə ki Paris ilə Ankaranın çiyin-çiyinə hərəkət etməsi lazımdır. Suriyanın siyasi məsələsi həll olunmalıdır. Hansıki, Bəşşar Əsədın söykəndiyi bir neçə müttəhidinin İraqlılar, İranlılar, Ruslar… və əlbəttə ki ermənilər qüdrətdə qalıblar… .

Qeyd olunan dəlillərə görə, hazırkı qərar Fransa diplomatiyasında qara səhifə və məsuliyyətsiz bir əməldir. Ümud olunur ki, ona qarşı duranlar xüsusi ilə Alen Jüpe (Fransa xarici işlər naziri) Fransa və Türkiyənin mənafeini nəzərə alıb və hətta mənəvi bağlarımızın mövcud olduğu ermənilərin həqiqi mənafeinin istiqamətində tezliklə və qətiyyətlə bu qərarın mənfi nəticələrini aradan qaldıracaqlar.

Açıqlama: Aleksandr Adler Fransanın ən məşhur siyasi icmalçısı və dünyanın ən tanınmış siyasi şərhçilərindəndir
Qaynaq: Fiqaro qəzeti 2011-ci il 24 dekabr

Fransız dilindən fascaya çevirdi : Maşallah Rəzmi
Azərbaycan türkcəsinə çevirdi : GünAz TV mətbuat mərkəzi

 
Aleksandr Adler | 03-Yanvar-2012, 21:31
Fikrini Yaz »   Dostuna göndər »   Çap et »  
Share | |

   
Məqalələr
ATƏŞİ KƏSƏ BİLMƏYƏN ATƏŞKƏS
İŞĞAL VƏ ATƏŞKƏS AYI
Bütöv Azərbaycan uğrunda mübarizə aparan dostlarıma
Güney Azərbaycanı savunan savunmasız milli vəkil Musa BƏRZİN XƏLFƏLİ
ƏRDOĞANIN İRAN SƏFƏRİ - 2
İSTANBULDAKI NÜVƏ DANIŞIQLARI: ÜMUMİ MƏNZƏRƏ
NÜVƏ DANIŞIQLARI: İSTANBULDAN SONRA, BAĞDADDAN ÖNCƏ
ƏRDOĞANIN İRAN SƏFƏRİ-1
Bütöv Azərbaycanın tərkib hissəsi olan BATI AZƏRBAYCANA AZADLIQ
İranın nüvə fəaliyyətləri və ABŞ -2
İRANIN NÜVƏ FƏALİYYƏTLƏRİ və ABŞ - 1
Azərbaycan-İran Münasibətləri və Cənubi Azərbaycan Məsələsi
MİLLƏTLƏŞMƏ SÜRƏCİNDƏ ŞİƏLİYİN YERİ - 1
MİLLƏTLƏŞMƏ SÜRƏCİNDƏ ŞİƏLİYİN YERİ - 2
MİLLƏTLƏŞMƏ SÜRƏCİNDƏ ŞİƏLİYİN YERİ - 3
İran ilə "5 +1" arasındakı müzakirələr: Sonun başlanğıcı
SULTAN MAHMUD, ŞÜUBİYYƏ VƏ ŞAHNAMƏ
Gürcüstan Türklərində Milli Kimlik Sorunu
Bəxtiyar Tuncay AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ VƏ AZƏRBAYCAN TÜRK – İSLAM RENESANSI
M.R.YENGİ - Türkün oxunmamış bəlgələri : Nüvədi-Qarqadaşı kitabəsi
Dr.İŞIQ SÖNMƏZ: ANA DİLİNİN ÖNƏMİ VƏ İSTEMAR
AZƏRBAYCANIN BÖLÜNMƏSİ: Osmanlının susqunluğu
GÜNEYDƏ MİLLİ HƏRƏKAT: Suallar və Vəzifələr
TÜRKİYƏ-İSRAİL MÜNASİBƏTLƏRİ və İRAN: Mövcud durum və gələcək
İRAN-ABŞ MÜNASİBƏTLƏRİ -2
İRAN-ABŞ MÜNASİBƏTLƏRİ - 1
Ana Dilinin Önəmi və İstemar
TÜRKÇÜLÜYÜMÜZLƏ AZƏRBAYCANÇILIĞIMIZ - 2
TÜRKÇÜLÜYÜMÜZLƏ AZƏRBAYCANÇILIĞIMIZ - 1
Fars şovinisminin piyonlarına cavab: Aran Ərdəbilli
Xanədanlıq məsələsi və Quzey Azərbaycan
XIX əsr milli-dini və yeniləşmə ideyalarını XX əsrə daşıyan milli ideoloq-Həsən bəy Zərdabi
TÜRKİYƏ-İSRAİL MÜNASİBƏTLƏRİ VƏ İRAN: Tarixi arayış
2800 il öncə türk izi !
Əhəmənilər dövrünə aid türkcə yazı nümunəsi
NÜVƏ MÜHARİBƏSİ BAŞLAYIB? - 2
AZƏRBAYCANDA TÜRK VARLIĞI: Siyasi-ideoloji tərəfi - 2
AZƏRBAYCANDA TÜRK VARLIĞI: Siyasi-ideoloji tərəfi -1
İRAN XARİCİ SİYASƏTİNİN DƏYİŞİM MACƏRASI - 2
İRAN XARİCİ SİYASƏTİNİN DƏYİŞİM MACƏRASI - 1

12345678910..16