"Mehrdad KƏRƏMİ" yə sunulur:
AXARSU - 2012
GUNAZTV: Kimligin düşünüb, onun üzərinə çalışmalardan dolayı suçlandın. Kimliklərin əriməsinə qarşı oldun. Don dəyişdirməmək için dumanlı durumlardan, aydın günəşi aradın. Oxuduqca maraqlandın, bildikcə düşündün, düşündügünü yaydın. Indisə, günəş siz bir yerdə, içində yanan günəşlə soyuq yellərin qarşısında dirən. Bulduğun "öz düşüncə" önəmlidir. Önəmli olmasaydı indi sən orada olmazdın.
***
Bir özəl qonu, sənin yaşadığın toprağın önəmidir. Burası Zəngan, Qızıl özən toprağı, Bayındır adını daşıyan dağlar yurdu. Bayındır xan, Oğuz boylarının başçısı, yurdunu kimsəyə utuzdurmadı. Boylarını, elini kötü düşüncələrdən qorudu. Bayındırın indiki torunları da, bu yükün daşımasını duydular. Dədəm Qurqud boylarında, adlarıza soylar qoşuldu.Türkelər söyləndi.
Çal qılıncın, Xanım! Hey. Hey. yazılar bitsin. Bitən yaızlar sonuçda fəlsəfə yaratsın.
Dostaqlar, sıxıntılar, dumanlar, duzaqlar sizləri yoldan azdıra bilmədilər. Hamınız bir bayraq altında toplandız. Bayrağız Oğuz boylarını qorumaq için dalğalandı. Bayrağın boyası qızıl qanlara boyandı. Bayraq üzərində iki sözcük yazılmışdı: kimlik savcısı.
***
Bir.
İki.
Üç.
Zaman sürəcində bu sayılar artdı. İrəli getdikcə durulan bir yaşam biçimi oldu: Türklük.
Türkcə düşünmək, Türkcə dünyaya baxmaq, Türkcə yazmaq, Türkcəni Türkcə ilə tanımaq. Dünya görüşün təməl çərdəyinə dönüşən Türkümüz, bizi barındırdı. Bu bir gərçək dir. Torpaq, dil, düşüncə, bilim, bir çatı altında gəlişməyə başladı. Türk kimlik çatısı, bu ulusa qazandıranları bağrına basdı. Bir ana laylası kimi onlaraı oxşadı:
Lay lay beşigim, laylay
Evim eşigim, lay lay
Sən yat şirin yuxuda
çəkim keşigin, lay lay