Bakı   21°C
 
 
Chicago   13°C
 
Brussel   3°C
 
 
Təbriz   15°C
 
17 May 2012
۲۸ ارديبهشت ۱۳۹۱

Türkcə   تورکچه   فارسی
NASİR PURPİRARIN ZƏRBƏSİ - 1 Küçült Büyüt
NASİR PURPİRARIN  ZƏRBƏSİ - 1

Rəsmi tarixçilik onillərlə indi “İran” adlanan coğrafiyada yeganə qurucu elementin Farslar olduğunu, Ərəb fütuhatının və Türklərin “qədim tarixə malik, möhtəşəm Fars mədəniyyətinin inkişafını dayandırdıqlarını”, dolayısı ilə indiki problemlərin kökünü “yadların istilasında” aramaq gərəkdiyi ideyasını irəli sürmüş, Fars elementinin “üstün keyfiyyətlərini” vəsf etmiş, ölkə əhalisinin qalan əksəriyyətini (Fars olmayanları) yox saymaq, onları əzmək siyasətinə haqq qazandırmağa çalışmışdır. İslam inqilabından sonra meydana çıxan obyektiv-elmi əsərlər bu irqçi ideologiyaya elə zərbə vurdu ki, onun inhisarçı statusunu itirməsi bir yana qalsın, rəsmi ideologiyanın böhranı barədə fikirlər ortaya çıxdı. Rəsmi ideologiyanın tarixi keçmiş komponentinə vurulmuş ən böyük zərbə, bizim fikrimizcə, Nasir Purpirardan (1940, Tehran -) gəldi. O, İran tarixinin müxtəlif dövrləri və mövzuları haqqında onlarla əsər yazmış,[1] hamısı da ictimai fikirdə bomba kimi partlamışdır. Onun bəzi əsərlərinin çapına icazə verilməmiş, irqçi molla rejimi müəllifi zindana salmaqla susdurmağa cəhd etmişdir.

 

Məqsədimiz Purpirarın bu və ya digər tezisinə elmi münasibət bildirmək deyil. Bu yazının məqsədi onun birinci kitabında  irəli sürdüyü tezislərin rəsmi tarixşünaslığa uyğun olub-olmadığını ortaya qoymaqdır. Sözümüzün başında onu vurğulayaq ki, Purpirarın əsərləri İran rəsmi  tarixçiliyini alt-üst etmiş, bu tarixçiliyin siyasətin qulu olduğunu isbat etmişdir. Avropa tarixində V-XV yüzillər “qaranlıq yüzillər” adlandırıldığı kimi, Purpirar da İranda miladdan öncə VI yüzil – miladdan sonra VII yüzil arasındakı dövrü mədəniyyətlərin dağıdıldığı, durğunluq (“sükut”) mərhələsi sayır. O yazır: “1200 il əski İranı öz istilasında bulunduran üç qövmün - Həxamənişlər, Əşkanilər (Arşaklar) və Sasanilər dönəmində milli inkişaf bu bölgələrdə [Orta Doğuda] durdurulmuşdur.”[2] Purpirarın “12 yüzil sükut” konsepti İranın İslamaqədərki keçmişinin önəmli məsələləri – indiki İran coğrafiyasında ən qədim mədəniyyətlər, Həxamənişlərin (Əhəmənilərin) kimliyi, Həxaməniş hakimiyyətinin xarakteri - haqqında yalan, saxta təsəvvürləri darmadağın edir.

 

Həxamənişlərdən öncəki mədəniyyətlər

Nasir Purpirar yazır: “Hər bir qərəzsiz tarixçini heyrətə salan odur ki, bütün şərqşünas tarixçilər tam bir etinasızlıqla  Həxamənişlərdən ən azı 2000 il öncə böyük mədəniyyət yaradan yerli sakinləri diqqətə almırlar və sanki Həxamənişlər bu torpaqlara gəlmədən bu ərazilərdə heç bir mədəniyyət yox imiş!”[3] Çağdaş İran tarixçiliyinin görkəmli nümayəndəsi Həsən Pirniya kimi saray tarixçiləri iddia edirlər ki, Həxamənişlər “İrana girdiklərində divlərlə, yəni alçaq və mədəniyyətsiz əski yerli qövmlərlə rastlaşmışlar.”[4] Halbuki obyektiv fikrə azacıq sayğısı olan tarixçilər bilirlər ki, bu coğrafiyada Şumer, Akkad, Elam və İkiçayarası kimi qüdrətli və dayanıqlı mədəniyyətlər və dövlətlər olmuşdur. Yazar bu mədəniyyətlərə qərəzli yanaşan müəlliflərin fikirləri ilə qətiyyən razılaşmır və bildirir: “Dünya kültürü və mədəniyyətinin minnətdar olduğu  əski Beynəlnəhrin mədəniyyəti Həxamənişlər tərəfindən aradan qaldırılmasa idi, 5000 il öncə ictimai qanunları hazırlayan bu mədəniyyət, heç şübhəsiz ki, sonrakı inkişaf sürəcində fəlsəfə, hikmət və digər elmlərin də təməlini atacaq və bəşər zəkasının əsası Qərbə ötürülmüş olmayacaqdı.”[5]

 

Parsların kimliyi

Nasir Purpirar Həxamənişlərin mənşəyi haqqında yazır: “Tarixi baxımdan məchul və tanınmaz, coğrafi baxımdan sərgərdan olan bu qəbilə Kuruşun meydana çıxmasından təqribən bir əsr öncə dörd (Asur, Babil, Midiya və Elam) qüdrətdən biri tərəfindən hərbçi muzdurlar kimi Rusiyanın orta steplərindən gətirilmişlər[6] və bölgədəki savaşlar bitdikdən sonra yenə də Elamların izni ilə “İran”ın güney tərəflərində qeyri-müəyyən bir coğrafiyada məskunlaşmışlar.”[7] Sonralar Orta Doğu və İkiçayarasının yerli sakinləri onlara “Parse” (dilənçi, sülənən, işğalçı) ləqəbini qoydular[8]. Bu mühacim mühacirlər köçəri həyat keçirmiş, yalnız savaş və talançılıqla həyatlarını təmin etmişlər. “Bu qövmdən bir imperatorluq təsisçisi olaraq tarixdəki mövcudluqlarını duyurmadan əvvəl heç bir kültürəl və etnik əsər-əlamət əldə edilməmişdir. Onların dinləri yoxdur, ev və məbəd tikməmişlər, heç bir əl işləri, hətta saxsı səviyyəsində sadə bir istehsal türü belə onlardan tarixdə yadigar qalmamışdır.”[9]

 

Bəs necə oldu ki, “maddi əsərlərdən, əqli və mədəni istedaddan məhrum olan məchul bir qövm” içindən Kuruş (Kir) kimi bir sərkərdə çıxdı, tezliklə Orta Doğuya hakim olan bir imperatorluq yarandı?

 

Yəhudilərin rolu

Həxaməniş imperiyasının yaranması və güclənməsi haqqında Purpirarın versiyası ilk baxışda qurama nəzəriyyəsini (conspiracy theory) xatırladır. Amma alimin gətirdiyi dəlillər məntiqə və tarixi qaynaqlara dayanır və inandırıcıdır. Müəllif Yəhudilərin Kuruş və sonrakı Həxaməniş şahları ilə ilişkiləri mövzusuna kitabın tam bir bölümünü həsr etmiş, bu mövzuya işıq sala biləcək neçə-neçə ilkin qaynağı, ilk növbədə Tövratı və Kuruşun Babil yazılarını, Daryuşun Bisütun kitabələrini incələmişdir. Həm də Kuruş mövzusunda yazmış çeşidli ölkələrdən olan tarixçilərin, bu sıradan Həsən Pirniya, Pərviz Rəhbər, Həbib Levi, Ghirshman, Wisthofer, Darmesteter kimi Yəhudi əsilli daxili və xarici müəlliflərin əsərlərindəki tarixi faktlar saf-çürük edilmiş, onların gəldiyi nəticələrin siyasi mahiyyəti açılmışdır. 

Qısa şəkildə müəllifin Yəhudi-Həxaməniş ilişkiləri haqqında versiyasını belə özətləmək olar: Babilin işğalında Yəhudilərin xüsusi xidmətləri olduğu üçün Kuruş onlara xüsusi ilgi göstərmişdir məlum tezisi həqiqətin hamısı deyildir; Kuruşun özünün padşahlığa çatmasında Yəhudi maddiyyəti və zehniyyəti mühüm rol oynamışdır; bu işbirliyi Kuruşun hökmdarlığı dövründə daha da artmış, Yəhudilər yeni yaranmış imperiyanın idarəçiliyində həssas mövqelərə sahib olmuşlar; Kuruşdan sonrakı şahlar  Yəhudilərə üz verməmiş, ancaq Daryuş (Dara) dövründə onlar  əvvəlkindən də yüksək status qazanmış, “özlərinin məhsulu olan bu sülalənin idarə sisteminə tam nəzarət etmişlər.” Purpirara görə, “Həxaməniş” etnik ad deyildir, “Pəhləvilərdəki taxma və saxta “Ariyamehr” adı kimi, “Həxaməniş” də Daryuşun Yəhudilər üçün yapdığı işlərdən dolayı onlardan ödül aldığı ləqəbdən başqa bir şey deyildir.”[10]

 

Herodota inamsızlıq

Həxaməniş dövləti haqqında ən yayğın qaynaqlardan biri olan Herodotun “Tarix” kitabındakı məlumatların düzlüyünə da Purpirar skeptik yanaşır. Heç vaxt bu coğrafiyaya səyahət etməmiş, əsərində bölgənin coğrafiyası və hadisələrin xronologiyası barədə kobud yanlışlıqlara yol vermiş, əsərini ağılalmaz əfsanə və nağıllarla bəzəmiş Herodotun Həxaməniş şahlarını vəsf etməsi suallar doğurur. Nədən Yunan cəmiyyəti Parsları “barbar” adlandırdıqları bir zamanda “Tarixin atası” onları göylərə qaldırır? Ən önəmli sual – nədən Herodotun buradakı prosesləri izahı ilə Həxaməniş şahlarının baxışı tamamilə üst-üstə düşür? Purpirar bu sualların cavabını Herodotun özünün etirafında axtarmağı təklif edir. Herodot etiraf edir ki, Həxamənişlər haqqında bilgiləri Pars sarayının müşavirlərinin dilindən eşidib. Odur ki, Purpirara görə, “Herodotun yararlandığı qaynaq bir Həxaməniş sarayının mənsubudursa, Həxamənişləri araşdırmaq üçün onun tarixini mötəbər sənəd kimi qəbul etmək olmaz.”[11]

 

Həxaməniş hakimiyyətinin xarakteri

Nasir Purpirar Həxaməniş dövlətini özündən əvvəlki dövlətlərlə müqayisə edərək bildirir ki, Həxaməniş hakimiyyəti hərbi mərkəziyyət prinsipinə əsaslanırdı. Halbuki tarixən ondan əvvəlki hakimiyyətlər üçün bu prinsip keçərli deyildir. Onun Həxaməniş dövlətini tarixdə ilk despotik dövlət kimi xarakterizə etməsi də müəllifin ciddi elmi nəticələrindən biridir.

Purpirara görə, Həxamənişlər qurucu hakimiyyət olmadılar, əksinə, “Həxamənilərin Orta Doğuda zühurundan sonra yerli qövmlərin, o cümlədən əski İran qövmlərinin mədəni həyatları sona çatmışdır.”[12] İstila etdiyi ölkələrin sərvətləri hesabına yeni Təxte-Cəmşid (Pasarqad) şəhərinin salınması kimi nadir nümunələr isə Həxaməniş hakimiyyəti üçün xarakterik xüsusiyyət deyildir.

Nasir Purpirar Həxaməniş hakimiyyətinin qurulmasında Yəhudilərin rolunu “öz qövmlərinin və məbədlərinin təhlükəsizlik və güvənliyini güvəncə altına almağa çalışmaları” kimi qiymətləndirib, onu “tənqid olunası” hadisə saymır. Ancaq o hesab edir ki, “son 200 ildə Yəhudilərin tarixə [tarixçiliyə] müdaxiləsi, hədəfli tarixyazma və arxeoloji “araşdırmalarla” çirkin siyasi hədəflərə xidmət edərək, mədəniyyətin başlanğıcını Həxamənişlər dövrünə intiqal etmələri qınanılasıdır. Yəhudilər Orta Şərq ilə bağlı qərəzli və saxta bir tarix zehniyyəti oluşduraraq, nəinki Orta Şərq və Beynəlnəhrin [İkiçayarasının] xalqlarının bir-birinə yaxınlaşmasını əngəlləmişlər, həm də İranda köksüz, soysuz və nağılvari bir millətçiliyi ortaya ataraq, məntiqsiz bir özünü böyükgörmə fikrini təlqin etməklə Ərəb və İslam düşmənçiliyini körükləmişlər.”[13]

 


[1] Biz bu yazıda müəllifin ancaq birinci kitabı – “On iki yüzil sükut. Həxamənişlərin zühuru” (Naser Purpirar, Dəvazdəh Ğərne Sokut. Ketabe əvvəl: Bəraməde Həxamenişyan, Tehran: Karəng, 1379, 294 s.) – haqqında danışacağıq. Bu kitabı Güntay Cavanşir (Gəncalp) öztürkcəmizə çevirib, Bakıda çap etdirmişdir (Nasir Purpirar, On iki əsr sükut. Çevirən Güntay Cavanşir, Bakı: Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2002, 280s.) Bizim alıntılar Bakı nəşrindəndir.

[2] Nasir Purpirar, On iki əsr sükut. Çevirən Güntay Cavanşir,  s. 49.

[3] Yenə orada, s. 68.

[4] Yenə orada, s. 60.

[5] Yenə orada, s. 49.

[6] Müəllif Həxamənişlərin mənşəyi barədə kitabın başqa bir yerində daha konkret versiya irəli sürür: “Həxaməniş sülalələri üzərinə yapılan antropoloji incələmələr onları Orta Doğu insanları olaraq tanımır. Onların burunları, alınları, qafa və saçları üzərinə yapılan araşdırmalar Slavyan irqindən olmalarına dəlalət edir.” Yenə orada, s. 225.

[7] Yenə orada, s. 92.

[8] Çağdaş Farscada bu ləqəbdən “pərse zədən” (veyllənmək, avaralanmaq) feli düzəldilmişdir. Hətta bəzi İran xalqları ləhcələrində itin hürməsini “pars” adlandırmışlar. Yenə orada,s. 229.

[9] Yenə orada, s. 91-92.

[10] Yenə orada, s. 256-257. “Həxaməniş” sözü iki hissədən ibarətdir: Həxa – dost və məniş – fitrət, xasiyyət. s. 166.

[11] Yenə orada, s. 147.

[12] Yenə orada, s. 46.

[13] Yenə orada, s. 267.

 

Prof. Nəsib Nəsibli, nnassibli@yahoo.com

 
Prof. Nəsib Nəsibli | 16-Yanvar-2012, 15:23
Fikrini Yaz »   Dostuna göndər »   Çap et »  
Share | |

   
Məqalələr
ATƏŞİ KƏSƏ BİLMƏYƏN ATƏŞKƏS
İŞĞAL VƏ ATƏŞKƏS AYI
Bütöv Azərbaycan uğrunda mübarizə aparan dostlarıma
Güney Azərbaycanı savunan savunmasız milli vəkil Musa BƏRZİN XƏLFƏLİ
ƏRDOĞANIN İRAN SƏFƏRİ - 2
İSTANBULDAKI NÜVƏ DANIŞIQLARI: ÜMUMİ MƏNZƏRƏ
NÜVƏ DANIŞIQLARI: İSTANBULDAN SONRA, BAĞDADDAN ÖNCƏ
ƏRDOĞANIN İRAN SƏFƏRİ-1
Bütöv Azərbaycanın tərkib hissəsi olan BATI AZƏRBAYCANA AZADLIQ
İranın nüvə fəaliyyətləri və ABŞ -2
İRANIN NÜVƏ FƏALİYYƏTLƏRİ və ABŞ - 1
Azərbaycan-İran Münasibətləri və Cənubi Azərbaycan Məsələsi
MİLLƏTLƏŞMƏ SÜRƏCİNDƏ ŞİƏLİYİN YERİ - 1
MİLLƏTLƏŞMƏ SÜRƏCİNDƏ ŞİƏLİYİN YERİ - 2
MİLLƏTLƏŞMƏ SÜRƏCİNDƏ ŞİƏLİYİN YERİ - 3
İran ilə "5 +1" arasındakı müzakirələr: Sonun başlanğıcı
SULTAN MAHMUD, ŞÜUBİYYƏ VƏ ŞAHNAMƏ
Gürcüstan Türklərində Milli Kimlik Sorunu
Bəxtiyar Tuncay AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ VƏ AZƏRBAYCAN TÜRK – İSLAM RENESANSI
M.R.YENGİ - Türkün oxunmamış bəlgələri : Nüvədi-Qarqadaşı kitabəsi
Dr.İŞIQ SÖNMƏZ: ANA DİLİNİN ÖNƏMİ VƏ İSTEMAR
AZƏRBAYCANIN BÖLÜNMƏSİ: Osmanlının susqunluğu
GÜNEYDƏ MİLLİ HƏRƏKAT: Suallar və Vəzifələr
TÜRKİYƏ-İSRAİL MÜNASİBƏTLƏRİ və İRAN: Mövcud durum və gələcək
İRAN-ABŞ MÜNASİBƏTLƏRİ -2
İRAN-ABŞ MÜNASİBƏTLƏRİ - 1
Ana Dilinin Önəmi və İstemar
TÜRKÇÜLÜYÜMÜZLƏ AZƏRBAYCANÇILIĞIMIZ - 2
TÜRKÇÜLÜYÜMÜZLƏ AZƏRBAYCANÇILIĞIMIZ - 1
Fars şovinisminin piyonlarına cavab: Aran Ərdəbilli
Xanədanlıq məsələsi və Quzey Azərbaycan
XIX əsr milli-dini və yeniləşmə ideyalarını XX əsrə daşıyan milli ideoloq-Həsən bəy Zərdabi
TÜRKİYƏ-İSRAİL MÜNASİBƏTLƏRİ VƏ İRAN: Tarixi arayış
2800 il öncə türk izi !
Əhəmənilər dövrünə aid türkcə yazı nümunəsi
NÜVƏ MÜHARİBƏSİ BAŞLAYIB? - 2
AZƏRBAYCANDA TÜRK VARLIĞI: Siyasi-ideoloji tərəfi - 2
AZƏRBAYCANDA TÜRK VARLIĞI: Siyasi-ideoloji tərəfi -1
İRAN XARİCİ SİYASƏTİNİN DƏYİŞİM MACƏRASI - 2
İRAN XARİCİ SİYASƏTİNİN DƏYİŞİM MACƏRASI - 1

12345678910..16