Bakı   21°C
 
 
Chicago   13°C
 
Brussel   3°C
 
 
Təbriz   15°C
 
17 May 2012
۲۸ ارديبهشت ۱۳۹۱

Türkcə   تورکچه   فارسی
Əhəmənilər dövrünə aid türkcə yazı nümunəsi Küçült Büyüt
Əhəmənilər dövrünə aid türkcə yazı nümunəsi

Azərbaycan ərazisində tapılan bəzi yazı nümunələrini türk dilinin ən qədim yazı və qrafik növü hesab etmək olar. Buna eradan əvvəl IX-VIII əsrlərə aid Manna yazısını örnək göstərə bilərik. Prof. Dr. Əlisa Şükürlü Cəbrayıloğlu 1996-cı ildə Ankarada keçirilmiş III Beynaxalq Türkoloqiya Konqresində “Azerbaycanda Yeni Bulunan Köktürk Yazılı İki Eser” adlı məruzəsində Lənkəran və İsmayıllı rayonlarından tapdığı iki göytürk tipli yazı nümunəsini elm aləminə təqdim etmişdir. Bunlardan biri saxsı İy üzərində iki sətirdən ibarət bir yazıdır ki, bu tip yazılara Azərbaycanın başqa bölgələrində də rast gəlinib. Naxçıvanın Sədərək rayonunda yerləşən Fərhadevi adlı mağaranın arxa divarında üç sətirdən ibarət yazını deyilənlərə misal çəkmək olar .
Məlum olduğu kimi, qədim türk qrafikası elm aləmində runik əlifba kimi tanınır. Bunun səbəbi Skandinaviyada tapılan və formaca əski türk əlifbasına oxşayan runik yazıların işarələrilə eynilik təşkil etməsidir. Çünki həmin yazılar elm aləminə Goytürk yazılarından daha öncə məlum idi.
Qədim türk runları yazılma zaman və coğrafiyasından asılı olaraq forma baxımından bir-birindən azacıq fərqlənir. Əlisa bəyin təqdim etdiyi yazı nümunələri bölgəsəl tip etibarı ilə Qərbi Türk runları və Guzey Qafqaz varyantlarına daha yaxındır. Onlardan biri xüsusi özəlliyi ilə seçilir. Sözügedən yazıda başqa varyantlarda rastlanmayan və zənnimcə,
“RT” qoşa samit səsini ifadə edən bir işarənin () olmasıdır. Oxumağa çalışdığım həmin yazıda qalın “t” işarəsi iki formada qeyd edilmişdır ki, bu da mətndə həmin səsin iki fərqli səslənişinə dəlalət edə bilər. Yazının başqa özəlliyi isə burada Əhəmini şahı II Ərdəşirin adının çəkilməsidir. Bu isə yazının tarixini müəyyən etmək baxımından böyük önəm daşıyır.
Sözügedən yazının yeni varyantda oxunuşunu təqdim edirəm (oxunuş zamanı bəzi işarələr bərpa edilmişdir):
Mətnin mövcud ( orijinal ) şəkli :

Bərpa və oxunuşudan sonra :


1. anaitgə eb-ebtə
2. dab arttşr ança onulub
3.on ap ay
Tərcüməsi :
1. Anahita məbədində
2. Artaşir (Ərdəşir ) yaralanıb, eləcə sağaldı
3. on aydan çox
Sözlərin oxunuşu və izahı:


: anaitgə (anait+gə) - “Anahita” teoniminin əski türkcədəki yönlük halıdır. Anahita (Yunan qaynaqlarında Anaites ) su və məhsuldarlıq tanrıçası olub. Əhəmənilər dövründə Midiya ərazisində, Ekbatanada əzəmətli məbədinin olduğu məlumdur. Bəzi xüsusiyyətlərinə görə onu Nana (Ay tanrıçası) ilə müqayisə etmək olar. Onun adı ilk dəfə Əhəməni şahı II Ərdəşirin Şuş sarayındakı yazısında Ahuraməzda və Mitra ilə birlikdə yad edilir və Ahuramazdadan sonra ikinci yerdə çəkilir. Bu isə şahın ona verdiyi önəmdən xəbər verir.



:ebebtə (eb-eb+tə) - Burada eb (ev) sözünün iki dəfə, ard-arda təkrarlanması, haqqında söhbət gedən evin daşıdığı önəm və əzəməti ifadə edir və onun evlər evi, yəni məbəd, saray olduğunu diqqətə çatdırır. Eyni halla “bəylərbəyi”, “xanlar xanı” kimi titul bildirən kəlmələrdə qarşılaşırıq. Təqdim edilən mətndə “eb-eb” (məbəd, saray) termini yerlik halda işlənmişdir.

: dab – Bu söz qədim türkcədəki “tap” sözünün cingiltili samitlərlə deyilişidir. Həmin kəlmə yaralamaq, döyməklə dəridə iz buraxmaq (Divan-ül Lüğət ət-Türk) mənalarında işlənmişdir.




: arttaşir ( Ərdəşir ) – ll Ərdəşir (e.ə 404-358 illər) VII Əhəmənı şahı olub. Bu şahın dövründə bəzi mühüm tarixi hadisələr baş vermişdir ki, onlardan biri də Midiyada kadusilərin qaldırdığı qiyam idi. ll Ərdəşirin şəxsən özü fars ordusuna başçılıq edərək, həmin qiyamı yatırmağa cəhd etmiş, lakin onun ordusu böyük itgilərə məruz qalmış, nəticədə də şah kadusilərin tələbləri ilə razılaşmaq məcburiyyətində qalmışdı. Bu şahın dövründə baş vermiş daha bir hadisə onun Anahita məbədində qardaşı kiçik Kir tərəfindən sui-qəsd nəticəsində yaralanması idi. Kirin sonradan yunanlardan ordu alaraq, qardaşına hücuma keçdiyi və döyüşdə aldığı zərbədən öldüyü məlumdur.
Tarixi mənbələrdən o da məlumdur ki, ll Ərdəşir mənsub olduğu Əhəməni sülaləsinin inanc sisteminin əleyhinə olaraq, Fars (Persiya) tarixində ilk dəfə Anahita və Mitra kimi tanrıları da müqəddəslər sırasına daxil etmiş və onlara məbəd və heykəllər ucaltmışdır.


: ança – Bu kəlmə qədim türk dilində çox işlək söz olmuş, “eləcə”, “o qədər”, “elə”, “o cür” mənalarda işlənmişdir.


: onulub (onul+ub) – Bu fel “xəstəlıkdən sağalmaq”, “düzəlmək” mənasında olmuşdur. Sözügedən kəlmə “Divan-ül Lüğət ət-Türk”də sağır nunla “onguldı” ( “ongulmaq” felindən) formasında verilmiş və həmin mənada izah edilmişdir.

: on – Kəlmə on sayını ifadə edir.



: ap (əp) – “Ap” sözü “artiq”, “lap”, “ən” mənalarında bəzi sifət və zərflərin əvvəlinə artırılaraq, bu gün də işləkliyini qorumaqdadır . Lakin həmin kəlmənin haqqında söz açmaqda olduğumuz mətində müstəqil termin kimi “çox” və “artıq” anlamında işləndiyinin şahidi oluruq.


: ay sözü həm Yerin təbii peyki, həm də zaman vahidini, yəni təqvim ayını ifadə edir. Bu mətində zaman vahidi kimi işlənmişdir.

M.R.Yengi

 
| 01-Fevral-2012, 21:27
Fikrini Yaz »   Dostuna göndər »   Çap et »  
Share | |
» Nəzərlər

Azerturk - 03   Fevral   2012 - 10:25
Maragli materialdir. Esasi odur ki, Azerbaycan erazisinde Orxon-Yenisey Runi yazilarinin ecdadi tapilib. Bu meslele ile, yeni yazinin deqiq deshifresi ile bir de meshgul olmaq gerekdir. Burada Erdeshir-Murdeshirden sohbet gede bilmez. Niye bu tedqiqatcilar her sheyi mutleq parsla baglamaga bu qeder can atirlar, anlamaq olmur. Diger terefden, yazini oxuyan hormetli M.R. Rengi bilmedlidir ki, Erdeshir-Murdeshir ehemenilerden 700 il sonra hakimiyyete gelib ve o, sasani biclerin neslindendir. Erdeshir bizim eranin ikinci esrinde ereblerden sonra Pars imperiyasinda tax-taci ele kecirib Sasanidler dinastiyasinin esasini qoymush ilkin hokmdardir. Anahit ise ermenilerin ilahesi sayilir. Turk elifbasindaki yazini ermeni ve farsla baglamaq onsuz da laxladilan kokumuzu qazimaq kimi bir sheydir. Sabah bu yazini oxuyan dushmenler aleme car cekecekler - baxin biz deyirdik Naxcivan ermeni torpaqlaridir siz inanmirdiniz. Baxin 2-ci esrde bu torpaqlarda Anahite inananlar meskun idiler deye. Bu yazini bu saytdan tezili cixarin. Qoyun ustunde ishleyib deqiq acaq menasini. O mutleq bizim olmalidir.
M.R.Yengi - 05   Fevral   2012 - 10:13
Hörmətli Azərtürk bəy!
Kor millətçilik bizim xalqa xeyirdən çox ziyan verə bilər.Sizə tarixi biliyinizi artırmağı məsləhət görürəm.
Orxan - 02   Aprel   2012 - 12:59
Anahit sozunden ele gorunurr ki, onun ermenilere hech bir dexli yoxdur. Axtarsan o sozun de koku turkce chixar.Murad Adjini oxuduqdan sonra ermenilerin her sheyi, hetta dinlerini turklerden goturduyune bir daha emin olursan.

 


   
Məqalələr
ATƏŞİ KƏSƏ BİLMƏYƏN ATƏŞKƏS
İŞĞAL VƏ ATƏŞKƏS AYI
Bütöv Azərbaycan uğrunda mübarizə aparan dostlarıma
Güney Azərbaycanı savunan savunmasız milli vəkil Musa BƏRZİN XƏLFƏLİ
ƏRDOĞANIN İRAN SƏFƏRİ - 2
İSTANBULDAKI NÜVƏ DANIŞIQLARI: ÜMUMİ MƏNZƏRƏ
NÜVƏ DANIŞIQLARI: İSTANBULDAN SONRA, BAĞDADDAN ÖNCƏ
ƏRDOĞANIN İRAN SƏFƏRİ-1
Bütöv Azərbaycanın tərkib hissəsi olan BATI AZƏRBAYCANA AZADLIQ
İranın nüvə fəaliyyətləri və ABŞ -2
İRANIN NÜVƏ FƏALİYYƏTLƏRİ və ABŞ - 1
Azərbaycan-İran Münasibətləri və Cənubi Azərbaycan Məsələsi
MİLLƏTLƏŞMƏ SÜRƏCİNDƏ ŞİƏLİYİN YERİ - 1
MİLLƏTLƏŞMƏ SÜRƏCİNDƏ ŞİƏLİYİN YERİ - 2
MİLLƏTLƏŞMƏ SÜRƏCİNDƏ ŞİƏLİYİN YERİ - 3
İran ilə "5 +1" arasındakı müzakirələr: Sonun başlanğıcı
SULTAN MAHMUD, ŞÜUBİYYƏ VƏ ŞAHNAMƏ
Gürcüstan Türklərində Milli Kimlik Sorunu
Bəxtiyar Tuncay AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ VƏ AZƏRBAYCAN TÜRK – İSLAM RENESANSI
M.R.YENGİ - Türkün oxunmamış bəlgələri : Nüvədi-Qarqadaşı kitabəsi
Dr.İŞIQ SÖNMƏZ: ANA DİLİNİN ÖNƏMİ VƏ İSTEMAR
AZƏRBAYCANIN BÖLÜNMƏSİ: Osmanlının susqunluğu
GÜNEYDƏ MİLLİ HƏRƏKAT: Suallar və Vəzifələr
TÜRKİYƏ-İSRAİL MÜNASİBƏTLƏRİ və İRAN: Mövcud durum və gələcək
İRAN-ABŞ MÜNASİBƏTLƏRİ -2
İRAN-ABŞ MÜNASİBƏTLƏRİ - 1
Ana Dilinin Önəmi və İstemar
TÜRKÇÜLÜYÜMÜZLƏ AZƏRBAYCANÇILIĞIMIZ - 2
TÜRKÇÜLÜYÜMÜZLƏ AZƏRBAYCANÇILIĞIMIZ - 1
Fars şovinisminin piyonlarına cavab: Aran Ərdəbilli
Xanədanlıq məsələsi və Quzey Azərbaycan
XIX əsr milli-dini və yeniləşmə ideyalarını XX əsrə daşıyan milli ideoloq-Həsən bəy Zərdabi
TÜRKİYƏ-İSRAİL MÜNASİBƏTLƏRİ VƏ İRAN: Tarixi arayış
2800 il öncə türk izi !
Əhəmənilər dövrünə aid türkcə yazı nümunəsi
NÜVƏ MÜHARİBƏSİ BAŞLAYIB? - 2
AZƏRBAYCANDA TÜRK VARLIĞI: Siyasi-ideoloji tərəfi - 2
AZƏRBAYCANDA TÜRK VARLIĞI: Siyasi-ideoloji tərəfi -1
İRAN XARİCİ SİYASƏTİNİN DƏYİŞİM MACƏRASI - 2
İRAN XARİCİ SİYASƏTİNİN DƏYİŞİM MACƏRASI - 1

12345678910..16