Bakı   -1°C
 
 
Chicago   2°C
 
Brussel   -9°C
 
 
Təbriz   -2°C
 
04 Fevral 2012
۱۵ بهمن ۱۳۹۰

Türkcə   تورکچه   فارسی
Son həbslərlə bağlı ADAPP-ın hesabatı Küçült Büyüt
Son həbslərlə bağlı ADAPP-ın hesabatı

GünAzTv: İranda Azərbaycanlı Siyasi Məhbusların Haqlarını Müdafiə Komitəsi (ADAPP) azərbaycanlıların etiraz aksiyalarının dördüncü ildönümündə mədəni fəalların həbsilə bağlı hesabatı...

2006-cı ilin may ayının 22-də rəsmi dövlət orqanı “İran” qəzetinin irqçı karikaturasına etiraz aksiyalarının 4-cü ildönümündə Güney Azərbaycanın Təbriz, Urmu, Ərdəbil, Rəşt, Meşkin(Xiyav), Germi, Muğan, Sulduz, Sofyan, Qoşaçay, Maku, Həmədan və kərəc şəhərlərində 25 nəfərdən çox milli-mədəni fəal həbs edilib.

 

Bu həbslər 22 may hərəkatının dördüncü ildönümün qeyd etmək üçün yayılan bildirilər və çağırışlardan sonar Güney Azərbaycanın əksər şəhərlərində élan olunmamış fövqüladə vəziyyət hökm sürür və təhlükəsizlik, polis qüvvələri hər yeri ciddi nəzarət altına alıblar. Azərbaycanlı milli-mədəni fəallar hər il 22 may hərəkatının ildönümündə dinc etiraz aksiyaları və toplantılar keçirmək , bildirilər, CD-lər yaymaqla hakim şovinisti şəraitə öz etirazların bildirirlər.

 

Hüseyn Məhəmmədi Əlvar- Azərbaycan milli fəallı, Əlirza Hüseynzadə- Azərbaycan milli fəallı, Rza Əbdi-   Azərbaycan milli fəallı,  Tofiq Murtəzapur, Təbriz Müəllimlər Birliyinin üzvü, Mustafa Cəmşidi-  journalist, Ramin Cabbarı- Jurnalist, Hafiz Sərdartpur- Azərbaycan milli fəallı, Məhnaz Kərimi- Azərbaycan milli fəallı, şairə,  Nadir Əzizi- Azərbaycan milli fəallı, Mehdi Zeynali- Azərbaycan milli fəallı, Ayət Mehrəlibəglu (Yürüş) - mədəni fəal, Vəli Azəriyyun- Azərbaycan milli fəallı, Behbud Quluzadə- Azərbaycan mədəni fəallı, Kərim Fəthipur- Azərbaycan milli fəallı, Məhəmməd Fərəcian- Azərbaycan mədəni fəal ,Bəhmən Nəsirzadə (B.Araz)- mədəni fəal, şair, Əhməd Aqayi - mədəni fəal, Aydın Xacei- Tələbə hərəkatı fəalı, Əlirza Əbdullahi - mədəni fəal, Siyamək Mirzayı – tələbə hərəkatı fəalı, Lətif Hüseyni, Məsud Hüseynzadə, Hadi Əkbəri, Əsgər Əkbərzadə, Vəli Azəriyyun, Abbas Lisani son bir neçə həftə ərzində həbs olunanlardırlar.

 Bunlardan Mustafa Cəmşidi, Abbas Lisani,  Əsgər Əkbərzadə, Vəli Azəriyyun, Kərim Fəthipur, Məhnaz Kərimi, Məsud Hüseynzadə və Hadi Əkbəri həbsdən buraxılsada, siyahıda adı olan başqa mədəni fəallar hələdə həbsdə saxlanılırlar.   

URMU

 Mayın 22-i günorta saatlarında urmulu milli-mədəni fəal Əlirza Əbdullahi həbs edilib. Urmu şəhərinin milli-mədəni fəallarından olan Ə.Əbdullahi hökumətin təhlükəsizlik xidmətinin yerli bölməsinin məmurları tərəfindən saxlanılıb.

Onun hara aparıldığı və hansı ittihamla həbs olunduğu barədə heç bir məlumat almaq mümkün olmayıb. Bununlada son həftələr Güney Azərbaycanda həbs olunanların sayı 19 nəfərə çatıb.

 

 Ə.Əbdullahi ixtisasca diş həkimidi.O, tələbə nəşrlərinin üzvü, hökumət tərəfindən fəaliyyətinə qadağa qoyulmuş Urmunun “Bilim Yolu” ocağının təsisçi heyətinin üzvü olub.

 

 Dr.Əlirza Əbdullahi eyni halda şəhər və kənd şuraları seçkisi ərəfəsində Urmuda milli fəallar tərəfindən yaradılmış “Urmu Azərbaycan Səsi” kualisiyasının idarə heyətinin üzvü kimidə fəaliyyət göstərib.

 Mayın 26-I səhər saatlarında Güney Azərbaycan qadın hərəkatı fəallarından  olan Həmidə Fərəczadə hökumətin təhlükəsizlik xidmətinin Urmu şəhərindəki yerli bölməsinin əməkdaşları tərəfindən  həbs edilib.

Həmidə Fərəczadə (Pinar)  Tehran Tibb Universitetinin Kitabxanaçılıq fakultəsin bitirib. O Güney

 Azərbaycan Qadın Hərəkatı fəalı olmaqla yanaşı , mədəni fəaliyyətlərlədə məşqul olub.

Hökumət tərəfindən nəşrinə qadağa qoyulmuş “Çağrı” dərgisinin yazarlar heyətinin üzvü kimi çalışıb.H.Fərəczadə (Pinar) Urmu şəhərinin “Mütəhhəri” xəstəxanasında işləyirdı.

 

H.Fərəczadə (Pinar) Urmu şəhərinin “Mütəhhəri” xəstəxanasında işləyirdı. O ,bu gün səhər yeli vaxtla saat 11:45 radələrində atası evindən çıxarkən saxlanılaraq təhlükəsizlik xidmətinin Urmu bölməsinə aparılıb. Yaxınlarına onun həbs olunma səbəbləri haqda bilgi verilməsədə, H.Fərəczadənin qadın hərəkatında və mədəni zəmçindəki fəaliyyətlərinə görə həbs olunduğu bildirilir.

 

H.Fərəczadənin həbsindən sonra saat 14:30 dəqiqəyə kimi onun ata evində axtarış aparıldlğı, bilgisayar, CD-lər, kitablar və ona məxsus başqa xüsusi əşyaların müsadirə edildiyi bildirilir.

 Xatırladaqki bir Həmidə Fərəczadə bir neçə gün qabaq həbs olunmuş Ayət Mehrəlibəglu (Yürüş)ün həyat yoldaşının bacısıdır. 

QOŞAÇAY

 

Güney Azərbaycanın Qoşaşay(Miyandab) şəhərinin milli fəallarından olan Behbud Quluzadə mayın 21-də hökumətin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

 

Təhlükəsizlik xidmətinin əməkdaşları mayın 21-i günorta Behbud Quluzadənin Qoşaçay şəhərinin “İmam” küçəsində yerləşən foto mağazasına gələrək onu həbs ediblər. mağazada axtarış aparan məmurlar B.Quluzadəyə aid computer keysləri, CD-lər və başqa özəl əşyaların müsadirə ediblər.

 

İranda Azərbaycanlı Siyasi Məhbusların Haqlarını Müdafiə Komitəsinin saytı ”savalansesi”nin verdiyi xəbərə görə Qoşaçay məhkəməsi və “ETTELAAT”ın yerli bölməsi milli fəallın onun harada və hansı əsasla saxlanıldığına dair müraciətlərin cavablandırmayıblar.

 

B.Quluzadə qeyri hökumət təşkilatı “Yaşıl Azərbaycan” qurumunun katibidir. Bu qurum bir müddət öncə hökumət tərəfindən “Millətçilik”də ittiham edilərək qapadıldı.

 

Qoşaçay məhkəməsi bir müddət öncə Quluzadəni foto mağazasının adın türkcə qoyduğu və “millətçilik” fəaliyyətlərilə məşqul olduğuna, habelə Azərbaycan rəqs sinifləri təşkil etdiyinə görə izahat almaq üçün dəvət etmişdi. Milli fəal 2006-ci il məlum karikatura olayına qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiyinə görə bir neçə ay həbsdə qalıb.

 

MAKU

 

Mayın 22-də ziyalı, Şair Bəhmən Araz həbs edilib. Güneydən verilən məlumata görə Makuda rejimin təhlükəsizlik qüvvələri məhkəmə hökmü olmadan və heç bir səbəb göstərmədən şairin evinə giriblər. Onlar B.Arazı həbs edib və evində axtarış aparıblar.

 Milli fəallın yaxınlarının bildirdiyinə görə onun harada saxlanıldığı haqda heç bir məlumat əldə edə bilməyiblər.

Qeyd etmək lazimdirki, son günlər 22 may 2006-cı il hərəkatının il dönümü ərəfəsində milli-mədəni fəallara rejim tərəfindən olan təzyiq artıb. Çox sayda azərbaycanlı fəal həbs edilib. Onların bəziləri barəsində saxta ittihamlarla cinayət işi açılıb.

 

MUĞAN-GERMİ

  

Güney Azərbaycanda ikisi jurnalist olmaqla 6 milli-mədəni fəall Məhnaz Kərimi, Nadir Əzizi, Mehdi Zeynali, Hafiz Sərdarpur, Mustafa Cəmşidi və Ramin Cabbari həbs ediliblər. 

 

Məlumatda üç milli-mədəni fəal Ramin Cabbari, Nadir Əzizi və Hafiz Sərdarpurun mayın 17-də İran Təhlükəsizlik Xidməti”ETTELAAT”-ın yerli şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqları bildirilir.

 

  Həbs olunanların ailə üzvlərinin verdiyi məlumata görə, həbsdən bir neçə saat öncə təhlükəsizlik xidmətinin əməkdaşları onlarla telefon əlaqəsi qurmuşlar. Məmurlar özlərin Muğan(Parsabad) valiliyinin əməkdaşları kimi təqdim edərək, milli fəalları valilikdə təşkil edilən “toplantı”ya dəvət ediblər. 

 

Adı çəkilən şəxslər, heç bir əsas göstərilmədən saxlanıldıqdan sonar məhkəmə hökmü olmadan onların evlərində yoxlama aparılıb.

 

Yoxlamalar zamanı hər üç fəalın şəxsi bilgisayarları, çox sayda kitabları və başqa şəxsi əşayaları müsadirə edilərək “ETTELAAT”-ın yerli bölməsinə aparılıb.

 

Bununla yanaşı mayın 18-də rejimin təhlükəsizlik xidmətinin əməkdaşları şairə Məhnaz Kərimi və Mehdi Zeynalınıda tutublar. Azərbaycanlı fəallar Davud Məqami və Hüseyn Balayinin evlərində axtarış aparılılıb.

 

İranda Azərbaycanlı Siyasi Məhbusların Haqlarını Müdafiə Komitəsinin saytı”savalansesi”nin verdiyi xəbərə görə mayın 18-də azərbaycanlı müəllim və jurnalist Mustafa Cəmşidi Germi şəhərində hökumət məmurları tərəfindən saxlanılıb. Məmurlar Cəmşidinin ata evində axtarış apararaq ona aid bilgisayar, kitablar, CD-lər və naşqa şəxsi əşyaları müsadirə ediblər.

 

Xəbərdə Germinin “Pəyami Nur” Universitəsinin elmi heyətinin üzvü, “Nidayi Muğan” həftəliyinin başredaktoru, sosyoloq Mürtəza Fərəciyən təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən izahat üçün idarənin yerli bölməsinə çağrılıb.  

 

Siyamək Mirzayının Muğan (Pars Abad) şəhərində ata evinə gələrək axtarış aparmış və ona aid olan kitab və başqa şəxsi əşyaları müsadirə etmişlər.

 S.Mirzayinin ailəsi bildiriblərki 6 gün onun taleindən xəbərsiz qalıblar. Mayın 20-də təhlükəsizlik əməkdaşlarının evdə axtarış aparmaq üçün müraciətlərindən sonar S.Mirzayinin həbs olunduğundan xəbərdar olublar.Mayın 22-də təhlükəsizlik və məhkəmə orqanları Mirzayinin ailəsinə onun “ETTELAAT”-ın Ərdəbil bölməsində olduğun, dindirilmək üçün bir neçə dəfə “inqilab məhkəməsi”nin 5-ci şöbəsinə aparıldığın bildiriblər.

Onlar Siyamək Mirzayinin həbs olunma səbəblərin deməsələrdə, axtarış üçün göstərilən məhkəmə sənədində onun “millətçilik”də ittiham olunduğu göstərilib.

 

Bununlada son həftələr həbs olunan milli-mədəni fəalların sayı 20 nəfərə çatıb.

 

ƏRDƏBİL

 Mayın 25-də tanınmış milli fəal Abbas Lisani və Əsgər Əkbərzadə 22 may hərəkatı zamanı Sulduzda şəhid olan milli fəalların yas mərəsimində iştirak üçün Sulduza getmək istərkən hökumət məmurları tərəfindən həbs ediliblər.Hər iki milli fəal yola çıxarkən avtobusda hökumətin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq “ETTELAAY”ın yerli bölməsinə aparılıblar.    

XİYAV

 Güney Azəerbaycanın Meşkin(Xiyav) şəhərindən verilən məlumata görə Şəhram Radmehr həbs edilib.

Xəbərdə Ş.Radmehr (Savalan)-nın mayın 23-ü axşam saatlarında Tehranm hökumətinin təhlükəsizlik xidmətinin yerli əməkdaşları tərəfindən həbs edildiyi bildirilir.

 Ş.Radmehr mədəni fəall və Azərbaycn tələbə hərəkatının keşmiş fəallarındandır. Öncələrdə Ş.Radmehr və qardaşı Səccad Radmehr tələbə hərəkatında fəaliyyətlərinə görə həbs olunub və təzyiqlərə məruz qalmışlar.Şəhram Radmehrin yaxınları onun hansı ittihamla həbs oldunduğu və harada saxlanıldığı haqda heç bir məlumat eldə edə bilməyiblər.

Yaxınlarının ehtimalına, təsdiqlənməmiş bilgilərə görə o, təhlükəsizlik xidmətinin Ərdəbil şəhərindəki yerli bölməsinə aparılıb.

 

Bununlada son həftələr Güney Azərbaycanda həbs edilən mədəni və sinfi fəalların sayı 21-ə yüksəlib. Bundan öncə rejim məmurları tərəfindən Güney Azərbaycanın müxtəlif şəhərlərində həbs edilən 20 nəfərin siyahısı yayılmışdı.

 

TƏBRİZ

  Təbrizdən veriləən xəbərə görə, Təbriz Universitetinin hüquq fakultəsinin öyrəncisi, mədəni fəal Aydın Xacei həbs edilib.  1986-cı il doğumlu Aydın Xaceinin mayın 19-da Təbrizdə hökumətin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən tutuqlandığı bildirilir.  A.Xaceinin həbsinin səbəbləri haqda onun yaxınlarına xəbər yayılana kimi heç bir açıqlama verilmədiyi bildirilir.

Əlirza Hüseynzadə və Rza Əbdi iki azərbaycanlı mədəni fəall mayın 11-də iş yerlərində təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən həbs edilərək “ETTELAAT”-ın Təbriz bölməsinə aparılıblar. Hər iki fəallın ev və iş yerlərində axarış apararaq onlara aid olan bilgisayar, kitablar, CD-lər və başqa xüsusi əşyalar müsadirə edilib.

 

Mayın 22-də isə Hadi Əkbəri və Məsud Hüseynzadə iki mədəni və tələbə hərəkatı fəallı təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

 

SULDUZ

  Vəli Azəriyyun və Kərim Fəthipur iki milli-mədəni fəal və 22 may 2006-cı il hadisələrində şəhid olan milli fəalların yaxınları həbs ediliblər.

Xatırladaqki, Tohid Azəriyyun, Himmət İsmizadə, Hüseyn Fəthipur və Əsgər Qasimi Sulduzda 22 may 2006-cı il hərəkatında rejim məmurları tərəfində güllələnərək şəhid olublar.

  HƏMƏDAN 

“İLDIRIM” DƏRGİSİ VƏ Buəli Sina Universitetinin “Türk Ocağı”nın keçmiş rəhbəri, tələbə hərəkatı və milli-mədəni fəal Əhməd Aqayı bu gün Həmədanda “ETTELAAT” məmurları tərəfindən həbs edilib.

   Ə.Aqayının hal-hazırda harada saxlanıldığı haqda heç bir xəbər yoxdur. Əhməd Aqayı bundan öncədə dəfələrlə həbs edilib və Universitetin nəzarət idarəsi tərəfindən ölümlə hədələnmişdi. Ə.Aqayı və başqa tələbə hərəkatı fəalları, öyrəncilər iki gün öncə

 Həmədanın Buəli Sina Universitetində 22 may 2006-ci il hadisələrinin il dönümü münasibətilə tədbir keçirmişdirlər.

 KƏRƏC  Beynəlxalq hüquq doktoru, Kərəcin ali təhsil ocaqlarının müəllimi Dr.Lətif Həsəni mayın 24-də həbs edilib. Təhlükəsizlik xidmətinin əməkdaşları L.Həsənini həbs etdikdən sonar onun evində axtarış aparıb və ona məxsus bilgisayar, kitablar, CD-lər və başqa xüsusi əşyaları müsadirə ediblər.   

SOFYAN

 Mayin 10-da Güney Azərbaycanın mədəni fəallı, tələbə hərəkatının keçmiş üzvlərindən olan Ayət Mehrəlibəyli Təbriz yaxınlığında Sofyan şəhərində şəxsi mənzilində həbs edilərək naməlum istiqamətə aparılmışdır.

 

 

İnsan Haqları Müdafiə Təşkilatının xəbər agentliyi “Herana” nın verdiyi məlumata görə, Məhrəlibəylinin ailə üzvləri onun mənzilində “İTTİLAAT” məmurları tərəfindən ağır döyülərək aparıldığın bildiriblər. Onların dediyinə görə mülki geyimli məmurlar heç bir məhkəmə hökmü göstərmədən evə daxil olub, yoxlama aparıblar. Onların Ayət Mehrəlibəyliyə aid kitablar, CD-lər, komputer və başqa şəxsi əşyalarında rejim məmurları tərəfindən aparıldığın bildiriblər.

 

 “savalansesi” saytının isə bildirdiyinə görə Ayət Mehrəlibəyli öncələrdə Professor Məhəmməd Tağı Zehtabinin anım günü və Babək qalasına yürüş tədbirlərində tutuqlanaraq həbs cəzasına məhkum edilmişdi.Xatırladaqki Mehrəli bəyli Tehran Universitetində pedaqoji üzrə diplom alıb. O, həmdə “Qopuz” tələbə dərgisinin keçmiş məsuludur.

   Hesabat BAB Mətbuat və İnformasiya Mərkəzi tərəfindən farscadan tərcümə edilmişdir.  http://www.savalansesi.com/2010/05/blog-post_26.html 

 
www.GunAz.Tv | 27-May-2010, 12:59
Fikrini Yaz » Dostuna göndər » Çap et »
Share | |
 
 
   
Sitənə əlavə et
Canlı Yayım - TV
Canlı Yayın
Videolar - Arşiv
Anket
Manşet anket kayıdı bulunamadı. [CAT ID: 1]
Bütün Anketlər »
Peyk Şirkətləri
1-ci Peyk (Satellite)
Telstar12
15 dərəcə Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal
2-ci Peyk (Satellite)
Eutelsat W3A
7 dərəcə Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 3/4
Horizontal
Günaz Radio & Satellite
Günaz Radio
7610 kHz SW Band 41 Metr
Eutelsat W3A
7 dərəcə Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 3/4
Horizontal
Facebook
www.facebook.com/gunaztv
Twitter
www.twitter.com/gunaztv