GünAzTv: İrana məxsus internet saytlarının birində ABŞ (Amertika Birləşmiş Ştatları) və İsrail gəmilərinin islam respublikasına tərəf hərəkətə keçdiyinə dair məlumat yayılıb.
"MIGnews.com" saytının verdiyi məlumata görə, İran sahillərinə doğru hərəkətə başlamış flotiliyaya 11 Amerika və 1 İsrail gəmisi daxildir. "Məqsəd İranı dəniz blokadasına salmaqdır", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, hələ iyunun 18-də "Harri Trumen" təyyarədaşıyan gəmisinin başçılıq etdiyi flotiliya Fars körfəzinə yaxınlaşmağa başlayıb. Onun göyərtəsində 60 bombardmançı qırıcı və 6000 hərbçi var.
Məlumatı yayan sayt onu da bildirir ki, artıq İran tərəfi sərt xəbərdarlıqla çıxış edib. Tehran bəyanlayıb ki, flotiliyanın ölkəyə yaxınlaşan hər hansı gəmini nəzarətə götürmək cəhdi "sərt reaksiya ilə qarşılanacaq".