Müharibə təhlükəsi yenidən güclənib Küçült Büyüt
Müharibə təhlükəsi yenidən güclənib

GünAzTv: 2010-cu il mayın sonlarından etibarən Yaxın Şərq regionunda vəziyyət daha da gərginləşib. İsrailin yardım aparan gəmilərə silahlı basqını və mülki insanların ölümü nəticəsində yaranmış ajiotaja paralel olaraq ABŞ (Amerika Birləşmiş Ştatlar)  və İsrailin İran sərhədləri yaxınlığənda hərbi varlıqlarını gücləndirməyə çalışması regiondakı prosesləri daha da təhlükəli istiqamətə aparır.  Hələ may ayının ortalarında İsrail kəşfiyyatına yaxınlığıyla bilinən DEBKA saytı, Obama hakimiyyətinin yaxın günlərdə Aralıq dənizi və İran Körfəzindəki ABŞ hərbi potensialını əlavə hava və dəniz qüvvələriylə (texnika və əlavə 6000 dəniz piyadasıyla) gücləndirmək barədə qərar verdiyini yazmışdı. Plana əsasən təyyarədaşıyan və nüvə başlıqlarına sahib olduğu da iddia olunan USS Herri Trumen gəmisi liderliyində yeni dəniz qüvvəsi heyətinin Körfəzə gələcəyi və beləcə Körfəzdə artıq iki bu cür bir gəmiyə sahib olacağı nəzərdə tutulurdu.

Mayın sonunda yayılan xəbərlərdə İsrail və ABŞ-ın bölgədə İrana hücumla bağlı hərbi dəniz təlimləri keçirəcəyi və hətta bir Alman gəmisinin (FGS Hessen) də bu təlimlərdə iştirak edəcəyi bildirilirdi. Son günlərdə isə regionda gərginliyin artacağı istiqamətdə xəbərlər daha da artdı. Əvvəlcə İngiltərənin nüfuzlu The Times qəzeti Türkiyə ilə arası pozulan İsrailin Səudiyyə Ərəbistanıla yeni bir müqavilə bağladığını, bu ölkənin hava sahəsini İsrailə açacağını yazdı. Daha sonra Səudiyyə Ərəbistanı rəhbərliyi, iddiaları yalanladı. Bu barədə təm dəqiq məlumatlar ortaya çıxmadan bu dəfə, Misirdəki Əl Quds Əl Ərəbi qəzeti, iyunun 18-də ABŞ-ın bir təyyarədaşıyan gəmisinin və 11 hərbi gəmisinin Süveyş Kanalından Qırmızı dənizə keçdiyini, yanlarında bir də İsrail hərbi gəmisinin olduğunu yazdı. İyunun 24-də isə İranın FARS Xəbər Agentliyi, İsrail vertolyotlarının iyunun 18-də, yəni gəmilərin Süveyş Kanalından keçdiyi gün Səudiyyə Ərəbistanıdakı bir hava limanına enərək silah və bomba yükü boşaltdığını iddia etdi. Müxtəlif ölkələrin KİV-ndə İsrail və ABŞ-ın İrana qarşı bir hərbi müdaxilə hazırlığı içində olduğu, hətta İsrailin hücumu Gürcüstan üzərindən (Gürcüstanın İrana birbaşa sərhəddi olmadığından bu ölkəyə əlavə oaraq İranın hansı qonşusunun hava sahəsindən istifadə ediləcəyi maraqlı qalır) edəcəyi barədə geniş yazılar dərc olunmağa başlanıb.

Beləliklə region növbəti dəfə hərbi planların kölgəsində qalıb. İranın nüvə proqramı ətrafında yaranmış problem əvvəlcə bu ölkənin Türkiyə və Braziliya ilə imzaladığı nüvə mübadiləsi müqaviləsi ilə sanki həll ediləcəkmiş kimi görüntüyə sahib olmuş, daha sonra BMT TŞ-nin İrana qarşı sərt sanksiyalar barədə qərarı gərginliyin artacağına dair işarələr meydana çıxarmışdı. Amma, gərginliyin hansı müstəvidə davam edəcəyi ilə bağlı da suallar cavabsız qalırdı. İndi isə bir yandan BMT TŞ-nin qərarlarına əlavə olaraq ABŞ, Avropa Birliyi, Kanada və başqa bəzi dövlətlər daha sərt yeni sanksiya qərarları alırlar. Digər yandan isə ABŞ və İsrail regiondakı hərbi planlarını işə salır. Bütün bunlar isə onu göstərir ki, ABŞ və İsrail (əslində BMT TŞ-dəki son səsvermədə də göründüyü kimi Rusiya və Çin də) İranın nüvə proqramı ilə bağlı qeyri-müəyyənliyin davam etməsi ilə razılaşmırlar. Nəticə hansı yolla olursa olsun, ya yaxın ya da orta perspektivdə mütləq əldə edilməyə çalışılacaq. Araztm

 
www.GunAz.Tv | 28-İyun-2010, 04:40
Fikrini Yaz » Dostuna göndər » Çap et »
Share | |