GünAzTv: İranın iş adamları işğal altındakı Azərbaycan torpaqlarına investisiya qoymaq üçün separatçı ermənilərlə danışıqlar aparırlar.
İranın Azərbaycanın torpaqlarının işğalında Rusiya ilə yanaşı Ermənistana birmənalı dəstək verməsi dönə-dönə təsdiqlənib.
Təkcə Xocalı soyqırımından 3 gün əvvəl İranın vasitəçilik edib guya Ermənistanla Azərbaycan arasında atəşgəs razılaşması əldə etməsi, 1992-ci ilin may ayının əvvəlində Ali Məclisin sədri Yaqub Məmmədovu Tehrana çağıraraq Ermənistan prezidenti Levon Ter Petrosyanla 9 günlük atəşkəs sazişi imzalatması, Azərbaycanın diqqətini yayındırması heç kəs unutmayıb. Heç bir insanlığa, dinə, qonşuluğa sığmayan bu namərdliyin erməni-rus hərbi birliyinin Xocalı soyqırımı törətməsinə erməni-rus hərbi birləşmələrinin Şuşanın işğal etməsinə gətirib çıxardığı yaddan çıxmayıb, çıxmayacaqdır. Təkcə həmin iki fakt kifayətdir ki, İranın hazırki qeyri-insani rejiminin insanlıq və İslam əleyhinə, müsəlmanlar əleyhinə olduğunu sübuta yetirəsən. Ötən illər ərzində isə dəfələrlə İranın işğalçı Ermənistana birbaşa və hərtərəfli yardım göstərməsi, ermənilərlə birlikdə Azərbaycanın işğal olunmuş ərazilərində talanlar törətməsi və s. kimi bəd əməllərə əl atması haqqında məlumatlar KİV-də əksini tapıb. İranın Xəzər dənizinin statusunun müəyyənləşməsində törətdiyi təxribatlar, Azərbaycanı hədələmək üçün hava sərhədini pozaraq üzərimizə qırıcı təyyarə göndərməsi, hətta dənizin öz sektorunda neft və qaz hasilatı işinə mane olması heç zaman yaddan çıxmayıb.
Güney Azərbaycanda 35 milyon Azərbaycan türkünə ən adi milli-insani hüquqlarını verməyən, öz dilində danışmağa qoymayan fars-teokratik rejiminin Azərbaycan Respublikasına "islam inqilabı ixracı", "saqqız ixracı", "narkotika ixracı və s. ilə həyasız əməllərlə də məşğul olması dönə-dönə təsdiqlənib. İran telekanallarının, qəzetlərinin Azərbaycan Respublikasına qarşı informasiya təxribatı da dönə-dönə gündəmə gəlib.
Maraqlısı odur ki, Ermənistanın özündə müxtəlif dövrlərdə, o cümlədən, prezident seçkisi öncəsi İranla işğalçı ölkəni birləşdirən Meğrinin "həyat yolu" olduğunu Levon Ter Petrosyan, Serj Sarkisyan da həmişə təsdiqləyib. Elə dünən Sarkisyan İranla Ermənistan arasında dəmiryolu xətti çəkilməsi barədə açıqlama verib. Ermənistan və İran rəhbərlərinin qarşılıqlı səfərlər zamanı erməni-fars qardaşlığından dəm vurması haqqında da dəfələrlə xəbərlər eşitmişik.
Bəzilərinə elə gələ bilər ki, İranın fars-teokratik rejiminin quyruğu qapı arasında qaldığından, beynəlxalq ictimaiyyətin təzyiqi ilə üzləşdiyindən Azərbaycanla münsibətlərdə daha normal mövqe tutacaq. Ancaq bu belə deyil. Dünən İran rejiminin növbəti xəyanətkarlığı üzə çıxıb. Bu dəfə Ermənistanın Tehrandakı sfəirliyinin təşkilatçılığı ilə fras rejimi Azərbaycana qarşı növbəti təxribatını həyata keçirib. Tehranda fəaliyyət göstərən "Yeni Nəsil" Birliyi, İran-Ermənistan Ticarət Palatası və İran-Ermənistan Dostluq Cəmiyyətinin üzvlərindən, İranın iş adamlarından ibarət nümayəndə heyəti İrəvana və işğal altındakı Azərbaycan ərazilərinə səfər ediblər. Bununla da BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənədə səs verməyən İranın fars-teokratik rejimi öz mahiyyətini ortaya qoyub. İranın iş adamları "Ermənistan və Dağlıq Qarabağ Ticarət Palatası" adlı qurum vasitəsiylə Azərbaycanın işğal altındakı torpaqlarındakı erməni "məmurları", erməni "iş adamları" ilə birlikdə əməkdaşlıq məsələlərini, bu ərazilərə investisiya qoyulması məsələsini müzakirəyə çıxarıblar. Hətta investisiya qoyulması üçün gəlirli sahələr müəyyənləəşdiriblər. Sonra İranın iş adamları işğal olunmuş Azərbaycan ərazilərinə turist kimi səfər də ediblər. Yeri gəlmişkən, Ermənistanın işğalı altında olan və beynəlxalq səviyyədə "nəzarətsiz zona" hesab olunan Qarabağ ərazisi narkotrafik və narkotik bitkilərin becərilməsi və hazırlanması baxımından "çiçəklənən" ərazidir. Əgər İranın narkotrafikinq və narkotik bitkilərin becərilməsi üzrə "ixtisaslaşdığını" nəzərə alsaq fars iş adamlarının nəzarətsiz, işğal altındakı ərazilərə belə marağının arxasında təkcə Azərbaycan üçün deyil, bütövlükdə region və dünya üçün təhlükəli məqamların gizləndiyini iddia etmək mümkündür. Fars rejimi Qarabağ münaqişəsinin həll edilməməsindən öz maraqları üçün növbəti bir məqamda yararlanır. Hələlik çıxış yolu baş verənləri beynəlxalq müstəviyə çıxarmaqdır. Onsuz da nüvə proqramına görə, beynəlxalq ictimaiyyətin təzyiqiylə üzləşən Tehranın İrəvanla birlikdə Azərbaycanın işğal altındakı ərazilərində "narkotika proqramı" həyata keçirdiklərini dünyaya elan etmək vacibdir. Konkret olaraq, sentyabrın 9-da BMT Baş Assambleyasında keçiriləcək müzakirələrdə İranın və Ermənistanın beynəlxalq qanun və normalara zidd əməllərlə məşğul olduğunu da müzakirəyə çıxarmaq lazımdır.
Rəsmi Bakı dəfələrlə işğal olunmuş ərazilərimizdə biznes fəaliyyəti və s. fəaliyyətlə məşğul olan xarici şirkətlərə etirazını bildirib və bir çox hallarda öz istəyinə nail olub. İndi də Azərbaycan XİN yuxarıda haqqında sözü gedən təşkilatların vasitəsiylə işğal olunmuş ərazilərimizə "işgüzar səfərə" gedən İranın iş adamlarına, şirkətlərinə, o cümlədən rəsmi Tehrana öz etirazını bildirməli və müvafiq diplomatik addımlar atmalıdır. Xalq cəbhəsi