GünAzTv: Türkiyə bu ilin iyul ayından İrana yanacaq tədarükünü 74% azaldıb.
RBK agentliyinin məlumatına görə, İrana tətbiq edilən beynəlxalq qadağalarla əlaqədar Türkiyə iyul ayında İslam ölkəsinə cəmi 35, 444 ton yanacaq ötürüb. Ötən ay Türkiyədən İrana 138,673 ton yanacaq tədarük edilib. Türkiyə İrana nəql etdiyi yanacağa görə 24,42 milyon dollar alıb.
Bundan başqa, Türkiyənin “BOTAS” və İranın “NİGS” şirkəti arasında imzalanan anlaşmaya əsasən, Türkiyə gündəlik olaraq 30 milyon kubmetr təbii İran qazı idxal etməli idi, lakin birinci tərəf ancaq 25 milyon kubmetr həcmində qaz idxal edib.
Qeyd edək ki, 2010-cu ilin iyun ayında ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresi nüvə proqramı ilə əlaqədar İslam ölkəsinə qarşı qadağalar tətbiq edib. İrana yeni sərmayə yatırımı, texniki dəstək və enerji sektoruna texniki avadanlığın ötürülməsinə qadağa qoyulub.