GünAz TV: İran hökuməti öz vətəndaşlarının Suriyaya quru nəqliyyatı ilə səfərlərinə qadağa qoyub. Buna səbəb son vaxtlar Suriyada tez-tez İran vətəndaşlarının oğurlanmasıdır.
Belə ki, son ay yarımda Suriyada 35 nəfər İran vətəndaşı oğurlanıb.
2011-ci il dekabrın (December) 21-də Suriya prezidenti Bəşər Əsədə müxalif naməlum silahlı şəxslər Homs şəhərində 5 iranlını tutub bilinməz istiqamətə aparıblar. Dörd gün sonra Suriyada daha 2 iranlı oğurlanıb. 2012-ci il yanvarın (January) 26-da isə naməlum silahlı şəxslər Hələb-Dəməşq istiqamətində hərəkətdə olan iranlıların avtobusunu saxlayaraq 11 nəfər İran vətəndaşını oğurlayıblar. Fevralın (February) 1-də Suriyada daha 11 iranlı zəvvar oğurlanıb. Fevralın 3-də Suriyanın Türkiyə ilə həmsərhəd olan Ədləb bölgəsində naməlum silahlı şəxslər 6 nəfər İran vətəndaşı oğurlanandan sonra İran hökuməti öz vətəndaşlarının bu ölkəyə quru nəqliyyatı ilə səfərlərinə qadağa qoymağı qərara alıb.
fevralın 4-də jurnalistlərə açıqlama verən İranın pasport və xarici vətəndaşlar üzrə polis departamentinin rəisi Mahmud Sadiqi bildirib: “Terrorçu qrupların son hərəkətlərini nəzərə alaraq bu gündən iranlı zəvvarların quru yolla Suriyaya səfərinə yasaq qoyulur. İranlı zəvvarlar bundan sonra yalnız hava yolu ilə Suriyaya səfər edə bilərlər. Zəvvarlara tövsiyə edirik ki, Suriyaya İranın Həcc və Ziyarət Təşkilatının xətti ilə səfər etsinlər”.
Bəşər Əsəd hökumətinə qarşı mübarizə aparanlar İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) xarici əməliyyatlar üçün nəzərdə tutulan “Qüds” qanadının qüvvələrini Suriyada müxalifəti əzmək üçün hökumətə yardım göstərməkdə günahlandırır. Media forum