Xamaneyi ABŞ və İsraili təhdid etdi .
Günaz TV: İranın dini lideri Əli Xamaneyi, Tehran Universiteti həyətində verdiyi Cümə xütbəsində ABŞ və İsraili Təhdid edərək embarqo və döyüş təhdidlərinə qarşı bizim də edəcəklərimiz var dedi.
Xameneyi ABŞ -daki xalq hərəkətləri, İsrail və Qərbdəki iqtisadi böhranla əlaqədar da açıqlamalar verdi.
ABŞ-ın ''İrana qarşı əsgəri hücum da daxil bütün variantların masada olduğu'' açıqlamasını qiymətləndirən Xamaneyi, ''İranı döyüşlə təhdid etmək ABŞ-ın zərərinədir, döyüşün özü isə on qat daha çox bu ölkənin zərərinədir'' ifadəsini istifadə etdi. Təhdid, ABŞ-ın məntiq və söz qarşısındakı acizliyini göstərir'' -deyən Xamaneyi ABŞ-ın qan tökmək və zorbalıqdan başqa bir şey bilmədiyini söylədi.
ABŞ-ın bu cür siyasətlərinin onu öz xalqının belə gözündən saldığını ifadə edən Xamaneyi, xalq arasında etibarını itirən sistemlərin qədərinin müəyyən olduğunu söylədi və ''sionist rejimi'' nümunə göstərdi.
İranın dini lideri Əli Xamaneyi sözlerinde dedi ''Amerika və digərləri bilsin ki ,bizim də təhdidlər və neft embarqosu qarşısında təhdidlərimiz var və bunlar lazım olduğunda tətbiq edəcəyik.
Bölgədəki xalq hərəkətlərinə də toxunan Xamaneyi, ''xalqların İslami oyanışı sayəsində bölgədəki dörd tağutun yox olduğunu görürük”.
Misir və Tunisdə xalqın əksəriyyətinin İslami həssaslığı olan partiya və qruplara səs verdiyini xatırladan Xamaneyi, bölgədəki diktator rejimlərin xalq tərəfindən artıq qəbul görmədiyini bildirdi.