Bakı   21°C
 
 
Chicago   13°C
 
Brussel   3°C
 
 
Təbriz   17°C
 
17 May 2012
۲۸ ارديبهشت ۱۳۹۱

Türkcə   تورکچه   فارسی
Xamenei: “Lazım gələrsə, biz də hədə-qorxu taktikasına keçəcəyik” Küçült Büyüt
Xamenei: “Lazım gələrsə, biz də hədə-qorxu taktikasına keçəcəyik”

GünAz TV: İran Qərbin təzyiqlərinə baxmayaraq, inkişaf etməkdə davam edəcək.

Bunu İranın ali dini lideri Ayətulla Əli Xamenei Tehranda cümə namazından sonrakı çıxışında bəyan edib. İranda 1979-cu il İslam İnqilabının 33-cü ildönümünün qeyd edildiyi bir vaxtda xalq qarşısına çıxan Xamenei bildirib ki, İslam Respublikasının (Cümhuriyyətinin) əsası qoyulandan bəri Qərb qüvvələri İranın inkişaf etməsini əngəlləmək istəyib, lakin İran xalqı bütün çətinliklərin öhdəsindən gəlib.

 Ayətulla Əli Xamenei Amerika Birləşmiş Ştatlarını İranın nüvə obyektlərinə (təsisat) zərbə endirmək ideyasından imtina etməyə çağırıb: «İranın ünvanına səslənən hədələr, yaxud İrana hücum Birləşmiş Ştatların ziyanına işləyə bilər. Sanksiyalar (təhrim) bizim nüvə proqramını davam etdirmək qətiyyətimizə təsir göstərməyəcək. Lazım gələrsə, biz də Qərbin müharibə başlatmaq hədələrinə və neft embarqosu (təhrim) tətbiq etmək taktikasına cavab olaraq, hədə-qorxu taktikasına keçəcəyik».

 Xamenei qeyd edib ki, Tehran «sionist rejimi»nə qarşı çıxmağa cəsarət edən bütün ölkə və qüvvələri dəstəkləyəcək. İranın ali dini lideri ötən ay İranda öldürülmüş nüvə mütəxəssisi Əhmədi Rövşənin qətlinin arxasında da Qərb qüvvələrinin dayandığını bəyan edib.

 
www.GunAz.Tv | 04-Fevral-2012, 12:38
Fikrini Yaz » Dostuna göndər » Çap et »
Share | |
 
 
   
Sitənə əlavə et
Canlı Yayım - TV
Canlı Yayın
Videolar - Arşiv
Anket
Manşet anket kayıdı bulunamadı. [CAT ID: 1]
Bütün Anketlər »
Peyk Şirkətləri
1-ci Peyk (Satellite)
Telstar12
15 dərəcə Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal
2-ci Peyk (Satellite)
Eutelsat W3A
7 dərəcə Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 3/4
Horizontal
Günaz Radio & Satellite
Günaz Radio
7610 kHz SW Band 41 Metr
Eutelsat W3A
7 dərəcə Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 3/4
Horizontal
Facebook
www.facebook.com/gunaztv
Twitter
www.twitter.com/gunaztv