GünAz TV: Türkiyə Silahlı Qüvvələri (TSK), Hərbi Hava Donanmasının (navqan) qırıcı təyyarələri Şimali İraqdakı Zap bölgəsində olan terror təşkilatı PKK-ya aid hədəfləri ötən gün bombardıman edib.
Bu barədə məlumat Türkiyə baş qərargahının rəsmi internet saytında yayılıb:
“1. Şimali İraqda aparılan kəşfiyyat və hədəf analizi nəticəsində Zap bölgəsində müəyyən edilən bölücü terror qruplaşmasına aid 3 hədəf Hərbi Hava Donanmasının qırıcıları tərəfindən 3 fevral 2010-ci il tarixdə bombardıman edilib.
2. İşini uğurla başa çatdıran qırıcılarımız təhlükəsiz şəkildə hərbi bazaya (payqah) geri qayıdıblar”.