GünAz TV: Azərbaycanı “Eurovision – 2012” mahnı müsabiqəsində təmsil edəcək ifaçı fevralın (February) 12-də bəlli olacaq.
Həmin gün Heydər Əliyev Sarayında milli final təşkil olunacaq. Beş finalçı - Orxan Kərimli, Səbinə Babayeva, Elton İbrahimov, Fəqan Səfərov və Arzu İsmayılova “Eurovision 2012”də Azərbaycan təmsilçisi adı uğrunda mübarizə aparacaq. Bu barədə Azərbaycan mətbuatı məlumat yayıb.
Qeyd edək ki, ötən il Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal birincilik əldə ediblər. Qalib ölkə olaraq bu il müsabiqəyə ev sahibliyini Azərbaycan edir. Təmsilçimiz bu il birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.