Bakı   21°C
 
 
Chicago   13°C
 
Brussel   3°C
 
 
Təbriz   17°C
 
17 May 2012
۲۸ ارديبهشت ۱۳۹۱

Türkcə   تورکچه   فارسی
Haaretz qəzeti: “İran İsraildən intiqam almağa çalışır” Küçült Büyüt
Haaretz qəzeti: “İran İsraildən intiqam almağa çalışır”

GünAz TV: Haaretz qəzeti İsrailin təhlükəsizlik idarəsinin başçısına istinadən yazır ki, İran nüvə aliminin qətlinə görə dünya boyu intiqam almaq cəhdlərinə əl atır.

“İran aliminin İsrail tərəfindən öldürülməsinin doğru olub-olmadığı heç bir əhəmiyyət kəsb etmir. İran kimi böyük, ciddi ölkə bunun belə davam etməsinə yol verə bilməz. Onlar İsraili qorxutmaq istəyirlər ki, İran aliminə hücum etmək əmrindən öncə qərar qəbul edənlər bunu yaxşı götür-qoy etsinlər”, - Shin Bet məxfi xidmətinin başçısı Yoram Cohendən Haaretz qəzetində iqtibas gətirilir.

Ötən il ərzində İsrail hədəflərinə həmlələrin qarşısı Türkiyə Azərbaycan və Tailandda alınıb.

Yanvarın (January) əvvəlində universitet müəllimi və nüvə alimi Mustafa Əhmədi-Röşən İran paytaxtının şimalında öz maşınında partladılıb.

Son iki il ərzində İranda 4 nüvə alimi qətlə yetirilib.

Tehran sui-qəsdlərdə İsrail və Amerikanı ittiham edib.

Tel-Aviv adətən təhlükəsizlik üzrə Shin-Bet və Mossad xidmətinin fəaliyyətini şərh etmir. Hərçənd ki, prezident Şimon Peres son ay baş verən qətldə ölkəsinin əli olmadığını deyib.

Cohenin intiqam həmlələri barədə xəbərdarlığı İran üzərinə İsrail hərbi zərbəsi barədə mülahizələrin artmasına təsadüf edir.

Amerikanın müdafiə naziri Leon Panetta Washington Post qəzetindəki İranın İsrail tərəfindən aprel, may və yaxud da iyun ayında (June) vurulacağı barədə məlumatı şərh etməkdən imtina edib. BBC

 
www.GunAz.Tv | 04-Fevral-2012, 14:02
Fikrini Yaz » Dostuna göndər » Çap et »
Share | |
 
 
   
Sitənə əlavə et
Canlı Yayım - TV
Canlı Yayın
Videolar - Arşiv
Anket
Manşet anket kayıdı bulunamadı. [CAT ID: 1]
Bütün Anketlər »
Peyk Şirkətləri
1-ci Peyk (Satellite)
Telstar12
15 dərəcə Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal
2-ci Peyk (Satellite)
Eutelsat W3A
7 dərəcə Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 3/4
Horizontal
Günaz Radio & Satellite
Günaz Radio
7610 kHz SW Band 41 Metr
Eutelsat W3A
7 dərəcə Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 3/4
Horizontal
Facebook
www.facebook.com/gunaztv
Twitter
www.twitter.com/gunaztv