GünAz TV: Xarici mətbuatın yaydığı məlumata görə, bir neçə gündür davam edən toqquşmaların qarşısını almaq mümkün olmur.
Son olaraq Suriyanın Misirdəki səfirliyinin binasına hücum edən nümayişçilər binanı darmadağın edib və od vurublar. Buna səbəb Suriyada nümayişçilərə qarşı amansız davranışın davam etməsidir.
Suriya prezidenti Bəşər Əsədin əleyhdarları Suriyanın Böyük Britaniya, Almaniya və ABŞ-dakı (Amerika Birləşmiş Ştatları) səfirlikləri qarşısında da etiraz aksiyası (göstəri) keçiriblər.
Son məlumatlara görə, Suriyanın Homs şəhərində nümayişçilərə artilleriya (topxana) zərbəsinin endirilməsi nəticəsində ən azı 287 nəfər həlak olub.