Bakı   21°C
 
 
Chicago   13°C
 
Brussel   3°C
 
 
Təbriz   18°C
 
17 May 2012
۲۸ ارديبهشت ۱۳۹۱

Türkcə   تورکچه   فارسی
İranın vurulması: Niyə apreldə yox? Küçült Büyüt
İranın vurulması: Niyə apreldə yox?

GünAz TV: İranın nə vaxt vurulacağı məsələsi günümüzün əsas siyasi tapmacalarındandır.

10 ildən artıqdır ki, İslam Respublikasına (Cümhuriyyətinə) qarşı bu və ya başqa şəkildə hərbi əməliyyatlara başlanılıcağı haqda mülahizələr yürüdülməkdədir.

Dünən ABŞ-ın (Amerika Birləşmiş Ştatları) müdafiə naziri Leon Panetta İsrailin İrana hücum edəcəyi ehtimalından ehtiyatlandığını deyib.

Teleqraf.az «İTAR-TASS»-a istinadən xəbər verir ki, Pentaqonun başçısı Brüsselə səfəri zamanı deyib: «İsrail belə bir variantı (seçənək) nəzərdən keçirdiyini, biz isə ehtiyatlandığımızı bildirdik».

«Vaşinqton Post» qəzetinin məlumatına əsasən, Pentaqon İsrailin gərəkən qərar qəbul etməsinə özü şərait yaradır və «çox böyük ehtimalla bu ilin aprelində İsrail İrana həmlə edəcək». Nazir isə bu məlumatı şəhrdən imtina edib.

İsrailin müdafiə naziri Ehud Barak isə beynəlxalq təhlükəsizlik konfransında çıxışı zamanı deyib ki, əgər sanksiyalar (təhrim) səmərə verməzsə, o halda İrana qarşı hərbi əməliyyatlara başlmaq məsələsini nəzərdən keçirəcəklər.

«Beynəlxalq ictimaiyyət əmindir ki, İranın nüvə proqramını dayandırmaq lazımdır. Bunun üçün də bütün variantlar massa üzərindədir. Əgər sanksiyalar İranın atom proqramını dayandırmazsa, o zaman bu aksiyanın keçirilməsinə baxılmalıdır»-deyə, yəhudi nazir deyib.

 

İsrail baş nazirin strateji məsələlər üzrə  müavini Moşe Yaalon da oxşar çıxış edib: «İranın nüvə obyektlərinə (təsisat) zərbə endirmək mümkündür. Biz insanlar tərəfindən yaradılmış bütün sədlər və maneləri keçə bilərik.Qərbin İrana hücum etmək imkanları var. Ancaq Tehran hələ də onları bu yöndə qərarlı olacağını əmin deyil. Odur ki, məsələni manipulyasiya (dəstkari) etməkdədir».

 

İsrail hərbi kəşfiyyatının başçısı Əviv Koxavi isə İranın 4 ton zənginləşdirilmiş materiala (məvad)  və  20 faiz zənginləşdirilmiş 100 kq urana  malik, bununsa 4 atom bombasına yetərli olduğunu bildirib.

 

Bu çıxışların nə dərəcədə gerçəkləşəcəyini yalnız ehtimal etmək olar. Çünki hələ 2004-cü ilin aprelində də İranın nüvə obyektlərinə nöqtəvi zərbələrin endiriləcəyi haqda rəsmi və qeyri-rəsmi şəxslər bəyanatlar verirdi. Ancaq bu tarixin üstündən 8 il ötüb.

 

Orta Şərqdəki qarışıqlıq, Avropada maliyyə -iqtisadi böhran şəraitində İrana qarşı hərbi əməliyyatların başlayacağı o dərəcədə inandırıcı görünmür.Əvvəla Avropa Birliyi İran neftindən imtina aksiyasının iyuldan (July) sonra başlayacaq. Bu həm də Tehran hakimiyyətinə 6 aylıq möhlətdir. İsrail və ABŞ (Amerika Birləşmiş Ştatları) isə Avropadakı müttəfiqləri iştirak etmədən belə bir aksiyaya çətin başlasınlar.  

 

İrana qarşı hərbi əməliyyatların başlayacağı etimahlını təsdiqləyən amillərdə az deyil. Son aylar ABŞ, Britaniya və Fransanın  Kəngər körfəzinə əlavə hərbi qüvvə və texnika yeritməsi, bölgədə hərbi manevrlərə hazırlığın başlaycağı bu mülahizələrə təsdiqləyir. Bundan başqa Orta Şərqdə ötən ilki dəyişikliklərdən sonra hələ qarışlıqlığın davam tetməsin də Tehran hakimiyyətinin rolu da istisna edilmir. Bu baxımdan bölgədə qarışıqlıq yaradacaq qüvvələrdən başlıcasını sıradan çıxarmaqla Afrikanın Şimalında müəyyən sabitliyə nail olmaq istəyini də gərək nəzərdən qaçırmayaq.

Bütün bu sadalananlara və sadalanmayan amillərə baxmayaraq, İranın azından 6 ay möhləti var. Bu il həm də ABŞ-da prezident seçkisi keçiriləcək. Onda vəziyyət daha da aydınlaşar. Deməli, bu möhlətə daha 6 ay da əlavə edilə bilər. Rəsmilərin bəyanatlarına gəlincə. Onlar bu sayaq çıxışları ilə həm də beynəlxalq ictimaiyyətin rəyini nə vaxtsa başlayacaq hərbi əməliyyatlara hazırlayırlar.Odur ki, indiki şəraidə İranın danışıqlara başlaması və iddialarından əl çəkməsi üçün bir ilə yaxın müdəti var. Rəsmi Tehran bunu dəyərləndirsə, o zaman bölgə yeni  savaş ocağından qurtular. İslam Respublikasının (Cümhuriyyətinin)  rəhbərliyi hikkə və iddaisından vaz keçəcəkmi? Hər halda baş verənlər göstərir ki, keçsə daha yaxşı olar...

Sədrəddin Soltan

 
www.GunAz.Tv | 04-Fevral-2012, 14:51
Fikrini Yaz » Dostuna göndər » Çap et »
Share | |
 
 
   
Sitənə əlavə et
Canlı Yayım - TV
Canlı Yayın
Videolar - Arşiv
Anket
Manşet anket kayıdı bulunamadı. [CAT ID: 1]
Bütün Anketlər »
Peyk Şirkətləri
1-ci Peyk (Satellite)
Telstar12
15 dərəcə Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal
2-ci Peyk (Satellite)
Eutelsat W3A
7 dərəcə Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 3/4
Horizontal
Günaz Radio & Satellite
Günaz Radio
7610 kHz SW Band 41 Metr
Eutelsat W3A
7 dərəcə Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 3/4
Horizontal
Facebook
www.facebook.com/gunaztv
Twitter
www.twitter.com/gunaztv