GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Mehdi Deyhəminin (Güntay) məhkəmə iclası keçirilib.
Deyhəminin məhkəmə iclası bazar günü (yekşənbə günü) Mahabadın (Soyuq Bulaq) inqilab məhkəməsinin 1-ci şöbəsində keçirilsədə xəbər yeni yayılıb.
O, sistemin əleyhinə təbliğdə günahlandırılıb.
Qeyd edək ki, Deyhəmi 2011-ci il avqust ayında (1390-cı il şəhrivər ayı) Urmu Gölü ilə bağlı keçirilən kütləvi etirazlar ərəfəsində Qoşaçayın (Miyandoab) Çaharbürc qəsəbəsində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb, 8 gün ağır şəraitdə saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdır.