Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisi haqqında sərəncam imzalayıb. Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisinə başlamaq məqsədi ilə Prezidentin ehtiyat fondundan Saatlı rayon İcra Hakimiyyətinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.