Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə cüdoçuların Bakıda keçirilən Qran-Pri turnirinə ölkəmizin ev sahibliyi etməsindən məmnunluq ifadə olunub, Azərbaycan cüdoçularının bu turnirdə yaxşı nəticələr əldə etdikləri vurğulanıb. Həmçinin ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısından danışılıb, cüdoçuların Bakıda keçirilən Qran-Pri turnirinin önəmi qeyd edilərək bu tədbirin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.