Elvin Məmmədov Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak etməyəcək. Millimizin hazırlıq prosesi mayın 20-dən 28-dək Bakı şəhərində keçiriləcək. Elvin Məmmədovun təlim-məşq toplanışından kənar qalması onun məşqdə zədələnməsi ilə bağlıdır.
Xatırladaq ki, Elvin Məmmədov şərəfini qoruduğu “Qarabağ”dan ayrılaraq paytaxt təmsilçisi “Bakı” ilə razılığa gəlib.