UEFA Apellyasiya Komitəsi “Real” klubunun şikayətini təmin etməyib. Günaz TV-nin UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qurumun İsveçrənin Nyon şəhərində keçirilən toplantısında “Real”ın Çempionlar Liqasının “Barselona” ilə ilk yarımfinal oyunu ilə bağlı İntizam Komitəsinə etdikləri şikayətinin qəbul edilməməsini qüvvədə saxlayıb.
Qeyd edək ki, “Real” klubu rəhbərliyi “Barselona” ilə ilk yarımfinal matçında rəqib komandanın üzvlərinin meydanda simulyasiya etmələri ilə bağlı UEFA-ya şikayət etmişdi.
Xatırladaq ki, “Real” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində iki oyunun nəticəsinə görə əzəli rəqibi “Barselona”ya 1:3 hesabı ilə uduzaraq kubok uğrunda mübarizəni dayandırmışdı.