Bakı   21°C
 
 
Chicago   13°C
 
Brussel   3°C
 
 
Təbriz   18°C
 
17 May 2012
۲۸ ارديبهشت ۱۳۹۱

Türkcə   تورکچه   فارسی
Nazir: "London Olimpiya oyunlarında minimum 9 medalımız olmalıdır" Küçült Büyüt
Nazir: "London Olimpiya oyunlarında minimum 9 medalımız olmalıdır"

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Rusiyanın 24-cü kanalı və Yekaterinburq vilayətində yayımlanan kanalı üçün hazırlanan “Azərbaycana yol” verilişinin çəkilişi üçün ölkəmizə səfərə gəlmiş jurnalistlərə müsahibə verib. Azərbaycan Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, ilk olaraq nazir Gənclər və İdman Nazirliyinin tarixi, gənclər və idman sahəsində bu günədək görülən işlər, “2011-2015-ci illər Azərbaycan Gəncliyi Dövlət Proqramı”, “Gənclər haqqında Qanun” və digər mövzulardan danışıb. Azad Rəhimov qeyd edib ki, bu gün Azərbaycanda 1 milyon qaçqın var. Qaçqın gəncləri cəmiyyətdən ayırmaq olmaz deyən nazir, onlar üçün müxtəlif səpkili layihələrin həyata keçirildiyini, istedadlı gənclərin üzə çıxmaları üçün müxtəlif müsabiqələrin gerçəkləşdirildiyini ifadə edib.

Təhsil sahəsinə də toxunan Azad Rəhimov deyib ki, bu gün təhsil, kompüter, dil bilikləri hər bir gəncin inkişafı üçün ən önəmli amillərdən biridir: "Bu gün biz, gənclərin məsafədən (distance) təhsil almaları üçün yeni layihələr işləyib hazırlayırıq”.

İdmandan da danışan nazir, Azərbaycanın hazırda London olimpiadasına hazırlaşdığını bildirib

“Hal hazırda biz London olimpiadasına hazırlaşırıq. Əgər Atlanrada medallarımızın sayı 1, Sidneydə 3, Afinada 5, Pekində 7 idisə, təbii ki, London Olimpiya oyunlarlnda minimum 9 olmalıdır. Bu gun biz fəxr hissi ilə ölkəmizdə ilbəil sayı artan Olimpiya İdman Komplksləri (OİK), beynəlxalq səviyyəli yarışlar, qazanılan medallar haqda da danışa bilərik”, deyə A. Rəhimov qeyd edib.

Regionlarda tikilən OİK ilə bağlı suala nazir belə cavab verib ki, bu, Ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün cənab prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən ən gözəl siyasət idi: “Məhz Bakı şəhərində idmanın inkişafı üçün çox böyük işləri görüb qurtarandan sonra, regionlarda da bu fəaliyyətə başlamaq olardı. Amma regionlarda da idman infrasitrukturunu genişləndirməklə, idmanla məşğul olan gənclərin sayını artırmış olub, daha bötük uğurlar əldə edə bilirik..”

A. Rəhimov bu gün Azərbaycanda güləş, cüdo, boks evlərinin tikildiyini, gimnastika mərkəzinin, hovuz kompleksinin əsasının qoyulduğunu vurğulayıb.

“Azərbaycanda çox güclü güləş, cüdo məktəbi var. Amma əfsuslar olsun ki, güləş, cüdo evi yoxdur. Biz bu istiqamətdə də işlərimizi davam etdiririk”, deyə nazir əlavə edib.


 
www.GunAz.Tv | 21-May-2011, 19:37
Fikrini Yaz » Dostuna göndər » Çap et »
Share | |
 
 
   
Sitənə əlavə et
Canlı Yayım - TV
Canlı Yayın
Videolar - Arşiv
Anket
Manşet anket kayıdı bulunamadı. [CAT ID: 1]
Bütün Anketlər »
Peyk Şirkətləri
1-ci Peyk (Satellite)
Telstar12
15 dərəcə Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal
2-ci Peyk (Satellite)
Eutelsat W3A
7 dərəcə Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 3/4
Horizontal
Günaz Radio & Satellite
Günaz Radio
7610 kHz SW Band 41 Metr
Eutelsat W3A
7 dərəcə Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 3/4
Horizontal
Facebook
www.facebook.com/gunaztv
Twitter
www.twitter.com/gunaztv