GünAz TV: Dünən Təbrizin səhənd stadiomunda (stadionunda) yerli vaxtla saat 18:00-da “Şəhrdari” ilə Xuzistanın “Fulad” taxımı (timi) arasında başlayan futbol yarışı, “Fulad”ın xeyirinə yekunlaşıb.
İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 34-cü həftəsində keçirilən müsabiqədə Rza Növruzi 54 və 89-cu dəqiqələrdə “Fulad” üçün 2 qol vurub.