“Şalke” Almaniya Kubokunu darmadağınla qazandı (VİDEO)
“Şalke” futbol klubu Almaniya Kubokunun qalibi olub.
Ötən axşam Berlində ölkə kubokunun final qarşılaşması olub. “Halke” “Duysburq”u 5:0 hesabı ilə məğlub edib. 18-ci dəqiqədə hesabı Yulian Draksler açıb. Klas-Yan Xuntelar dubla (22-ci və 70-ci dəqiqələr) imza atıb. “Şalke”nin heyətində Benedikt Xevedes (42-ci dəqiqə) və Xose Xurado (55-ci dəqiqə) da hərəyə bir qol vurublar.
Bu, “Şalke”nin ölkə kubokundakı beşinci zəfəridir. Komanda sonuncu dəfə Almaniya kubokunu 2002-ci ildə qazanmışdı.