Gənc müğənni Elton Hüseynəliyev dünən Heydər Əliyev adına sarayda konsert verib. Müğənni konsertdə “Bakı” azarkeşi olduğunu etiraf edib.
Konsert zamanı klub rəhbərliyi adından 10 nömrəli futbolka hədiyyə alan müğənni təşəkkürünü bildirərək, “Bakı” futbol klubunun azarkeşi olduğunu dilə gətirib.
Kluba uğurlar arzulayan Elton qarşıdan gələcək oyunlarda komandamızın oyunlarının izləyəcəyini, azarkeş kimi “Bakı”ya həmişə dəstək verəcəyini bildirdi.