Bakı   21°C
 
 
Chicago   13°C
 
Brussel   3°C
 
 
Təbriz   18°C
 
17 May 2012
۲۸ ارديبهشت ۱۳۹۱

Türkcə   تورکچه   فارسی
"Neftçi"nin Flavinyosuz modeli Küçült Büyüt
"Neftçi"nin Flavinyosuz modeli

 

Çempionluğu sona 3 tur qalmış təmin edən "Neftçi", bildiyiniz kimi, qalan görüşlərdə aparıcı futbolçularına istirahət verməyi məqsədəuyğun saydı. Yalnız "böyük oyun"da bəzi önəmli fiqurlar əvvəlki iki matçdan fərqli, əzəli rəqibə qarşı forma geydi. Amma Arif Əsədov "Xəzər Lənkəran"la görüşdə belə Flavinyo, Rodriqinyo, Alessandro, Denis Silva və Emil Mpenzanın xidmətinə ehtiyac duymadı. Şübhəsiz, 4 "sambaçı" və Emilin yoxluğunda flaqmanın cənublulara qarşı tam heyətlə mübarizə aparmadığını söyləməyə dəyər. Flavinyoya gəlincə, "9" nömrənin çempionun lideri olduğunu hər kəs bilir. Hətta hücumameyilli yarımmüdafiəçisi meydanda deyilsə, azərbaycanlı çalışdırıcı komandanın oyun üslubuna və taktiki düzülüşünə "əl gəzdirir". Bəs görəsən, Flavinyosuz "Neftçi" nəyə qadirdi və necə görünür?

Mövsümə iddialı başlayan "xalq komandası" uğurlu nəticələr qazandıqca, qolçuluq məharətini nümayiş etdirən Bahodir Nasimov "dəqiq atəşlər"i sıralamağa başladı. "Ayağı açılan" özbək forvard dekabrda səfərdə "Gəncə"yə son qolunu vurana qədər adından söz etdirdi. Bahodirin möhtəşəm çıxışı fonunda komandanın sol cinah yarımmüdafiəçisi də futbol ictimaiyyətinin rəğbətini qazanmaqda idi. Hətta noyabrda Flavinyo zədələnəndə, "ağ-qaralar"ın çıxışında eniş duyuldu. Bəli, Əsədov əksər matçlarda oyunu məhz cənubi amerikalının üzərində qurur, "sambaçı" isə çalışdırıcının ümidlərini doğruldurdu. Yaradıcı fiqurun meydanı görmək bacarığı, topla sərbəst irəliləməsi, hər oyunçuda olmayan ani start sürəti, oyunu üzərinə götürmək məharəti qabardılmalıdı. Fərdi texnikası hesabına cərimə meydançasına soxulmağı bacaran, bir və ya bir neçə rəqibdən ustalıqla sıyrılan futbolçu ölkə birinciliyində və kubok matçlarında nəyə qadir olduğunu dəfələrlə isbatlayıb. Sirr deyil ki, bakılılar "Qremio Prudente"dən icarəyə götürdüyü Flavinyonu heyətində saxlamaq üçün kifayət qədər ciddi məbləğdən keçib, onunla üçillik anlaşma imzaladı. Təbii, bu vinger meydandadısa, oyun zamanı "ağ-qaralar"dan hər şey gözləmək olar. Axı paytaxt klubunun uğurlu transferi universallığıyla seçilir və qarşılaşmanın istənilən dəqiqəsində vəziyyəti komandasının xeyrinə dəyişəcək səviyyədədi.

Son matçlarda əsasən yerlilərə şans verən ("böyük oyun"da "Neftçi"nin start heyətində 7 azərbaycanlı vardı. İkisi isə sonradan meydana çıxdı) Əsədovun komandasının ifasında bir qədər fərqli futbol izlədik. Bakılılar kollektiv oyun sərgilədi desək, yanılmarıq. Flavinyonun yoxluğunda əksər hücumlar sol cinahdan qurulmurdu. Həmin ampluada qərarlaşan Cavid Hüseynov isə işinin öhdəsindən gəldi. "9" nömrədən təcrübəsiz olsa da, daha aqressiv görünən Cavidi braziliyalıyla müqayisə etmək, ümumiyyətlə, yersizdi. Amma azərbaycanlı orta xətt oyunçusu son derbidə komandasının ən yaxşısı idi. Hətta matçın son dəqiqələrində belə driblinqlərindən qalmayan, fiziki gücünü ortaya qoyan Tovuz futbolunun yetirməsi görüşü izləyənlərin rəğbətini qazandı. Yarımmüdafiənin lideri görüşdə iştirak etmədiyindən "ağ-qaralar"ın orta xətti çavuşa tabe olmayan mütəşəkkil desant bölüyünü xatırladırdı. Bəlli şəkildə azlıqda qalan Bakı klubunun futbolçularının görüşün sonlarında "vaxt yeməsini" nəzərə almasaq, oyun planında meydan sahiblərinin yarımeksperimental heyəti zəif deyildi. Fakt budu ki, Əsədovun komandası braziliyalı hər hansı səbəbdən bir və ya bir neçə matçda top qova bilməyəcəyi halda gülünc duruma düşməyəcək. "A" variantı alınmayanda, Arif bəyin "B"si də var. Bu, istənilən komanda üçün önəmli amildi.

 
Nihat, “Futbol+” | 24-May-2011, 20:14
Fikrini Yaz » Dostuna göndər » Çap et »
Share | |
 
 
   
Sitənə əlavə et
Canlı Yayım - TV
Canlı Yayın
Videolar - Arşiv
Anket
Manşet anket kayıdı bulunamadı. [CAT ID: 1]
Bütün Anketlər »
Peyk Şirkətləri
1-ci Peyk (Satellite)
Telstar12
15 dərəcə Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal
2-ci Peyk (Satellite)
Eutelsat W3A
7 dərəcə Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 3/4
Horizontal
Günaz Radio & Satellite
Günaz Radio
7610 kHz SW Band 41 Metr
Eutelsat W3A
7 dərəcə Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 3/4
Horizontal
Facebook
www.facebook.com/gunaztv
Twitter
www.twitter.com/gunaztv