Bakı   21°C
 
 
Chicago   13°C
 
Brussel   3°C
 
 
Təbriz   18°C
 
17 May 2012
۲۸ ارديبهشت ۱۳۹۱

Türkcə   تورکچه   فارسی
Yerli futbolçu bazarı Küçült Büyüt
Yerli futbolçu bazarı

Artıq cari çempionatın qalibi də bəllidi, mükafatçıları da. MOİK-lə "Simurq" isə rəsmən I diviziona yuvarlanıb. Ona görə də elita təmsilçilərinin əksəriyyəti artıq indidən növbəti mövsüm barədə düşünməyə başlayıb. Aparıcı klubların önündə duran prioritet məsələ isə yerli futbolçuların transferidi. Çünki legioner limiti klubları bu yöndə tədbir görməyə sövq edir.

"Neftçi" və "Qarabağ"ın üstünlüyü

Dünya futbolunda yazılmamış belə bir qanun var ki, ölkə çempionatında qalib olmaq istəyən klub rəqibləri ilə müqayisədə daha çox sanballı yerli oyunçulara sahib olmalıdı. Türkiyədə hətta "çempionluğu sünnət olunmuş futbolçular gətirir" deyə bir deyim də var.

Bu mənada "Neftçi"nin premyer-liqanın qızıl medallarına sahib çıxmasının təsadüf olmadığını söyləyə bilərik. Çünki "ağ-qaralar" səviyyəli yerli oyunçulara daha çox sahib olan iki komandadan biridi. Ona görə də flaqmanın növbəti mövsüm bu yöndə çətinlik çəkəcəyi inandırıcı deyil.

"Neftçi" kimi "Qarabağ"ın da yerli oyunçu baxımından sıxıntısı yoxdu. Yığmamızın əsas üzvləri Ağdam təmsilçisinin sıralarındadı. Düzdü, Elvin Məmmədovun "Bakı"ya gedişi Qurban Qurbanovun ürəyincə deyil. Amma kimisə zorla saxlamağın nə mənası?

Müqaviləsi başa çatan Namiq Yusifovla daha 2 illik müddətə anlaşan "Qarabağ" Vüqar Nadirovun da məsələsini həll etməyə yaxındı. Lakin sonuncunun xidmətində "Qəbələ" də maraqlıdı. Növbəti mövsüm avrokuboka vəsiqə qazanmağı hədəfləyən "Qəbələ" bütün diqqətini transfer bazarına yönəldib. Mahir Şükürovla Vurğun Hüseynovu heyətinə qatan əyalət klubu Saşa Yunisoğlunun müqaviləsini isə daha 3 illik uzatdı. Hazırda Vüqar Nadirovla Fərid Quliyevi Toni Adamsın sərəncamına vermək üçün danışıq aparan "Qəbələ" Branimir Subaşiçi də yeni sözləşmə imzalamaq üçün dilə tutmaqdadı.

Yerli oyunçu sorağında

"Xəzər-Lənkəran", "İnter", "Bakı" və AZAL-ın yerli oyunçu baxımından vəziyyətləri ürəkaçan deyil. Sözügedən kollektivlər əsasən əcnəbilərin sayəsində ayaqdadılar. Mirça Rednik "Xəzər-Lənkəran"ı sözün əsl mənasında rumınlaşdırıb. Cənub klubunun heyətində üzə çıxarılası cəmi 4 yerli oyunçu var: Kamran Ağayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev və Elnur Abdullayev. Belə bir durumda "Xəzər-Lənkəran" həmyerlilərimizin axtarışına çıxmalı, milli üzvlərini heyətə qatmaq üçün səy göstərməlidi. Amma nədənsə, cənublular səssizliklərini qorumaqdadılar.

AZAL-ın heyətində yer alan oyunçulardan isə yalnız biri - Aqil Nəbiyev yığmada, yüksək səviyyəli oynularda forma geyinə biləcək durumdadı. O da stabil olaraq, Berti Foqtsun etimadını qazana bilmir.

"İnter" hələ ki, milliləşdirilmiş legionerlər Vladimir Levin və Aleksandr Çertoqanovla qapıçı Dmitri Kramarenkonun hesabına legioner limiti ilə ayaqlaşa bilir. Arif Daşdəmirov, Rövşən Əmiraslanov, Səlahət Ağayev kimi futbolçular isə əsas heyət üzvləri deyillər.

"Bakı" isə köklü dəyişikliklər astanasındadı. Aleksandr Starkovun "təmizləmə əməliyyatı"ndan sonra Bəxtiyar Soltanov, Fabio Luis Ramim, Cəmşid Məhərrəmov və Əziz Quliyev kimi futbolçular qalacaq. Ona görə də irəlidə yerli oyunçulara ehtiyac duyulacağı dəqiqdi.

"Ovçular" və "şikarlar"

Bəli, hazırkı durum klublarımızı yerli futbolçu "ov"una çıxmağa sövq edir. Amma iş ondadı ki, "şikarlar"ın sayı olduqca azdı. Onlar ya müqavilə ilə hansısa kluba bağlıdılar, ya da çoxlarının maraq dairəsində olduqlarından qiymətləri yüksəkdi. Amma yenə də bazarı ələk-vələk edib, nəsə tapmaq olar.

Qapıçılardan yalnız Fərhad Vəliyevi "bekar" saymaq mümkündü. Boyan Pavloviçin gəlişindən sonra əsas heyətdəki yerini itirən Vəliyev durumundan narazıdı. Elə ona görə də təcrübəli qapıçı "Qarabağ"ı tərk etmək məsələsini götür-qoy edir. Üstəlik, yığmamızın baş məşqçisi Berti Foqts da ona iş yerini dəyişməyi məsləhət görüb. Fərhad yaxınlarda verdiyi müsahibədə "Qarabağ"dan başqa digər yerli klubun formasını geyinməyəcəyini açıqladı. Amma onun ölkə xaricinə yollanmaq variantı var.

Müdafiəçilərdən hazırda AZAL-ın formasını geyinən Elvin Əliyev müqavilə ilə "Bakı"ya məxsusdu. Ona görə də onun növbəti mövsümdə hansı komandanın uğurları üçün top qovacağı bəlli deyil. "Bakı" Elvini hələ qış fasiləsində geri qaytarmaq istəyirdi. Yerli oyunçu sarıdan qıtlıq çəkən "zolaqlılar" onun xidmətində maraqlıdı. Üstəlik, Əliyevin AZAL-ın baş məşqçisi Nazim Süleymanovla münasibəti qaydasında deyil.

Ruslan Əmircanov hələ qış fasiləsində "Neftçi"nin baş məşqçisi Arif Əsədovun "qara siyahı"sına düşmüşdü. Lakin gənc futbolçu Antalya toplanışı ərəfəsində ondan özünü göstərmək üçün daha bir şans istədi və nəticədə Əsədov fikrindən daşındı. Amma artıq "Neftçi"ni qarşıda avrokubokda çıxış gözləyir və flaqmanın güclənmək yönündə tədirlər görəcəyi dəqiqdi. Belədə Əmircanov üçün "Neftçi"nin heyətində yer tapılacağı inandırıcı görünmür. Digər tərəfdən, Ruslan yığmaya dəvət alan bir futboçludu və özünə daim əsas heyətdə yer ala biləcəyi bir komanda tapsa, Berti Foqts da bunu qiyətəndirəcək.

Orta xətt oyunçularından Elvin Məmmədovun "Qarabağ"ı "Bakı"ya dəyişmək üzrə olduğu məlum məsələdi. Yığmamızın üzvü böyük ehtimalla yaxın günlərdə "zolaqlılar"la rəsmən anlaşacaq. Elvin kimi Ceyhun Sultanovun da "Bakı"ya keçəcəyi, daha doğrusu, qayıdacağı yönündə xəbərlər dolaşır. Düzdü, paytaxt klubunun 32 yaşlı sabiq oyunçusunu uzun aradan sonra geri qaytaracağı bir qədər inandırıcı görünmür. Amma Sultanov "Gəncə"dəki oyunu ilə yenidən diqqətləri üzərinə çəkməyi bacarıb.

Cari mövsümdə əsasən ehtiyatda qalan və oyuna sonradan qoşulan Cavid Hüseynov bir ara yığmadakı yerini də itirdi. Hətta "Neftçi"dəki mövcud durumla barışmaq istəməyən Hüseynov narazılığını da dilə gətirmişdi. Düzdü, çempionluq təmin edildikdən sonra baş məşqçi Arif Əsədov 23 yaşlı oyunçuya güvənməyə başlayıb. Lakin əsas görüşlərdə ona elə də şans verilməməsi futbolçunun klubdan ayrılmasına zəmin yarada bilər. Artıq yarımmüdafiəçi iki klubdan real təklif də alıb. Bunlar "Qəbələ" və "İnter"di. İndi Hüseynov bu "üçlük" arasında seçim etməlidi.

Son olaraq, boşda olan hücumçulara diqqət yetirək. Vaqif Cavadov "Bakı"da ümidləri doğrultmadığından paytaxt klubu artıq onun xidmətində maraqlı deyil. Ona görə də yığmamızın üzvü müqavilə ilə məxsus olduğu "Tvente"yə qayıdıb, Hollandiya təmsilçisinin onun üçün klub tapmasını istəyəcək. Amma Vaqif transfer məsələsini özü də çözə bilər. Çünki yerli oyunçuların "ov"una çıxan "Qəbələ"ə ona da göz dikib.

Yeri gəlmişkən, "Qəbələ" daha iki yığma oyunçusu ilə danışıq aparır. Bunlar gənc hücumçular Vüqar Nadirov və Fərid Quliyevdi. Amma sonuncudan fərqli olaraq, Vüqarın daha bir müştərisi var. "Qarabağ" müqaviləsinin müddəti başa çatan futbolçusunu buraxmaq istəmir. Yerli oyunçuların Qəbələyə axın etdiyi bir vaxtda əyalətdə ürəyi sıxılan Branimir Subaşiç paytaxta dönmək istəyir. Düzdü, Toni Adams onu növbəti mövsümdə də sərəncamında görmək istəyir. Lakin Bakıda yaşamaq istəyən Branimir hələlik seçim etməyib.

P.S. İddialı klubların ikinci "altılıq"da mübarizə aparan klublara diqqət yetirməsi də mümkündü. "Xəzər-Lənkəran"ın "Muğan"dan transfer etdiyi Elnur Abdullayevin ümidləri doğrultması bura nəzər salmağı da zəruri edir. Elitanı tərk edən "Simurq" və MOİK-in, daim istedad yetişdirən "Turan"ın, Sabir Allahquliyevin simasında "Gəncə"nin də heyətində yaxşı gənclər var. "Muğan"da isə Novruz Məmmədov, Tural Axundov, Tagim Novruzov iddialı klubları gücləndirməyə qadirdi.

 
www.GunAz.Tv | 24-May-2011, 20:23
Fikrini Yaz » Dostuna göndər » Çap et »
Share | |
 
 
   
Sitənə əlavə et
Canlı Yayım - TV
Canlı Yayın
Videolar - Arşiv
Anket
Manşet anket kayıdı bulunamadı. [CAT ID: 1]
Bütün Anketlər »
Peyk Şirkətləri
1-ci Peyk (Satellite)
Telstar12
15 dərəcə Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal
2-ci Peyk (Satellite)
Eutelsat W3A
7 dərəcə Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 3/4
Horizontal
Günaz Radio & Satellite
Günaz Radio
7610 kHz SW Band 41 Metr
Eutelsat W3A
7 dərəcə Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 3/4
Horizontal
Facebook
www.facebook.com/gunaztv
Twitter
www.twitter.com/gunaztv