Azərbaycan prezidenti İlham Əliyev Abşeron və Ağcabədi rayonlarında Olimpiya idman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycanda idmanın inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin vacibliyini və əhalinin müraciətlərini nəzərə alaraq dövlət başçısı Abşeron və Ağcabədi rayonlarında Olimpiya idman komplekslərinin tikintisinə başlamaq üçün Gənclər və İdman Nazirliyinə Prezidentin Ehtiyat Fondundan 2 milyon manat (hər kompleks üçün 1 milyon manat) vəsait ayrılmasına göstəriş verib.