Bu gün UEFA Çempionlar Liqasının finalıdır. Avropanın ən nüfuzlu klub turnirinin sponsoru “MasterCard”ın mütəxəssislərinin hesablamalarına görə, “Barselona” - “Mançester Yunayted” qarşılaşmasının qalibi rekord qazanc - 126 milyon avro qazanacaq. Bu məbləğə mükafat fondu, televiziya hüquqlarının satışı və digər sponsor gəlirləri daxildir. Məğlub kluba isə 73 miylon avro düşəcək. Avropanın klub finalının ümumi dəyəri 369 milyon avrodur. Bu, ötən ilki göstəricidən 17,5 milyon avro çoxdur. Mütəxəssislərin fikrincə, bu artım finalda “Mançester Yunayted” və “Barselona” kimi dünyanın bahalı futbol brendlərinin rəqib olması ilə bağlıdır.
“Barselona” və “Mançester Ynayted” Avropa çempionlar Kubokunun finalında ikinci dəfə qarşılaşan sayca altıncı cütlükdür. Avropanın ən nüfuzlu klub turnirinin finalında qarşılaşan komandalar:
“Real” - “Reyms” 4:3, 1955/56
“Real" - "Reyms” 2:0, 1958/59
“Milan” - “Benfika” 2:1, 1962/63
“Milan” - “Benfika” 1:0, 1989/90
“Milan” - “Ayaks” 4:1, 1968/69
“Milan” - “Ayaks” 0:1, 1994/95
“Ayaks” - “Yuventus” 1:0, 1972/73
“Ayaks” - “Yuventus” 1:1, 1995/96 (penalti 2:4)
“Liverpul” - “Milan” 3:3, 2004/05 (penalti 3:2)
“Liverpul” - “Milan” 1:2, 2006/07
“Barselona” - “Mançester Yunayted” 2:0, 2008/09
“Barselona” - “Mançester Yunayted”, 2010/11.
İndiyədək Çempionlar Liqasında (Çempionlar Kuboku nəzərə alınmaqla) ən çox Madrid “Real”ı birinci olub - 9 dəfə. İtaliyanın “Milan” klubu 7 dəfərə, İngiltərənin “Liverpul” komandası 5 dəfə Çempionlar Liqasını qazanıb. Bu günkü oyundakı qələbədən sonra “Barselona” və ya “Mançester Yunayted” qələbələrin sayına görə Hollandiyanın “Ayaks” və Almaniyanın “Bavariya” klublarını qabaqlayacaq.