1-ci Peyk: 2-ci Peyk:
Satellite: Telstar12
15 derece Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal
Satellite: Eutelsat3A
7 derece Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 1/2
Horizontal
Kəşfiyyat məlumatlarına görə, müasir ballistik raket sınaqdan keçiriləcəyi yerə qatarla aparılacaq
Koreya Xalq Demokratik Respublikası (KXDR) yaxın vaxtlarda qitələrarası ballistik raketi sınaqdan keçirməyə hazırlaşır. ANS PRESS, İTAR-TASS-a istinadən xəbər verir ki, bunu Ağ Ev administrasiyasının adının mətbuatda açıqlanmasını istəməyən nümayəndəsi deyib. Onun sözlərinə görə, razırda rəsmi Pxenyan uzaq mənzilli müasir ballistin raketi hazırlıq vəziyyətinə gətirməklə məşğuldur. Bununla da Ağ Ev, BMT Təhlükəsizlik Şurasının qətnqaməsinə baxmayaraq KXDR-in qitələrarası ballistik raet yaratması barədə CƏNUBİ Koreya tərəfinin bəyanatlarını təsdiqləmiş olub. Cənubi Koreya peykindən çəkilmiş şəkillər və digər kəşfiyyat məlumatları sübut edir ki, Şimali Koreya müasir qitələrarası raketi sınaq yerinə daşımağa hazırlaşır.
Amerika hökuməti nümayəndəsiin məlumatına görə, rəsmi Pxenyan ballistik raketi daşımaq üçün qatardan istifadə edəcək. Lakin o raketin məhz hara aparılacağını dəqiqləşdirməyib. Cənubi Koreya rəsmiləri isə bəyan ediblər ki, raket Çin yaxınlığında yerləhən yeni Tonçxan-ni poliqonuna aparılacaq. Seuldakı mənbələr yeni raket sınağının bu həftə baş tuta biləcəyini iddia edir. Lakin Amerika tərəfi hesab edir ki, sınağa hazırlıq işləri daha uzun vaxt apara bilər. /ANS PRESS/




