Bakı 2°   05:58          Təbriz 19°   05:28
Chicago 13°   19:58          Avropa 7°   02:58

Peyk şirkətləri

 

1-ci Peyk:
Satellite: Telstar12
15 derece Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal

2-ci Peyk:
Satellite: Eutelsat3A
7 derece Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 1/2
Horizontal

Gunaz.tv

Anket

Ən çox sevdiyiniz futbol komandası hansıdır?
Trəxtor komandası.
91%
Perspolis komandası.
2%
İstiqlal komandası.
3%
Digər
4%
 

DÖVLƏT ADAMLIĞI Seyfəddin Altaylı

İnsan oğlu dünyaya ayaq qoyduqdan sonra hər şeyi sınaya-sınaya öyrənib; bu cümlədən dövlət yaratmağı da.       Türk xalqının bilinən yazılı tarixində qarşımıza çıxan ilk dövlət Hunlardır və onları da imperiya şəklində siyasət səhnəsində görürük. Ancaq bir xalqda ictimai şüurun yaranması, bu şüurun xalqı təşkilatlandırması, bu təşkilatın kiçik bir bəylik şəklində özünü göstərməsi, böyüyüb dövlətə çevrilməsi, xalqın bu dövləti imperiya səviyyəsinə çatdıracaq şüura və təşkilatçılıq qabiliyyətinə yiyələnməsi min illərin sınağını tələb edir. Qəbul etsələr də etməsələr də, sevsələr də, sevməsələr də, Türk milləti bilinən siyasi tarix səhnəsində imperiya ilə çıxış edən, tanrının özünə ordu olaraq yaratdığı bir millətdir. Ona görə 30 minlik ordusuyla Malazgirt döyüşündə 100 minlik Bizans ordusunu məhv edib. Hər bir Türk yurdundan, o cümlədən Azərbaycandan da payipiyada yola düşüb Çanaqqalaya gedib döyüşən ayağı çarıqlı, əyninə gəydiyi nimdaş şalvarında qırx yamağı olan Türk oğulları sərhədlərində gün batmayan, inkişaf etmiş nəhəng Böyük Britaniya İmperiyasının şərəfini Çanaqqala boğazının mavi sularına qərq edib. Türk oğlu budur və hər işi görməyə qadirdir. Mərhum Atatürk ona görə deyib ki; "Yüksəl Türk, sənin üçün yüksəkliyin sərhəddi yoxdur!"      Lüğətlərdə dövlət üçün deyilir ki; dövlət, müəyyən bir torpaq üstündə yaşayan təşkilatlanmış xalq və ya xalqlardan ibarət hüquqi bir varlıqdır.       Bəs dövlət adamlığı nə deməkdirə Dövlət adamlığı, dövləti idarə edən yüksək səviyyəli şəxslərin hər cür şəxsi mənafeyi, qorxu-hürkünü, təzyiqi və s. şeyləri vecinə də almayaraq dövlətini gözünün giləsi kimi qoruyan şəxsiyyətlərin yaratdığı imicdir.      Türkiyə Cümhuriyyətinin banisi mərhum Mustafa Kamal Atatürk, Türk tarixinin nadir dövlət və siyasət xadimlərindən, Türk tarixinin bəşər tarixinə qazandırdığı əvəzsiz bir hərbi, siyasi lider və dövlət adamıdır.       Amerikalı Mc Arthur onun barəsində: "O, Türklərə özünə güvənməyi öyrətdi"; Charle H. Sherill isə; "Dünya, gəlib keçmiş işğalçı ordulardan Yunanlılarınki kimi o boyda böyük məğlubiyyəti dadanları çox az gördü" deyib.       İki yad şəxsin Atatürkün siyasi, sosio-psixoloji və hərbi strateg yönünü təsvir edən fikirləri qısaca belədir.      Atatürk, sadəcə olaraq bir siyasi və ya hərbi lider deyildi. O, xalqının ən qabaqcıl və uzaqgörən strateg müəllimiydi. Bakı Türkoloji Qurultayına yolladığı heyətin sədri Fuad Köprülünü çağırıb; "Mənə görə Azərbaycanlı qardaşlarımız ərəb əlifbasını götürüb Latın əlifbasını qəbul edəcəklər, olmaya bilməyə onlara qarşı mənfi fikirlə çıxış edəsiniz, Azərbaycanlı qardaşlarımız nə desələr onları dəstəkləyin" demiş və onun dedikləri çin olmuşdu. Azərbaycanda 1926-cı ildə Latın əlifbasının qəbulundan və kökləşməsindən iki il sonra o da Türkiyədə Latın əlifbasını üç ayın içində qəbul etdirmişdi. Bundan məqsəd də Azərbaycanla Türkiyə arasındakı mədəni əlaqənin qırılmaması idi. İndi isə o mədəni əlaqəni və əbəri qardaşlığı sındırmaq istəyən qüvvələr arada meydan sulayır. On beş ildə həyata keçirdiyi inqilablarla bugünkü Türkiyə Cümhuriyyətini qərb yönümlü müasir bir dövlətə çevirmişdi. O, dünyada gedən proseslərin əlli il, yüz il sonra hansı mənzillərə aparıb çıxara biləcəyini görə bilirdi. Hələ 1933-cü ildə Türkiyə Böyük Millət Məclisinin açılışında etdiyi çıxışda Sovetlər Birliyinin eynilə Avstriya-Macarıstan İmperiyası kimi dağılacağını, Türkiyənin o günə hazır olmasını dilə gətirmişdi. Təəssüf ki, Türkiyə o günə hazırlıq görmədi. Hakimiyyətə gələn iqdidarlar praqmatizmə yönəldi, ancaq və ancaq günlük tələbata uyğun siyasət yeritdi və Atatürkün dediyi o gün gəlib çatdıqda hərhansı planı olmadığından Türkiyə çaş-baş qaldı. Diyəsən bu çaş başlıqdan hələ də yaxa qurtara bilməyib.      Atatürk, ömrü boyu atdığı hər addımda və dilə gətirdiyi hər sözdə Türk xalqına yeni bir fikir təlqin edir, ona böyük mənəvi güc və qüdrət bəxş edir, yalnızca özünə güvənməyini və bununla nələrə qadir olacağını qulağına pıçıldayır, "möhtac olduğun qüdrət damarlarındakı əsil qanda mövcutdur" deyərək, Türkə basılmaz bir milli şüur aşılayır, dövlət adamlığının əsl xarakterini nümayiş etdirirdi.      1934-cü ildə Atatürk cümhurbaşqanıdır. Milli əgitim Bakanı, Azərbaycan Türkcəsiylə desək xalq təhsili naziri Niydə vilayətindən Abidin Özməndir və nazirlikdə iş otağında işləyir. Qapı döyülür, nazir gur səsiylə ucadan "buyurun" deyir. Atatürkün bir yavəri yanında iki uşaqla içəri daxil olur və ona Atatürkün verdiyi zərfi uzadır. Nazir Abidin Özmən zərfi səliqə ilə açır və məktubu diqqətlə oxuyur. Atatürk məktubunda yazıb:      "Yavərimlə sənə iki kasıb və yiyəsiz uşaq yollayıram. Onları məsləhət bildiyiniz bir internat litseyinə pulsuz qeyd eding"      Cümhurbaşqanı Atatürkün bu göstərişi qəti şəkildə yerinə yetirilməlidir. Nazir Özmən, orta təhsil idarəsinin müdirini səsləyir və ona bu göstərişi verir:      "Atatürkün yavərinin yanındakı bu iki uşağın sənədlərini götür və onları Haydarpaşa internat litseyinə qeydiyattan keçirin və hər ikisi üçün də üç illik təhsil məxarici nə tutursa qəbzini kəsin, valideyn xanasına da Atatürkün adını yazıb sənədləri mənə gətirin".      Nazir Abidin Özmənin göstərişi dərhal yerinə yetirilir. Nazir, işin həllindən sonra Atatürkə xitabən qısa bir məktub yazıb yavərə verir və Atatürkə yollayır.       Nazir məktubunda yazıb:      "Möhtərəm Atatürk, Yavər bəylə yolladığınız iki uşaqla bağlı göstərişinizi aldım. Ancaq arxalarında Türkiyə Cümhuriyyətinin banisi və Cümhurbaşqanı Atatürk kimi biri olduğundan bu iki uşağı kasıb və yiyəsiz kimi qəbul etməyimə həm qanunlarımız, həm də məntiqim icazə vermir. Bu səbəblə hər iki uşağı da əmrinizə uyub Haydarpaşa litseyinə pulunu şəxsən sizin ödəməniz şərtiylə qeyd etdirdim və uşaqların hər biri üçün üç illik təhsil xərcinin qəbzlərini adınıza kəsdirib məktuba əlavə edirəmg Hörmətləg"      Atatürk məktubu alıb oxuyur və başnazir İsmət İnönüyə zəng çalaraq deyir: "Görürsən mi, sənin milli əgitim bakanın mənə nə etdi, ona yolladığım iki kasıb və yiyəsiz uşağı əmrimə uyub internat məktəbinə qeyd etdirdi, ancaq uşaqların təhsil xərcinin qəbzini adıma kəsib mənə yolladı".       Başnazir İnönü nazir adına Atatürkdən üzrxahlıq istəyir, ancaq Atatürk ona o saat mane olur və sözünü ağzında qoyur. Yoox məndən üzr istəmə, həddən artıq şad və xoşbəxt oldum. Kaş hər dövlət adamı bu cür mədəni cəsarətə malik olsa və düz yolu hamıya göstərə bilsə.      Atatürk bu cür bir dövlət adamı idi və dövlət adamı sifətinə malik olanlara ən yüksək səviyyədə qiymət verirdi.       Görəsən mərhum nazirimiz Abidin Özmən kimi dövlət adamlarımız qırmızı kitaba düşüb yoxsa hələ də irsləri davam edir!ə Doğrusu bu sualın cavabını tapmaq üçün əvəzində nə desələr onu edərəm, ödəyərəm və bu cavabı öyrənmək istəyərəm.

Seyfəddin Altaylı, Ankara altayli_s@yahoo.com

 #

DEYERLI DOSTUM SEYFETTIN BEYIN BUGÜZEL YAZISINDAN ÖTÜRÜ KUTLUYORUM.BU GÜZELIM YZILARINLA DEYERLI ÖNDERIMIZ MUSTAFA KEMAL ATATÜRK´ÜMÜZÜNDE O DEVLET ADAMLIGINADAN ÖRNEK ALINMASI GEREKEN BIR OLAYIDA YOBAZCI BIR ZIHNIYETIN KAFASINA CIVILEMIS OLDUN SONSUZ TESEKÜRLERIMI BILDIRIYORUM SLM ISMAIL

 

GünAz TV TWITTER'da


GünAz TV'ni TWITTER'də təhkib edin..
www.twitter.com/gunaztv

GünAz TV FACEBOOK'da