Bakı 12°   01:48          Təbriz 21°   01:18
Chicago 16°   15:48          Avropa 8°   22:48

Peyk şirkətləri

 

1-ci Peyk:
Satellite: Telstar12
15 derece Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal

2-ci Peyk:
Satellite: Eutelsat3A
7 derece Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 1/2
Horizontal

Gunaz.tv

Anket

Ən çox sevdiyiniz futbol komandası hansıdır?:

Firudin Allahverdi. Bakı haqqında mahnı

(Ustad Həmid Herisçiyə salam və sayğılarla)

“Moskva bir gündə tikilməyib” (Rus deyimi). Bakı isə bir gündə tikilib… XIX əsrin ortalarında bu şəhər protoazərbaycanlıların yaşadığı kiçik şəhərlərin arasında çoxlarından fərqlənmirdi. Təbriz, Ərdəbil, Gəncə, Şəki, Şamaxı, Şuşa kimi şəhərlər Bakıdan ərazisinə və əhalisinə görə, elə mədəniyyətinə görə də dəfələrlə böyük idilər. Mədəniyyət demişkən, bu söz ərəb dilindən gəlib və “mədinə”dən yaranıb – yəni şəhər deməkdir!

    Əslində mədəniyyət məfhumu, özünün sivilizasiya anlamında yalnız şəhərlərdə mövcud olub və elə şəhərə də aiddir. Qayıdaq protoazərbaycanlıların bir əsr əvvəl yaşadıqları şəhərlərə.

    Təbriz – özündə üç min illik mədəniyyəti yaşadan bir şəhərdir. Zaman-zaman qalxımı, enimi olub, müharibələr görüb, dağılıb, tikilib, zəlzələ, vəlvələ, inqilablar yaşayıb, gah paytaxt olub – şah oturub, gah ikinci şəhər olub, vəliəhd əyləşib. Bu şəhərdə doğulan insan elə doğulduğu andan böyük bir mədəniyyətin tərkib hissəsi sayılır. Müxtəlif əsrlərdə yanğınlar görmüş, uçmuş, tikilmiş binaların arasında uşaqlığını keçirmiş biri elə böyüyə-böyüyə, hətta eşitməsə belə, burada baş vermiş tarixi və mədəni hadisələri təhtəhşüurunda hiss edir. Elə bununla da böyüyür – adam olur. Təbrizi təbrizlilər çox nahaq yerə yalnız Ərk qalası ilə simvollaşdırırlar – Ərk qalası kimi o qədər tikililər olub ki, Təbrizdə… Ərk qalası bu gün var, sabah olmaya bilər. Amma Təbriz, özü-özlüyündə bir anlayış olaraq böyükdür. Orada çox böyük energetik yığın var. Hətta Təbriz günün birində yox olsa belə, onun yerində yenidən Təbriz adlı şəhər tikmək kifayətdir ki, o böyük mədəniyyət yenidən doğulsun və qaldığı yerdən inkişaf etsin. Çünki, enerji itmir, sadəcə forma dəyişir. Təbriz – elə Azərbaycan deməkdir! Həmişə belə olub, elə belə də olacaq. Təsadüfi deyil ki, təbrizlilər quzeylilərə azərbaycanlı yox, bakılı deyirlər. Çünki, azərbaycanlı onların öz adlarıdır… Təbriz barədə nə qədər danışsam, yazsam da doymaram. Amma bu başqa bir söhbətin mövzusudur.

    Götürək başqa bir şəhəri – Gəncəni. Mən Kirovabad şəhərinin adının Gəncə olaraq dəyişdirilməsini eşidəndə 8-9 yaşlı uşaq idim. İntuitiv olaraq elə bilirdim ki, hələ uzun müddət insanlar bu şəhərə Kirovabad deyəcəklər… Amma uşaq olmuşam, çox şeyləri bilməmişəm və bu məsələdə yanılmışammış. Elə ad dəyişiminin sabahı günündən hər kəs bu şəhərə Gəncə deməyə başladı – çünki şəhərin adını dəyişmək olar, amma insanın min illik gen yaddaşını dəyişmək mümkün deyil. Pis-yaxşı genini daşıdığımız babalarımız min illərlə bu şəhərə Gəncə deyiblər. Elə bir himə bənd imişikmiş. Ad dəyişən kimi hər kəs bu şəhəri öz həqiqi adıyla çağırmağa başladı. Gəncə, Təbriz olmasa da, yenə də özünə görə kifayət qədər böyük bir tarixə, mədəniyyətə malikdir – paytaxt olub, savaşlar görüb, qalib gəlib, məğlub olub, dağılıb, tikilib…

    Hər hansı bir şəhərdə doğulmaq, yaşamaq o mədəniyyəti və ənənəni daşımaq deməkdir. Vyanada doğulub böyümüş, klassik musiqi ilə məşğul olan insana həsəd aparmaq olar. Təsəvvür edin, doğulduğun, yaşadığın şəhərdə 200 il əvvəl Beethoven, 100 il əvvəl Mahler yaşayıb və çalışıb… Ənənən, arxanı söykəyəcəyin bir dəyərlər var. Adama başqa nə lazımdır? Təbrizdə doğulub-böyüyən insan üçün şərq fəlsəfəsini və ya devrimin nəyə gərəkdiyini anlamaq o qədər də çətin deyil – Şəms Təbrizi kimi dahi, Səttarxan kimi inqilabçı yetişib.

    Bəs bakılı üçün? Bizim – Bakıda doğulanların arxasında kim var? Biz nə işlə məşğul olmalıyıq? Bu suallara hərə özü cavab versin. Mən qayıdım söhbətin əvvəlinə… Balaca bir şəhərin yaxınlığında neft çıxır, o şəhər birdən-birə tikilir, qurulur və olur böyük şəhər. Bəs alt qat? Bəs şəhərin özünə aid əsrlərlə yığılıb cilalanmış mental dəyərlərin, yazılmamış qanunların, davranış kodekslərinin, şəhərə xas folklorun, dəlili-ağıllılı şəhər tiplərinin və onlar barədə əsrlərcə, nəsildən-nəsilə danışılan şəhər əhvalatlarının məcmusu olan ŞƏHƏR MƏDƏNİYYƏTİ? Axı bunlar olmasa şəhər ŞƏHƏR yox, sadəcə boş və mənasız tikililər yığını olacaq.

    Azərbaycan folklorunda Təbrizin, Gəncənin, Ərdəbilin, Dərbəndin, hətta Tiflis, İstanbul və Həştərxanın adı çəkilir; Bakının adı isə yoxdur. Nə mahnılarda, nə rəvayətlərdə, nə də nağıllarda. Bunun səbəbi azərbaycanlıların genetik yaddaşında Bakının mövcud olmamasıdır. Bakı bizim üçün nə əhəmiyyət daşıyır? Nə ilə asossiyasiya olunur? Birinci növbədə nə məqsədlə tikildiyi indiyədək sual altında qalan Qız qalası ilə. Beləliklə, Bakı bizim üçün şübhə, sual və tərəddüdlərlə asossiyasiya olunur. Sonra? Neftlə – heç bir xalqa uzun sürən xoşbəxtlik gətirməyən bu QARA rəngli maddə ilə…

    Bakı əsasən döyüşlərdən məğlub çıxıb – Şah İsmayıla, ruslara, ermənilərə. Həmişə kimsə Bakını tutub! 1918-də də Bakını türklər tutub, bizə verdilər. Bakıya arxalanmaq olmur… kürəyini Bakıya söykəyərək nəyəsə başlamaq və işi uğurla bitirmək inandırıcı görünmür.

    Yuxarıda şəhər və mədəniyyət mövzusuna qısaca qayıdaq: şəhər yalnız cansız tikintilərdən ibarət deyil, həm də canlı orqanzim – insanlardır. Şəhər insanı fərqli olmalıdır – bakılı isə bizim ölkədə özü yaratdığı heç nə ilə başqalarından fərqlənmir. Bakının və əhalisinin özünəməxsus sifəti yoxdur. Keçək “bakılı” məsələsinə. Neft bumundan sonra şəhərə müxtəlif millətlərin nümayəndələri gəlməyə və şəhər insanı dəyişməyə başladı. Bakıda aborigenlərin sayı yarıdan da az duruma, 30-40% civarına düşdü. Amma yenə də dominant bir mədəniyyət yaranmadı. Ona görə ki, aborigenləri azlığa düşürən xalqların heç biri çoxluq deyildi. Beləliklə, Bakıda hibrid bir mədəniyyətin əsası qoyuldu. Bu mədəniyyətin daşıyıcılarının adı o dövrün hakim dilindədir – ”Бакинец”.

    Əlbəttə, belə şeylər də olur, müxtəlif mədəniyyətlər qarışır və ortaya yeni, maraqlı bir mədəni sifət çıxır. Amma bu, həm də qarışan mədəniyyətlərin öz aralarındakı harmoniyasından asılı olduğundan Bakıda təxminən 150 il davam edən (neft bumundan başlayan bu mədəniyyətin kulminasiyası 60-cı illərdə qeydə alınıb) hibrid “mədəniyyət” axır-axırda çox zəif duruma düşərək məhvə məhkum oldu. Əsas problemlərdən biri də bunda idi ki, şəhərdə yaşayan, ötən əsrin ortalarından başlayaraq yenə də kəmiyyətcə çoxluğa çevrilən yerli əhali (artıq onları azərbaycanlı adlandıra bilərik) bu mədəniyyətin yaranma və inkişafında iştirak etməmişdi.

    Azərbaycanlılar, yaxud azərbaycandillilər əsasən şəhərin kənar məhəllələrində, gecəqondularda yaşayır, açıq-aydın olmasa da “бакинец”lərə latent nifrət bəsləyir və o qədər də uzaqda olmayan qələbə gününü gözləyirdilər. Yerli əhali – azərbaycanlılar bu “hibrid” mədəniyyəti özününkü hiss etməsə də ona boyun əyməyə məcbur idi. Əslində azərbaycanlılar bu mədəniyyətin mahiyyətcə nədən ibarət olduğunu da anlamırdılar. Elə buna görə də boyun əyirdilər. Sadəcə imkan dairəsində xarici görünüşcə mərkəzdə yaşayanlardan geridə qalmamağa çalışırdılar. Bununla belə, yerli əhali qeyri-azərbaycanlılar qarşısında çox böyük komplekslərə (dil, davranış, geyim və s.) qapılmış durumda idi.

    Budur, gözlənilən gün nəhayət ki, özünü çox gözlətmədi. SSRİ dağıldı, Bakı şəhərindəki “бакинец”lər özlərini narahat hiss etməyə başladılar. Səbəb nə idi? Çünki, Bakıdakı “mədəniyyət” Təbrizdəki, Gəncədəki, İstanbuldakı, Romadakı kimi əsrlərcə, pillə-pillə, cilalanaraq deyil, qısa zaman kəsiyində müəyyən işbirliyi ehtiyacından yaranmışdı. Bəli, bu zəif və “hibrid” mədəniyyət qısa zaman kəsiyində yarandığı kimi, elə qısa zaman kəsiyində də məhv oldu. Bakıda böyük şəhər enerjisi yığılmamışdı.

    Yaxşı, “бакинец”lər hamısı şəhəri tərk etməmişdilər axı… yerdə qalanlar necə oldu? SSRİ dağılarkən bizim və qonşu respublikanın əyalətlərindən gələn böyük köç, “hibrid mədəniyyət”in üzərində inamlı qələbə çaldı. Əvvəllər də əyalətdən gəlmirdilərmi? Gəlirdilər; bir-bir, iki-iki, üç-üç… Gələn kimi də şəhər kənarında bir yer tapır, orada gecəqondu tikir, başlarını aşağı salıb, şəhərə hakim “hibrid” psevdomədəniyyətə uymağa çalışaraq yaşayırdılar. Ötən əsrin səksəninci illərinin sonundan isə şəhərə birdən-birə gələn “böyük köç” öz qanunlarını da gətirdi…

    Əslində belə də olmalı idi – hər bir şeydə qaldığımız yerdən davam etməliydik. Biz hələ ki, bir xalq olaraq şəhər tikə, küçə sala bilmirik. İndi tikdiklərimiz uçacaq, sonra prezident bu barədə ciddi olmağımız barədə sərəncam verəcək, şəxsən özü nəzarət edəcək, biz yenə ciddi olmayacağıq, yenə tikdiklərimiz uçacaq, yenə tikəcəyik… beləcə, tikə-tikə tikərək, uça-uça uçuraraq şəhər tikmək öyrənəcəyik, sonra başqa bir yerdə şəhər tikəcəyik…

    İndi isə hələlik Bakı şəhər deyil – qəsəbə tipli böyük bir kənddir… Bəd enerjili, hər kəsin hər işini hər gün yenidən başlamağa məcbur olduğu böyük bir kənd. Bəs necə olmalı idi ki? Biz axı gənc xalqıq, yeni yaranmışıq…

    Bakı şəhərinin sifətinin, kənar təsirlərə müqavimət gücünün olmamasına başqa bir misal gətirimmi?

    Demək olar ki, bütün dünya aeroportları yerləşdiyi şəhərin (əsasən ilk) üç hərfi ilə adlanır – İST(anbul), TAS(kent), BER(lin); Bakının hava limanı isə GYD.  Əgər prinsip yerləşdiyi şəhərin adı ilə bağlıdırsa, niyə BAK yox, GYD? Əlbəttə, belə şeylər də olur; amma o zaman olur ki, şəhərdə bir yox, iki beynəlxalq aeroport olsun – bizdə isə bir dənədir.

    Əgər prinsip şəhərin adı ilə yox, aeroportun adı ilə bağlıdırsa, niyə Atatürk (!) hava limanı ATA kimi yox, İST kimi yazılır?

    Əgər prinsip mərhum 3-cü prezidentin adı ilə bağlıdırsa, niyə HYD yox, GYD? (Zatən Azərbaycanın mərhum 3-cü prezidentinin rəsmi saytı rusca açılır… buradakı məntiq barədə isə o saytın yaradıcıları, ya da mərhum 3-cü prezidentin varisləri aydınlıq gətirməlidirlər.)

    Xülasə, sizləri bilmirəm, mən bu şəhərdən kənara çıxanda həmişə ruhən yüngülləşirəm, qayıdanda isə bəd enerji məni basır…

    Bir neçə ay bundan əvvəl, Bakıdan bir neçə yüz kilometr aralıda, bir kənddə televizora baxarkən gördüm ki, eynəkli, cavan bir müğənni Bakı haqqında mahnı oxuyur. Mahnı aşıq musiqisi üzərində idi. Mənə çox qəribə gəldi və inandırıcı görünmədi. Aşıq musiqisinin əslində Bakıya heç bir aiddiyyatı olmadığı barədə düşündüm… Özümə verdiyim “əcəba, niyə Bakı haqqında mahnı aşıq havası üzərində oxunur? Bunun nə dəxli var?” sualına cavab vermək istərkən başqa bir sual beynimə taxıldı: - Bəyəm Bakının nəyəsə və nəyinsə Bakıya dəxli varmı?

    P.S. Bakı şəhər İcra Hakimiyyətinin saytından: - Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Faraonu Menesanın dövründə “Ölülər Kitabında” qeyd edilmişdir. - Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. - Şəhər dünya okeanı səviyyəsindən 28 m aşağıda yerləşir.

 #

.Muellifin Baki barede dedikleri ile tam raziyam. Baki hibrid medeniyyetin merkezi idi. Azerbaycanda Apsheron kimi deli tebiieti olan ikinci bir yere rast gelmezsen. Deli kulek, deli qumsalliq, deli deniz, suyu yox, yashilligi yox. Ancaq Bakini boyuk qesebeye ceviren yerin tekinden fontan vuran deli qara neft oldu. Ve meni hemishe qezeblendiren "bakinec" ve "bakinskaya naciya" terminleri de ele deli siyasetin deli mehsuludur. Son illerde Bakida olanda orada vaxtile Iceri Sheher, Gence, Naxcivan, Qazax, Sheki, Lenkeran, Shamaxi sheherlerinde gizlenmish ve uze cixarmagimiza ele Bakinin mane oldugu esil Azerbaycan medeniyyeti ile rastlashanda sevincimin heddi-hududu olmayib. 1960-ci illerin telebesi kimi kendden ilkin defe Bakiya gelende ve merkezin mazutlu heyet divarlarina vurulmush meskunlarin siyahisinda bir dene de azerbaycanli adina rast gelmeyende de deli olurdum. Azerbaycana oppozisiya kimi suni yaradilmish "bakinskaya naciya"nin mehvi meni deli kimi sevindirir. Men burda da-Amerikada da hemen "naciyanin' tor-tokuntuleri ile mubarize apariram. Muellife tam haqq verirem. Birce fikri ile razi deyilem. Bizi genc xalq adlandirmasi ile. Biz dunyanin en qocaman xalqiyiq, cenab. Ele lap "Bakinskaya naciyanin" dominantliq etdiyi dovrde de az-cox Azerbaycan medeniyyetini dar kulekkecmez kucelerinde qoruyub saxlayan Iceri sheher ozu bizim qedim xalq oldugumuza canli delildir. Ozu de biz u sheherde hec kimi evez etmemishik. Ele tekce tikinti medeniyyetinden gorunur ki, onun esasin da qoyan ozumuzuk. Onun en qedim sheher sayilan Yeruselimden fergi nededir ki? Iceri Sheherin en azi 7 min il de yashi var. Inanmirsiniz, qazinti aparin. Turkun azerbaycan lehcesinde gil yazili dashlar da tapacaqsiniz 5-7-ci qatlarda. Ancaq qazintini Avropa arxeologiya medeniyyeti ile aparin. O ki, qaldi Baki barede tarixi informasiyalara: Mixi yazilarin turkdilli ilkin tedqiqatcisi kimi deyirem. Mixi yazilarinin birinde Ulu Yazarimiz Shemsi Eded Abi deyir: "Ey rah, cam sherab! Cone, Baki uca, kardir hiss!". Belke getirdiyim misalda azaciq sehvim var. Indi Nyu Yorkdayam, tercumelerim ise Sietlde evde bilgisayardadi. Elim catmir. Ancaq mezmunu dediyim kimidir. Baki elbette ucmaz, cunki Bakida indi-indi Iceri Sheher qarishiq medeniyyeti ile qedim-qedim Azerbaycan medeniyyeti oz intisharini, genetik sintezini tapir ve onu menfi auradan cixarir. Azaciq vaxt lazimdir.

Saygilarla, Dr. Tariyel Azerturk. Sietl.

 
 #

Muellifin Baki barede dedikleri ile tam raziyam. Baki hibrid medeniyyetin merkezi idi. Azerbaycanda Apsheron kimi deli tebiieti olan ikinci bir yere rast gelmezsen. Deli kulek, deli qumsalliq, deli deniz, suyu yox, yashilligi yox. Ancaq Bakini boyuk qesebeye ceviren yerin tekinden fontan vuran deli qara neft oldu. Ve meni hemishe qezeblendiren "bakinec" ve "bakinskaya naciya" terminleri de ele deli siyasetin deli mehsuludur. Son illerde Bakida olanda orada vaxtile Gence, Naxcivan, Qazax, Sheki, Lenkeran sheherlerinde gizlenmish ve uze cixarmagimiza ele Bakinin mane oldugu esil Azerbaycan medeniyyeti ile rastlashanda sevincimin heddi-hududu olmayib. 1960-ci illerin telebesi kimi kendden ilkin defe Bakiya gelende ve merkezin mazutlu heyet divarlarina vurulmush meskunlarin siyahisinda bir dene de azerbaycanli adina rast gelmeyende de deli olurdum. Azerbaycana oppozisiya kimi suni yaradilmish "bakinskaya naciya"nin mehvi meni deli kimi sevindirir. Men burda da-Amerikada da hemen "naciyanin' tor-tokuntuleri ile mubarize apariram. Muellife tam haqq verirem. Birce fikri ile razi deyilem. Bizi genc xalq adlandirmasi ile. Biz dunyanin en qocaman xalqiyiq, cenab. Ele lap "Bakinskaya naciyanin" dominantliq etdiyi dovrde de az-cox Azerbaycan medeniyyetini dar kulekkecmez kucelerinde qoruyub saxlayan Iceri sheher ozu bizim qedim xalq oldugumuza canli delildir. Ozu de biz u sheherde hec kimi evez etmemishik. Ele tekce tikinti medeniyyetinden gorunur ki, onun esasin da qoyan ozumuzuk. Onun en qedim sheher sayilan Yeruselimden fergi nededir ki? Iceri Sheherin en azi 7 min il de yashi var. Inanmirsiniz, qazinti aparin. Turkun azerbaycan lehcesinde gil yazili dashlar da tapacaqsiniz 5-7-ci qatlarda. Ancaq qazintini Avropa arxeologiya medeniyyeti ile aparin. O ki, qaldi Baki barede tarixi informasiyalara: Mixi yazilarin turkdilli ilkin tedqiqatcisi kimi deyirem. Mixi yazilarinin birinde Ulu Yazarimiz Shemsi Eded Abi deyir: "Ey rah, cam sherab! Cone, Baki uca, kardir hiss!" Baki elbette ucmaz, cunki Bakida indi-indi Iceri Sheher qarishiq medeniyyeti ile qedim-qedim Azerbaycan medeniyyeti oz intisharini, genetik sintezini tapir ve onu menfi auradan cixarir.

Saygilarla, Dr. Tariyel Azerturk. Sietl.

 
 #

Firudin beyin yazisi son vaxtlar iki defe oxudugum tek- tuk publisistik yazilardan oldu. Cunki birincisi urek agrisiyla yazilmis, ikincisi de muellif mueyyen mentiqe de soykenmektedir. Dogrusu Firudin bey kimi publisistlerin var olmasi meni sevindirir.

Amma dogrusu gunahi Bakida yx, ozumuzde axtarmaliyiq.

1970 ci illerde men sagird iken bir seir oxumuzdum, muellifini xatirlamiram, sozleri de tam yadimda deyil. Ama mezmunu bele idi “ Gozune donduyum Baki seheri, Evim yoxdur dedim, ev verdi, isim yoxdur dedim is verdi. Gozune donduyum Baki seheri…”

Beli, bugun Baki ve etrafinda simali Azerbaycan ehalisinin texminen %55 barinmaqdadir. Hardan baxsaniz 4 milyon yeni… Tehran dunyada Azerbaycanlilarin yasadigi en buyuk seher olabiler, Tebriz, Gence… tehtelsuurumuzda hekk olan medeniyyet merkezlerimizdendirler. Ama bugun guneyli – quzeyli Azerbaycanimizi tek yumruq olaraq birlestirebilecek bir iqtisadi – siyasi merkez varsa, o ancaq Bakidir. Bu ev ve is “yerini” “MENIM BAKIM” deyeceyimiz bir sehere ise ancak bizler cevirebilerik. Ondan Sinqapur da olabiler, Beton yiginlarindan ibaret bir kend de. Her sey bizden asilidir.

“Bakintsi xalqina” gelince. Dialektikanin qanunlarindan yola cixsaq bu Bakinin “TEZIS” asamasiydi. Indi Baki “ANTITEZIS” asamasindadir ( AZERBAYCAN DILLI, ama daha Bakili olabilmeyen insanlar toplulugu). Cox yubatmadan bunu “SINTEZ” asamasina getirmemiz gerekir ( “TURKDILLI BAKI XALQI”).

Eslinde kohne “BAKINTSI xalqina” da barmaq arasi baxmamaq lazimdir. Dogru siyaset apara bilsek bu “xalq” en azi MDB mekaninda yeni Bakinin ve Azerbaycanin en boyuk destekcisi olacakdir. Yeter ki “qas duzelderken qoz cixartmayaq”

…Gozune donduyumBAKI SEHERIM, gec gunahlarimizdan, boyukluyune bagisla bizi. Bu gun eteyinden yapismisiq, sabah dasindan, torpagindan opeceyik. Bir azca sebr et…

Hormetle, Etibar
Moskva

 

Məqalələr

Azərbaycan Demokrasi Ocağının Dr. Sədiq Ədaləti ilə Danışığı
Təbrizdə bir xəbər var! Maşallah Rəzmi (Tərcüməçi Sabir Nəbioğlu)
Avropa Birliyinə üzv olmaq istəyən ölkəkərin Birliyə üzvlüyünü əngəlləyən amillər və
GÜNEY AZƏRBAYCAN DİALOQ TOPLANTISI
İran bir daha aldadarsa... Hüseynbala Səlimov
İranda inqilab baş verə bilərmi? Hüseynbala Səlimov, müstəqil analitik
ƏRƏNLƏR TARİXİN AYNASIDIR . CEYHUN BAYRAMLI
Ermənistanda siyasi və iqtisadi böhranlar dərinləşib . Ənvər BöRüSOY
Qərbin "kürd strategiyası" iflas yolunda . Ənvər Börüsoy
Sosyal bilim teorileri bağlamında etnik çatışmalar Valery A. Tishkov
Böyük AZƏRBAYCAN naminə... MEHRİBAN ƏLƏKBƏRZADƏ
Fars şovinistlərinin müdhiş dəyişiklik planı . Elman Cəfərli
İranda insan hüquqları 3 - Güney Azərbaycan
İranda İnsan hüquqları 2 - Etnik problemlər
İranda insan hüquqlarının pozulması halları yenə də artır
Məhərrəm ayı İran hakimiyyətini sarsıdacaq
Güney Azərbaycan istiqlal mübarizəsində qadınların yeri… . Dr.Zümrüd Yağmur
Güneyin səsinə qulaq verək! Azərbaycan Milli Azadlıq Təşkilatı
Firudin Allahverdi. Bakı haqqında mahnı
Türkiyə və Azərbaycan üçün nurçu təhlükəsi
"Şimali İran" xülyası Firengiz Qahramanova
Bir tarixi gerçəyin işığında . S.Sədrəddin
AZERBAYCAN ABD'NİN İSTEKLERİNİ GERİ ÇEVİRDİ‏ Dr. Ali ASKER
"Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!" . Əlyar Səfərli

GünAz TV TWITTER'da


GünAz TV'ni TWITTER'də təhkib edin..
www.twitter.com/gunaztv

GünAz TV FACEBOOK'da