Bakı 2°   05:58          Təbriz 19°   05:28
Chicago 13°   19:58          Avropa 7°   02:58

Peyk şirkətləri

 

1-ci Peyk:
Satellite: Telstar12
15 derece Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal

2-ci Peyk:
Satellite: Eutelsat3A
7 derece Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 1/2
Horizontal

Gunaz.tv

Anket

Ən çox sevdiyiniz futbol komandası hansıdır?
Trəxtor komandası.
91%
Perspolis komandası.
2%
İstiqlal komandası.
3%
Digər
4%
 

İranda yeni mərhələ başlandı

Molla rejimi ömrünü bitirir

Tehranın ssenarisi pozuldu

İranda prezident seçkiləri başa çatsa da, seçkisonrası gərginlik davam edir. İyunun 13-dən başlayaraq paytaxt Tehran olmaqla İranın ayrı-ayrı şəhərlərində səsləri oğurlanmış namizədlərin, əsasən də azərbaycanlı Mirhüseyn Musəviinin tərəfdarları yürüş-mitinq keçirərək seçkilərin nəticələrinin ləğvini tələb ediblər. Dörd gün ərzində müxtəlif şəhərlərdə izdihamlı aksiyalar keçirilib. Açığı, heç kim İranda seçkinin nəticələrinə bu şəkildə etiraz olacağını gözləmirdi. Qərbdə adını islahatçı qoymuş qanadın həmişəki kimi oyun oynadığı, bir-iki günlük tamaşadan, siyasi şoudan sonra nəticə ilə barışacağı proqnozlaşdırılırdı. Bu inanc elə-belə yaranmayıb.Çünki İranın hakim molla rejiminin hər iki qanadı dəfələrlə insan haqqlarını, qeyri-fars millətlərinin hüquqlarını ayaqaltı edib, panfarsizmin ömrünün uzanmasına xidmət ediblər. Məsələ burasındadır ki, bu dəfə rejimin oyunu baş tutmadı. Cin şüşədən çıxdı və etirazçı xalqı idarə etmək üçün islahatçılar sona qədər getməyə, rolu axıra qədər oynamağa qərar verdi. Bu isə silahlı toqquşmaya gətirib çıxardı. İslahatçıların namizədi Mirhüseyn Musəvi səs qazanmaq üçün o qədər irəli getmiş, elə vədlər vermişdi ki, istər-istəməz geri çəkilə, simasını itirə bilməzdi. O hökmən, islahatlar istəyən narazı kütlənin, gənclər ordusunu qabağına düşməliydi, düşdü də. Musəvinin qabağa düşməsi, həm də ortaya başqa, idarəolunmaz qüvvə çıxmasın deyə, rejimin özünə lazım idi. Amma narazılar ordusu, baş vermiş çirkin saxtakarlıq rejimin ssenarisini pozdu. Mitinqlər qiyama çevrildi və hakimiyyəti təşvişə saldı.

Qiyam yatırıldığ

Bu vəziyyətdə molla rejimi ənənəvi metoda-qanlı qırğına əl atdı və narazı kütləni sakitləşdirməyə çalışdı. Rejim 2006-cı ilin may hadisələri zamanı Güney Azərbaycanda elədiyi vəhşiliyi bu dəfə Tehranın mərkəzi küçələrində etdi. Gözünü qan örtmüş vəhşi bəsicilər, mülki geyimli ETTELAAT əməkdaşları "Əhmədinejadın tərəfdarları" qismində insanların üzərinə motosikl sürdülər, odlu silahdan atəş açdılar. İyunun 16-da baş vermiş toqquşmalarda 8 nəfər etirazçının öldürüldüyü bildirilir. Rejim kütləvi həbslərə əl atıb. Təkcə Tehranda 180-ə qədər etirazçı həbs edilib. Başını itirmiş rejim Mirhüseyn Musəvinin tərəfdarlarını da həbsə almağa başlayıb. Sabiq vitse-prezident Məhəmmədəli Əbtəhi, keçmiş nazirlər Səid Nəccariyan və Behzad Nəbəvi həbs ediliblər. Həbs edilənlərin çoxu universitet tələbələridir. Molla rejimi iri şəhərlərdə qeyri-rəsmi fövqəladə rejim tətbiq edib. Universitetlərin, universitet yataqxanalarının qarşısında polis postları qurulub. Tələbələrin hərəkəti məhdudlaşdırılıb. Mirhüseyn Musəvi "tərəfdarlarının təhlükəsizliyinə təminat verilmir" bəhanəsi ilə mitinqləri təxirə salıb. Yaranmış fasilədən istifadə edən İranın sabiq prezidenti Mahmud Əhmədinejad Rusiyada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısına yollanıb. Rejim seçki qiyamının yatırıldığı görüntüsünü yaratmağa çalışır. Amma müşahidələr göstərir ki, İranda Əhmədinejadın timsalında geriliyə, fanatizmə, cəhalətə, mövhumata qarşı başlanmış narazılıq yatmayıb. Hadisələr göstərdi ki, İran xalqı, farslar da daxil olmaqla yenilik, islahat, müasir, qadağasız həyat, demokratiya istəyirlər. Bu da elə bir istəkdir ki, onun qarşısını nə Əhmədinejad, nə də rejimin buyruq qulu, narazı hərəkatı öz hiyləgər gedişləri ilə yumşaltmağa çalışan Mirhüseyn Musəvi ala bilməyəcək. Musəvi meydandan çəkilsə belə, ortaya başqa liderlər çıxacaq və hərəkatı davam etdirəcək. Bu baxımdan ola bilər ki, içərisində çoxlu çirkli korrupsioner olan (Rəfsəncani kimi) islahatçı qanad mühafizəkarlarla danışıqlara gedib, paylarını alıb hərəkatı, yaşıl inqilabı satacaqlar. Baş verənlər bu prosesin getdiyini göstərir. Doğrudur, ali dini lider Seyidəli Xamneyi səslərin yenidən sayılacağını bildirib. Amma bunun narazılığın yatırılması üçün ortaya atıldığına şübhə yoxdur. Rejim narazılığı səngidib, bir müddət sonra Əhmədinejadın səslərini bir-iki faiz azaldıb seçkinin yeni nəticələri elan edəcək.

Rejimin maskası cırıldı

Mühafizəkarların vəhşiliklə müşahidə olunan dirənişinə, islahatçıların satqın və qorxaqlığına baxmayaraq, İranda inqilabi proseslər geridönməz hal alacaq. Baş verən hadisələr bir sıra mühüm nüansları üzə çıxardı. Əvvəla, molla rejiminin 30 illik "islam demokratiyası" oyununun saxta, geydirmə bir şey olduğu üzə çıxdı. Bəlli oldu ki, molla rejimi demokratiyadan qorxur, onun İrana gəlməsinə təhlükə kimi baxır. İslahatçıların başa çatdıra bilmədiyi yaşıl inqilab İranda yeni siyasi münasibətlərin əsasını qoydu. Ali Dini liderin nüfuzuna öldürücü zərbə vurdu. Çünki mühafizəkarlar dini liderin gözü qarşısında oğurlanmış səslərini tələb edən narazı insanları gülləyə tutdu. İyunun 12-dən 16-na qədər baş verən hadisələrdə qadınlar aktiv oldu. Hətta bəsicilərin vəhşiliyinə xanımlardan bir neçəsi çadralarını çıxararaq etiraz ediblər. ETTETAAT məmurlarının "ABŞ-a, İsrailə satılmısınız" replikalarına əhəmiyyət verməyən xanımlar İran üçün yasaq və təhlükəli olan çadraçıxarma aksiyasını davam etdiriblər. Bu, çox ciddi hadisədir və İranda hakim ideologiyanın artıq çürüdüyünü, insanları ram etmək üçün yaramadığını göstərir. Baş verənlər göstərir ki, İran insanı hüququnu, insanca yaşamaq haqqını tələb edənlərə ünvanlan ənənəvi "ABŞ-a satılmısınız" kimi laflara artıq toxdur. Belə ittihamlar artıq keçərli deyil.
Yaşlı inqilab dini liderin tərəfli olduğunu üzə çıxardı. Göründü ki, Xamneyi rejimə təhlükə yarananda İran xalqının gülləyə tutulmasına göz yuma bilir. İyun inqilabı İran cəmiyyətinin iki yerə parçalanması ilə yadda qaldı. Bu parçalanma uzun müddət davam edəcək. Əhmədinejad prezidentliyini sürdürsə belə, bunu əvvəlki dönəmdəki kimi sərbəst edə bilməyəcək. İran xalqı Mahmud ağaya əli qana batmış qatilə baxan kimi nifrətlə baxacaq. İslahatlar tələbinə qoşulanların sayı artacaq. Ola bilər ki, Əhmədinejad ikinci prezidentlik dövrünü başa vura bilməsin.
Bu hadisələrdən sonra Qərb İranda islahat tərəfdarları ilə işləməyə başlayacaq. Baş verənlər göstərdi ki, molla hakimiyyəti ömrünü uzada bilməyəcək. İranda rejim və siyasi sistem dəyişikliyi labüddür. Ola bilsin, bu yaxın gələcəkdə reallaşsın.

Elman Cəfərli

Məqalələr

Azərbaycan Demokrasi Ocağının Dr. Sədiq Ədaləti ilə Danışığı
Təbrizdə bir xəbər var! Maşallah Rəzmi (Tərcüməçi Sabir Nəbioğlu)
Avropa Birliyinə üzv olmaq istəyən ölkəkərin Birliyə üzvlüyünü əngəlləyən amillər və
GÜNEY AZƏRBAYCAN DİALOQ TOPLANTISI
İran bir daha aldadarsa... Hüseynbala Səlimov
İranda inqilab baş verə bilərmi? Hüseynbala Səlimov, müstəqil analitik
ƏRƏNLƏR TARİXİN AYNASIDIR . CEYHUN BAYRAMLI
Ermənistanda siyasi və iqtisadi böhranlar dərinləşib . Ənvər BöRüSOY
Qərbin "kürd strategiyası" iflas yolunda . Ənvər Börüsoy
Sosyal bilim teorileri bağlamında etnik çatışmalar Valery A. Tishkov
Böyük AZƏRBAYCAN naminə... MEHRİBAN ƏLƏKBƏRZADƏ
Fars şovinistlərinin müdhiş dəyişiklik planı . Elman Cəfərli
İranda insan hüquqları 3 - Güney Azərbaycan
İranda İnsan hüquqları 2 - Etnik problemlər
İranda insan hüquqlarının pozulması halları yenə də artır
Məhərrəm ayı İran hakimiyyətini sarsıdacaq
Güney Azərbaycan istiqlal mübarizəsində qadınların yeri… . Dr.Zümrüd Yağmur
Güneyin səsinə qulaq verək! Azərbaycan Milli Azadlıq Təşkilatı
Firudin Allahverdi. Bakı haqqında mahnı
Türkiyə və Azərbaycan üçün nurçu təhlükəsi
"Şimali İran" xülyası Firengiz Qahramanova
Bir tarixi gerçəyin işığında . S.Sədrəddin
AZERBAYCAN ABD'NİN İSTEKLERİNİ GERİ ÇEVİRDİ‏ Dr. Ali ASKER
"Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!" . Əlyar Səfərli

GünAz TV TWITTER'da


GünAz TV'ni TWITTER'də təhkib edin..
www.twitter.com/gunaztv

GünAz TV FACEBOOK'da