Bakı 9°   22:48          Təbriz 22°   22:18
Chicago 10°   12:48          Avropa 7°   19:48

Peyk şirkətləri

 

1-ci Peyk:
Satellite: Telstar12
15 derece Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal

2-ci Peyk:
Satellite: Eutelsat3A
7 derece Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 1/2
Horizontal

Gunaz.tv

Anket

Ən çox sevdiyiniz futbol komandası hansıdır?
Trəxtor komandası.
91%
Perspolis komandası.
2%
İstiqlal komandası.
3%
Digər
4%
 

Türkiyə ilə ABŞ-ın "İran sınağı"

Ərdoğan: "Biz hər hansı ölkədə nüvə silahının olmasına isti baxmırıq"
"Dünyanın çağırışlarına məhəl qoymayan Tehranın Ankaranı eşidəcəyi inandırıcı görünmür"
"Ankaranın ABŞ-la İran arasında vasitəçilik missiyasını uğurla həyata keçirməsi mümkündür"

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Barak Obama arasında səbirsizliklə gözlənilən görüş dekabrın 7-də Ağ Evdə baş tutub. Ərdoğan ABŞ prezidentinin ilk səfərini Türkiyəyə etməsini də xatırladaraq, bunu ikitərəfli münasibətlərin göstərici kimi qiymətləndirib. Türkiyənin hökumət başçısı ölkəsinin Birləşmiş Ştatlarla əlaqələrinin daha da dərinləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmağa başlandığını vurğulayıb: "Təbii ki, bunun iqtisadiyyatda, elmdə, sənətdə, texnologiyada, hərbi siyasət sahəsində bir çox ölçüsü var. Çox yaxında aramızdakı ikitərəfli əlaqələri gələcəyə daha fərqli şəkildə daşınacaq".
Görüşdə ABŞ prezidenti Barak Obama İranın nüvə proyektindən sülhsevər məqsədlərlə istifadə etməsi üçün Türkiyənin bölgədəki mövcudluğunun bir zəmanət olduğunu və bunun ümumi mənada dünya sülhünə da böyük təsiri olacağını deyib.
ABŞ prezidenti Barak Obama ilə görüşdən sonra "Willard İntercontinental" otelində Ərdoğan jurnalistlərin İran, Əfqanıstan və regional mövzulardakı müxtəlif suallarını cavablandırıb. Ərdoğan Türkiyənin İranla əlaqələrini çox gözəl bir şəkildə davam etdirdiyini deyərək, ölkəsinin İranın dünya ilə əlaqələrinə diplomatik dəstək saxladığın diqqətə çatdırıb. Baş nazir dünyanın nüvə silahından təmizlənməsinin vacibliyini də bəyanlayıb. O, amerikalı jurnalistlərin İranla əlaqədar suallarını geniş cavablandırıb: "İran ilə əlaqələrimizi çox gözəl bir şəkildə sürdürürük. Bunu ABŞ-da təqdir edir. Biz nüvə silahının hər hansı bir ölkədə olmasına isti baxmırıq və var olanların da bundan təmizlənilməsini istəyirik. Bu, bizim bu ana qədər tezisimizdir. Amma dinc məqsədli nüvə enerji mövzusunda ABŞ da onsuz da bu mövqeni paylaşır. Buna kimsənin də hər hansı bir mənfi yaxınlaşma haqqı yoxdur. İranın da dinc məqsədli olaraq belə bir nüvə enerji stansiyası qurmasına münasibətimiz mənfi deyil". Ərdoğan, kütləvi qırğın silahları məsələsində ortaya çıxan bütün problemlərin diplomatik yollarla həllinə tərəfdar olduqlarını da bəyanlayıb.
Obama Ərdoğanla apardığı danışıqlardan sonra İranın nüvə proqramının dinc məqsədlərə yönləndirilməsi üçün Türkiyənin bölgədəki mövcudluğunun güvənc yaratdığını dilə gətirib. ABŞ prezidenti Türkiyənin İranla nüvə böhranının həlli mövzusunda əhəmiyyətli bir oyunçu olduğunu söyləyib.
Bu arada ABŞ Dövlət Departamentinin sözçüsü İan Kelli Türkiyənin İranla yaxın əlaqələrinə dair sualı cavablandırarkən, maraqlı fikirlər səsləndirib: "Türkiyə NATO daxilində lazımlı bir müttəfiqdir. Eyni zamanda, ABŞ-ın regional təhlükəsizlik və sabitlik məsələlərində əhəmiyyətli bir ortağıdır. Ankra Orta Şərqdə, İsrail-Suriya görüşmələrində konstruktiv bir rol oynadı. İsrail ilə strateji əlaqələri var. Beynəlxalq ictimaiyyətin İranın BMT Təhlükəsizlik Şurasının və Beynəlxalq Atom Enerjisi Agentliyinin tələblərinə uyğun öhdəçiliklərini yerinə yetirməsinə zəmanət verilməsində səylərin birləşdirilməsinin vacibliyini Türkiyənin də anladığını düşünürəm. İran Türkiyənin qonşusudur və onunla tam diplomatik əlaqələri var. Türkiyə İranla diplomatik məsləhətləşmələrlə paralel bizimlə də məsləhətləşmələr aparır. Türklər bu problemə diplomatik həll tapmaq üçün bizə dəstək verməyə hazırdır".
Göründüyü kimi, Türkiyənin İranla əlaqələrini intensivləşdirilməsi fonunda Qərbin bəzi çevrələrində "Ankara ABŞ və Avropadan uzaqlaşır" məzmununda ortaya çıxan tezislər Vaşinqtonda ortaya qoyulan mövqelərlə öz əhəmiyyətini tam itirmiş oldu. ABŞ rəhbərliyi sərgilədiyi yanaşma ilə Türkiyənin onun üçün nə dərəcədə önəmli bir ölkə olduğunu bütün dünyaya göstərdi. Obama-Ərdoğan danışıqlarından sonra ələ keçən bəzi ipucları Birləşmiş Ştatların əsas müttəfiqlərindən biri olan Türkiyənin Yaxın və Orta Şərqdə daha da güclənməsinin vacibliyini qəbul etdiyini söyləməyə tam əsas verir. ABŞ-ın yeni administrasiyasının xarici siyasətində, xüsusilə Yaxın və Orta Şərq məsələlərinə yanaşmasında əl atdığı korrektələr Türkiyənin regional əhəmiyyətinin daha da artırılmasında Vaşinqtonun Ankaraya maksimum dəstək verməsinin zəruriliyini son dərəcə aktuallaşdırıb. Ağ Evin indiki rəhbərliyi respublikaçı administrasiyanın dönəmində Birləşmiş Ştatların İslam dünyasına münasibətdə yol verdiyi ciddi yanlışlıqların aradan qaldırılmasında Türkiyənin necə mühüm, hətta həlledici rol oynayacağının fərqindədir. Ümumiyyətlə, Amerikanın Şərqlə bağlı siyasətində Türkiyənin rolu hər zaman aktual olub. ABŞ-ın problem yaşadığı hər hansı müsəlman ölkəsi ilə sorununun həllində vasitəçilik missiyasını Türkiyəyə etibar etməsinə dair nümunələr az deyil. 2003-cü ildə Ağ Evin son ismarıcının məhz Türkiyənin o zamankı xarici işlər naziri Abdullah Gül vasitəsilə Səddam Hüseynə çatdırıldığını xatırlatmaq yəqin ki, kifayətdir. Obama-Ərdoğan görüşündən əvvəl də məlum idi ki, Türkiyənin İranla münasibətlərini istiləşdirməsi Vaşinqtonun iradəsindən kənar baş vermir. Prezidentlə baş nazirin danışıqlarından sonra ifadə olunan mövqe isə bu ehtimalların rəsmi təsdiqi kimi dəyərləndirilir. ABŞ rəsmiləri Türkiyənin İranla əlaqələrinin intensivləşməsinin Ankara-Vaşinqton məsləhətləşmələri fonunda davam etdirildiyini bildiriblər. Qısa desək, Amerikanın İranı yola gətirmək missiyası Türkiyəyə həvalə olunub. Qardaş ölkənin bu işin öhdəsindən hansı səviyyədə gələcəyini zaman göstərəcək.
Politoloq Qabil Hüseynli Türkiyənin İranı nüvə tərksilahına razı salmasının mümkünlüyünə şübhəylə yanaşır: "Açığı, Ankaranın bu missiyanı uğurla başa çatdıracağına inanmaq çətindir. Bu şübhələrin ifadə olunması isə ilk növbədə İranın nüvə silahından imtina məsələsində az qala bütün dünya ilə üz-üzə dayanıb və mövqeyini dəyişməyəcəyini hər addımda təkrarlayır. Eyni zamanda, bilirsiniz ki, Tehran nüvə proqramının genişləndirilməsi istiqamətində də yeni addımlar atmaqdadır. Yəni İran ona ünvanlanan müraciətləri mənfi cavablandırır. Son olaraq, "Avropa altılığı"nın çağırışına da rədd cavabı verilib. Mən məhz bu məqamlardan çıxış edərək, Türkiyənin İranı yola gətirməsinin mümkünlüyü haqda nikbin danışa bilmirəm".
Politoloq Zərdüşt Əlizadə isə əksinə, belə düşünür ki, Türkiyənin İranı nüvə silahından imtinaya razı salması tam mümkün bir məsələdir: "Təbii ki, Türkiyənin İranla münasibətlərini əvvəl normallaşdırması, daha sonra inkişafında ABŞ-ın heç bir təsirinin olmadığını düşünmək çətindir. Amma bu, heç də o demək deyil ki, Türkiyə hökuməti ABŞ-dan asılı vəziyyətdədir və sadəcə olaraq, onun tapşırıqları əsasında hərəkət edir. Belə deyil. Nəzərə alınmalıdır ki, ABŞ və Türkiyə müttəfiq ölkələrdir və belə yaxın münasibətlərdə olan dövlətlər atdıqları addımlarla bağlı bir-birilərini müntəzəm olaraq məlumatlandırırlar. Türkiyənin vasitəçiliyinə gəldikdə deyə bilərəm ki, Ankara bu missiyanı uğurla həyata keçirə bilər. Burada söhbət Türkiyənin fövqəladə bir siyasət yürüdəcəyindən getmir. Etiraf olunmalıdır ki, heç bir ölkə, o cümlədən də, İran müharibə arzulamır. Hansı ölkə özünün xarabazarlığa çevrilməsini istəyər? Bizim cənub qonşumuz da mövcud reallığın nədən ibarət olduğunu və nələrin baş verə biləcəyini yaxşı bilir. Ona görə də, bu vasitəçiliyin nəticə verəcəyi haqda söz demək mümkündür. Amma yaxın zamanlarda vəziyyətin yüz səksən dərəcə dəyişəcəyi real deyil".Rahid Cəfərli

Məqalələr

Azərbaycan Demokrasi Ocağının Dr. Sədiq Ədaləti ilə Danışığı
Təbrizdə bir xəbər var! Maşallah Rəzmi (Tərcüməçi Sabir Nəbioğlu)
Avropa Birliyinə üzv olmaq istəyən ölkəkərin Birliyə üzvlüyünü əngəlləyən amillər və
GÜNEY AZƏRBAYCAN DİALOQ TOPLANTISI
İran bir daha aldadarsa... Hüseynbala Səlimov
İranda inqilab baş verə bilərmi? Hüseynbala Səlimov, müstəqil analitik
ƏRƏNLƏR TARİXİN AYNASIDIR . CEYHUN BAYRAMLI
Ermənistanda siyasi və iqtisadi böhranlar dərinləşib . Ənvər BöRüSOY
Qərbin "kürd strategiyası" iflas yolunda . Ənvər Börüsoy
Sosyal bilim teorileri bağlamında etnik çatışmalar Valery A. Tishkov
Böyük AZƏRBAYCAN naminə... MEHRİBAN ƏLƏKBƏRZADƏ
Fars şovinistlərinin müdhiş dəyişiklik planı . Elman Cəfərli
İranda insan hüquqları 3 - Güney Azərbaycan
İranda İnsan hüquqları 2 - Etnik problemlər
İranda insan hüquqlarının pozulması halları yenə də artır
Məhərrəm ayı İran hakimiyyətini sarsıdacaq
Güney Azərbaycan istiqlal mübarizəsində qadınların yeri… . Dr.Zümrüd Yağmur
Güneyin səsinə qulaq verək! Azərbaycan Milli Azadlıq Təşkilatı
Firudin Allahverdi. Bakı haqqında mahnı
Türkiyə və Azərbaycan üçün nurçu təhlükəsi
"Şimali İran" xülyası Firengiz Qahramanova
Bir tarixi gerçəyin işığında . S.Sədrəddin
AZERBAYCAN ABD'NİN İSTEKLERİNİ GERİ ÇEVİRDİ‏ Dr. Ali ASKER
"Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!" . Əlyar Səfərli

GünAz TV TWITTER'da


GünAz TV'ni TWITTER'də təhkib edin..
www.twitter.com/gunaztv

GünAz TV FACEBOOK'da