Bakı 9°   16:57          Təbriz 22°   16:27
Chicago 10°   06:57          Avropa 7°   13:57

Peyk şirkətləri

 

1-ci Peyk:
Satellite: Telstar12
15 derece Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal

2-ci Peyk:
Satellite: Eutelsat3A
7 derece Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 1/2
Horizontal

Gunaz.tv

Anket

Ən çox sevdiyiniz futbol komandası hansıdır?:

Türkmənlər (Türkmənistan Türkləri) İranda təzyiqlərə məruz qalır . Araz Aslanlı

Türkmənlər (Türkmənistan Türkləri) İranda təzyiqlərə məruz qalır

İran çoxsaylı millətlərin yaşadığı ölkədir. Bu ölkə əhalisinin əsas hissəsini Türklər (Türk millətinin müxtəlif qolları) təşkil etdir. Azərbaycan Türkləri, Türkmənlər, Qacarlar və Xorasan türkləri birlikdə ölkə əhalisinin təxminən yarısını (bəzi məlumatlara görə yarıdan çoxunu) təşkil edir.

Buna baxmayaraq digər millətlər kimi bu Türklər də, siyasi ayrı-seçkiliyə məruz qalaraq bütün təməl insani hüquqlardan məhrum olunublar. Öz ana dillərində yazıb-oxumaq, mədəniyyətini təbliğ etmək və onu genişləndirmək, öz adət- ənənəsinə yiyələnmə hüquqlarından məhrum olan Türklər 10 illər buyunca öz azadlıqları və hüquqları uğrunda mübarizə aparıblar və hal-hazırda da aparmaqdadırlar.

Amma bu mübarizə mərkəzi hakimiyyət tərəfindən hər dəfə qəddarcasına yatırılır və Türklər müxtəlif vasitələrlə assimilyasiya edilməyə çalışılır. Mərkəzi rejimin təzyiqlərinə məruz qalan Türkmənlər də hakimiyyətin ayri-seçkilik siyasətinə qarşı daimi mübarizə aparmışdır. Onlar İslam dininin Sünni məzhəbinə inandıqlarına görə ikiqat daha çox təzyiqlərə məruz qalıb. Milli mənsubiyyəti və məzhəbinə görə Farslardan fərqlənmələri, eləcə də öz milliyyətinə, adət-ənənəsinə sadiq qalmaları səbəbindən Türkmənlər mərkəzi hakimiyyətin qarta siyahısında yer alıb.

Onların torpaqları əllərindən alınır, onlar yaşadığı şəhərlər və kəndlər boşaldılaraq ora Zabullar və Sistanilər yerləşdirilir. Hakimiyyət qaçaqmalçılıqla pul qazanan Sistanlı və Zabulları Türkmənlərin torpaqlalarını almağa sövq edərək regionun demoqrafik quruluşunu dəyişməyə çalışır.

Əslində bu siyasət 80 il əvvəl, Pəhləvilərin hakimiyyətə gəlməsindən sonra başlamışdı. Rza şah Türkmənləri potansial təhlükə hesab edərək Kürdləri onların yaşadığı ərazilərə yerləşdirməyə başladı. Bu siyasət Rza şahın oğlu Məhəmmədrza şah tərəfindən də davam etdirildi. 1979-cu il inqilabından sonra Türkmənlər öz hüquqları uğrunda mübarizə apararaq mərkəzə tabe olmaq istəmədilər, lakin onların mübarizəsi mərkəzin ağır hücumları nəticəsində qələbə qazana bilmədi. Tehran Türkmən üsyanlarını yatırtmaq üçün qırıcı təyyarələrdən belə istifadə etdi.

Şəhər və kəndlərin üzərində alçaqdan uçan hərbi təyyarələr dinc əhalidə qurxu və vəhşət hissi yaratmağa nail olmuşdu. 80 il əvvəl “Türkmənsəhra”-nın əhalisi tamamiylə Türkmənlərdən ibarət olsa da, indi onların sayı bir qədər azalaraq 60–70 faiz təşkil edir. Kürdlər, Zabulilər və Sistanilər bu regionda yaşayan digər azlıqlardı. Türkmənlərin indi əsas problemlərindən biri də torpaqlarının rəsmi orqanlar tərəfindən milli layihələr üçün müsadirə olunmasıdır.

Türkmən limanının şimal hissəsində yerləşən 50 min hektar ərazi “Ələvi” fondu tərəfindən müsadirə olunub. Sərhədyanı bölgə dəmir yolu tikintisi və digər milli layihələr məqsədi ilə Türkmənlərin əllərindən alınıb və hərbiləşdirilib. Bu siyasətin davamında mərkəzi hakimiyyət Azərbaycanda (Cənubi Azərbaycan ərazilərində) olduğu kimi inzibati ərazi bölgülərini də dəyişdirərək Türkmənləri digər millətlər yaşayan inzibati bölgələrə daxil edərək onların seçkilərdə millət vəkilləri seçmək imkanlarını da məhdudlaşdırmağa çalışır.

Digər tərəfdən İslam İnqilabının Mühafizəçiləri Korpusunun (İİMK) iqtisadi və hərbi fəaliyyətləri məqsədi ilə Gülüstan vilayətinin şimalında olan ərəzilərdən 2500 hektarı işğal olunub. Bu ərazi hərbi təlimlər məqsədi ilə əldə edilsə də geri qaytarılmayıb. Qeyd edək ki, son hərbi təlimlər zamanı yerli sakinlərdən 3 nəfər əl qumbaraların onların üstünə atılması nbəticəsində həlak olmuşdu.

Bu barədə şikayət ərizəsi ilə müraciət edən ailələrin müraciətlərinə baxılmamışdı. İndi bu ərazilərdə İİMK-yə məxsus “Xatəmülənbia” təşkilatı iqtisadi fəaliyyətlə məşğul olur. Son zamanlar İranda yaşayan Türkmən və Azərbaycan Türklərinin milli təşkilatları arasında yaxınlaşmalar və birlik müşahidə edilir. Bir çox mərasimlərin birgə keçirilməsi, birgə bəyanatlar və milli mücadilədə bir birlərinə dəstək olmaları hakim dairələri narahat edir.

Məsələn, Türkmən təşkilatları Xocalı soyqırımını tanıyır və Ermənilərin apardığı işğalçılıq siyasətinin əslində bütün Türklərə yönəldiyini düşünür. Eyni zamanda, Təbriz üsyanı zamanı Azərbaycanlıların haqlı mövqeyini dəstəkləyib və onlarla birlikdə olduqlarını bildirmişdilər. Azərbaycan təşkilatları və ziyalıları da, Türkmən xalqının milli mücadilələrində onlarla birgə olduqlarını dəfələrlə bəyan ediblər.

Belə yaxın münasibət və vahid mövqe mərkəzi hakimiyyəti narahat edir. Bunu əngəlləmək üçün müxtəlif siyasi cəhdlər edilsə də hələlik bu nəticə verməyib. Bu cəhdlərdən biri də iki Türk boyunun məzhəb fərqliliyini önə çəkmək və bu fərqdən istifadə edərək onlarda qarşılıqlı nifrət yaratmaq olub. Amma milli təşkilatlar milli maraqları dini düşüncədən üstün tutduğundan bu siyasət təsirsiz olub.

Son zamanlarda İran Erməniləri də Türkmənlərlə Azərbaycan Türklərinin arasında nifaq salmağa cəhd göstərib. Məlumatlara əsasən son zamanlarda Ermənistandan bir qrup nümayəndə heyyəti, İranın indiki və keçmiş rəsmiləri ilə birlikdə Türkmənsəhrada olub. Bu nümayəndə heyyəti Ermənistanda Arya Universitetində Türkmənşünaslıq fakiltəsi açmaq niyyətində olub və bu məqsədlə 2009-cu ildə həmin universitetdə Türkmənşünaslıq konfransı keçirmək istəyirlər. Bu nümayəndə heyyətinin fəaliyyətləri, İran Türkmənlərinə “sevgiləri”, onlara qarşı belə “mərhəmətli olmaları” və İran dövlətinin bunu dəstəkləməsi şübhələrə yol açır.

Əgər Türkmənşünaslıq fakultəsinin açılması lazımlıdırsa İran öz universitetlərində belə bir fakultənin yaranmasına nədən icazə vermir? Bunu etməyən İran nədən Ermənistanda belə bir fakultənin yaranmasını alqışlayır? Belə bir planın nəticəsi yalnız Türkmən Türklərinə nüfuz edərək onlarla Azərbaycan Türklərinin arasını açmağa çalışmaq ola bilər. Bunun dərk edən Türkmən azadlıq quruluşu iki ay əvvəl bəyanatla çıxış edərək Erməni lobbisinin bu əməllərini pisləmiş və Türkmən və Azərbaycan Türklərini belə məsələlərdə diqqətli olmağa dəvət etmişdir. Türkmən Türklərinə həm məzhəb fərqliliyinə görə, həm də milli mənsubiyyətinə görə təzyiqlər davam edir.

Türkmənistan dövləti onların varlığını unutmasa belə İranla mehriban qonşuluq müstəvisində özünü unutmuş kimi göstərir. İran hakimiyyəti istədiyi siyasəti yeridir, həm də bu siyasətlərə heç bir xarici qüvvənin etirazı olmadan. Bu məsələdə demokratik qüvvələr kimi tanınan böyük dövlətlərin yanı sıra Azərbaycan və Türkmənistan respublikalarının mövqeyi də arzuolunan səviyyədə deyil. Türk dövlətlərinin İranda yaşayan Türklərin vəziyyətinə biganə yanaşmaları bir tərəfdən bu ölkədə yaşayan Türklərin öz milli dövlətlərindən uzaqlaşmalarına, digər tərəfdən isə bu respublikaların öz imicinə zərər gətirmiş olacaq. Məsələn necə ki, Rusiyanın Azərbaycandaki və yaxud da Türkmənistandakı Rusların vəziyyəti ilə maraqlanması bu ölkənin daxili işlərinə müdaxilə kimi qəbul olunmur, eyni şəkildə Türk dövlətləri də digər dövlətlərin daxilində o cümlədən İranda yaşayan soydaşlarının problemləri ilə maraqlanması çox normal hal olar.

Araz Aslanlı

Məqalələr

Azərbaycan Demokrasi Ocağının Dr. Sədiq Ədaləti ilə Danışığı
Təbrizdə bir xəbər var! Maşallah Rəzmi (Tərcüməçi Sabir Nəbioğlu)
Avropa Birliyinə üzv olmaq istəyən ölkəkərin Birliyə üzvlüyünü əngəlləyən amillər və
GÜNEY AZƏRBAYCAN DİALOQ TOPLANTISI
İran bir daha aldadarsa... Hüseynbala Səlimov
İranda inqilab baş verə bilərmi? Hüseynbala Səlimov, müstəqil analitik
ƏRƏNLƏR TARİXİN AYNASIDIR . CEYHUN BAYRAMLI
Ermənistanda siyasi və iqtisadi böhranlar dərinləşib . Ənvər BöRüSOY
Qərbin "kürd strategiyası" iflas yolunda . Ənvər Börüsoy
Sosyal bilim teorileri bağlamında etnik çatışmalar Valery A. Tishkov
Böyük AZƏRBAYCAN naminə... MEHRİBAN ƏLƏKBƏRZADƏ
Fars şovinistlərinin müdhiş dəyişiklik planı . Elman Cəfərli
İranda insan hüquqları 3 - Güney Azərbaycan
İranda İnsan hüquqları 2 - Etnik problemlər
İranda insan hüquqlarının pozulması halları yenə də artır
Məhərrəm ayı İran hakimiyyətini sarsıdacaq
Güney Azərbaycan istiqlal mübarizəsində qadınların yeri… . Dr.Zümrüd Yağmur
Güneyin səsinə qulaq verək! Azərbaycan Milli Azadlıq Təşkilatı
Firudin Allahverdi. Bakı haqqında mahnı
Türkiyə və Azərbaycan üçün nurçu təhlükəsi
"Şimali İran" xülyası Firengiz Qahramanova
Bir tarixi gerçəyin işığında . S.Sədrəddin
AZERBAYCAN ABD'NİN İSTEKLERİNİ GERİ ÇEVİRDİ‏ Dr. Ali ASKER
"Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!" . Əlyar Səfərli

GünAz TV TWITTER'da


GünAz TV'ni TWITTER'də təhkib edin..
www.twitter.com/gunaztv

GünAz TV FACEBOOK'da