1-ci Peyk:
Satellite: Telstar12
15 derece Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal
2-ci Peyk:
Satellite: Eutelsat3A
7 derece Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 1/2
Horizontal
|
| ||||||||||||||
1-ci Peyk:
Satellite: Telstar12
15 derece Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal
2-ci Peyk:
Satellite: Eutelsat3A
7 derece Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 1/2
Horizontal
GünAzTv: Fevralın 2-də ABŞ (Amerika Birləşmiş Ştatları) Senatının Kəşfiyyat Komitəsində açıq dinləmə keçirilib. Dinləmələr belə adlanıb: «Birləşmiş Ştatlara hazırkı və gözlənən təhdidlər». ABŞ-ın Milli Təhlükəsizlik İdarəsinin direktoru Dennis Bler komitədə çıxış edib (“Azadlıq” radiosu).Avrasiyada potensial münaqişə ocaqlarına toxunan Bler deyib: «Qafqazın həll olunmamış münaqişələri Avrasiya regionunda qaynar nöqtələrə oxşayır. Gürcüstanın separatçı Cənubi Osetiya regionunda Moskvanın genişlənmiş hərbi iştirakı və bu regionla siyasi-iqtisadi münasibətləri, həmçinin hərdənbir baş verən zorakılıqlar səhv proqnoz və həddən artıq reaksiya yaradar ki, bu da savaşı qızışdıra bilər».Bler daha sonra deyib:«Son bir ildə Türkiyə-Ermənistan yaxınlaşmasında irəliləyiş olub. Bu yaxınlaşma Ermənistanla Azərbaycanın həssas münasibətlərinə təsirini göstərib. Bu da Dağlıq Qarabağda münaqişənin təzələnməsi riskini artırır».Bleyer onu da deyib ki, Rusiya prezidenti Dmitri Medvedevin keçmiş SSRİ ölkələrinə maraqlarının üstün olduğu zona kimi baxması Vaşinqtonla münasibətləri laxlada bilər.Oxşar dinləmələr Nümayəndələr Palatasında da keçirilib.

GünAz TV'ni TWITTER'də təhkib edin..
www.twitter.com/gunaztv