Bakı 12°   01:47          Təbriz 21°   01:17
Chicago 16°   15:47          Avropa 8°   22:47

Peyk şirkətləri

 

1-ci Peyk:
Satellite: Telstar12
15 derece Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal

2-ci Peyk:
Satellite: Eutelsat3A
7 derece Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 1/2
Horizontal

Gunaz.tv

Anket

Ən çox sevdiyiniz futbol komandası hansıdır?:

Millət Vəkili Nizami Cəfərovun, Soyadların dəyişdirilməsi və fəxri adlarla bağlı MÜSAHİBƏsi

GünAzTv mətbuat mərkəzi Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun Soyadların dəyişdirilməsi və fəxri adlarla bağlı “Turan”a verdiyi müsahibəni təqdim edir.

- Soyadların dəyişdirilməsi ilə bağlı qanun layihəsi nə vaxt müzakirəyə çıxarılacaq? Sənədin ictimaiyyətə əsas mesajı nədir?

- Milli Elmlər Akademiyasında adlar və soyadlarla bağlı xüsusi bir komissiya işləyib. Komissiya müəyyən nəticələrə gəlib və bunu bir konsepsiya halında Prezident Administrasiyasına təqdim edib. Hazırda müzakirələr davam etdirilir və əminəm ki, hansısa rəsmi sənəd qəbul ediləcək. Bu sənəd prezident sərəncamı şəklində, ayrıca qanun kimi ola bilər. Ola da bilər ki, Ədliyyə Nazirliyində hüquqi məsələlər nəzərdən keçirildikdən sonra Ailə Məcəlləsinə dəyişiklik edilməklə yekunlaşsın.

- Soyadların dəyişdirilməsi prosesi hansı müddətdə başa çatmalıdır? Vaxt müəyyən edilib?

- Konsepsiyada nəzərdə tutulur ki, sənəd qəbul edildikdən sonra iki ay vaxt verilsin və yeni soyadlar yalnız yeni doğulan uşaqlar üçün məcburi olsun. Amma əvvəlki nəsillər üçün məcburiyyət olmayacaq. İstəsələr, öz soyadlarında qala bilərlər.

- Soyadların dəyişdirilməsi çox vacibdirsə, dövlət rəhbərləri niyə bir örnək kimi öncə öz soyadlarını dəyişmir? Elə siz özünüz də Cəfərov soyadını dəyişməmisiniz.

- Bunlara təbii baxmaq lazımdır. Elə insanlar var ki, mövcud soyadları ilə tanınıblar. Xüsusilə dövlət rəhbərləri. Kim soyadını dəyişirsə, buna heç kim etiraz etmir və yaxşı qarşılanır. Amma məsələn, deyək ki, uzun illər Sabir Əhmədov kimi tanıdığımız, mərhum və böyük yazıçımız birdən Sabir Əhmədli olursa və ya ondan daha qabaq Süleyman Rəhimov sonradan Süleyman Rəhimli adlanırsa, burada mənə elə gəlir ki, bir az qeyri-ciddilik də var.

Şəxsən mənim üçün Cəfərov soyadını daşımaq ona görə maraqlıdır ki, qoy gələcək nəsillər görsün ki, hansı təzyiqlərə məruz qalmışıq. Yəni bu, tarixdir. Biz dərhal tarixi dağıtmaqla çox yüngül yol tutmuş olarıq. Eyni zamanda mən soyadımın sonluğunu dəyişməklə xeyli sayda digər sənədlərimlə də məşğul olmalıyam.

-Siz sənəd məsələsinə toxundunuz. Yəni soyad sonluqlarının dəyişdirilməsi on milyonlarla digər sənədlərin də dəyişdirilməsi deməkdir. Sənədlərin dəyişdirilməsi kütləvi hal alarsa, hazırkı bürokratik sistemdə, süründürməçilik və rüşvət hallarını da nəzərə alsaq, necə xaotik vəziyyət yaranacağını düşünürsünüzmü?

- Ona görə də düşünürəm ki, yeni doğulmuş uşaqlara milli soyadlar verilə bilər və bu, problem yaratmaz. Amma əvvəlki nəsillər üçün könüllü olmalıdır.

- Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yerli televiziyalarda islahatlarla bağlı məqalə ilə çıxış etdi. Məqalənin geniş müzakirələri də keçirildi. Televiziyalarda nə dəyişib?

- Hiss edirəm ki, müəyyən dəyişikliklər var. Məsələn, deyək ki, “Azad Azərbaycan” televiziyası daha çox şou-proqramlar yayımlayırdı. Orada ictimai şura yaradıldı, mən də onun üzvüyəm. Biz orada müəyyən verilişlərlə bağlı qərarlar qəbul etdik. Bir sıra verilişlərin aparıcıları dəyişdirildi, ciddilik təmin olundu. Amma cənab Mehdiyevin məqaləsində daha irəli gediləcək məsələlər var. Bu da peşəkarlıqla bağlı məsələdir və dərhal yerinə yetirmək mümkün deyil.

- İslahatlar yuxarının fikri ilə aparılmalıdır, yoxsa televiziya tamaşaçılarının, xalqın fikri nəzərə alınmalıdır?

- Mənə elə gəlir ki, bu cür islahatlar həm aşağıdan, həm də yuxarıdan aparılmalıdır. Elə məsəllər var, yuxarıdan, elə məsələlər var, aşağıdan yaxşı görünür. Təbii, xalqın səviyyəsi necədirsə, televiziyanın səviyyəsi də elədir, peşəkarlıq da ona uyğundur.

- Bəs söz azadlığı?

-Təbii ki, söz azadlığı olmalıdır. Akademik Mehdiyevin məqaləsində də azadlığın məhdudlaşdırılmasından söhbət getmir. Burada dünya səviyyəsinə yaxınlaşma nəzərdə tutulur.

- Ədəbiyyat sahəsində vəziyyəti necə qiymətləndirirsiniz? Xalq yazıçıları və şairlərinin sayı artmaqda davam edir, xalq arasında isə ədəbiyyata maraq o qədər də böyük deyil. Eynilə də xalq artistləri... Sizcə, bu adlardan imtinanın vaxtı çatmayıbmı?

Əslində o proses gedir. MDB ölkələrinin heç birində, demək olar, belə adlar verilmir. Biz də gərək bundan imtina edəydik. Amma proseslər elə getdi, yazıçı iddiası o qədər güclü oldu ki, hökumət belə adları vermək məcburiyyətində qaldı. Tək yazıçılar deyil, müğənnilər, rəssamlar da buna aiddir. Bu ənənəni birdən qırmaq mümkün olmadı. Bunun müəyyən dövr üçün xeyiri də oldu. Mərkəzi hakimiyyətin ətrafında ziyalıların birləşdirilməsi tələb olunurdu.

Xalq şairi adı daşıyanlar var ki, bir nəfər belə şeirini bilmir. Nəinki kütlələr, hətta ziyalılar bəzi xalq şairinin bir şeirini belə bilmir, onun barəsində bəzən təsəvvürü belə olmur. Ona görə də bu adların özü belə qəribə səslənir.

Bu yaxınlarda Yazıçılar Birliyinin yaranmasının 75 illiyi keçirildi. Anar müəllimdən soruşdum ki, yazıçılar mükafatlar gözləyirdi, bəs niyə olmadı? O dedi ki, mən bu bayramı yasa çevirmək istəmədim. Yəni onlarla yazıçı mükafat alacaqdı, yüzlərlə yazıçı isə narahatlıq keçirəcəkdi.

10/03

GünAz TV TWITTER'da


GünAz TV'ni TWITTER'də təhkib edin..
www.twitter.com/gunaztv

GünAz TV FACEBOOK'da