1-ci Peyk:
Satellite: Telstar12
15 derece Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal
2-ci Peyk:
Satellite: Eutelsat3A
7 derece Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 1/2
Horizontal
|
| ||||||||||||||
1-ci Peyk:
Satellite: Telstar12
15 derece Qərb(West)
Frekans: 12608
S/R: 19279
FEC: 2/3
Horizontal
2-ci Peyk:
Satellite: Eutelsat3A
7 derece Şərq(East)
Frekans: 10721
S/R: 22000
FEC: 1/2
Horizontal
GünAzTv: İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün vasitəçi olmaq istəyini bir daha yeniləyib. Bakıda səfərdə olan İran xarici işlər nazirinin müavini Həsən Qaşqavi jurnalistlərə açıqlamasında deyib ki, Dağlıq Qarabağ münaqişəsi ancaq region ölkələrinin səyləri ilə həll edilə bilər. “İran bu münaqişənin ədalətli həllinə tərəfdardır və tərəflərə qarşılıqlı anlaşmaya gələ bilmək üçün öz köməyini göstərməyə hazırdır” deyə, iranlı diplomat bildirib. Bundan əvvəl isə İranın Qarabağ münaqişəsinin nizamlanmasında rola malik olmaq marağını İrəvana səfəri zamanı bu ölkənin xarici işlər naziri Manuşehr Möttəki ifadə etmişdi.
Məlum olduğu kimi, İran uzun müddətdir danışıqlar prosesində rola malik olmağa can atır. Lakin Bakıda İranın vasitəçiliyinə həmişə ehtiyatla yanaşıblar və Tehranın bu istiqamətdə səylərinə heç vaxt dəstək verməyiblər. İrəvanda isə İranın vasitəçiliyinə dair müxtəlif fikirlər var. Rəsmi İrəvan danışıqlar prosesinin gedişi haqda İranı müntəzəm olaraq məlumatlandırır və bununla da Tehranın prosesə müəyyən təsir imkanlarına malik olmasını təmin edir. Eyni zamanda Ermənistanda nəzərə alırlar ki, İranın prosesdə vasitəçiliyi real deyil.Erməni politoloqlarına görə, İranın bu münaqişəyə marağı başadüşüləndir. Çünki söhbət Dağlıq Qarabağ ətrafında olan rayonlardan üçünün İranla birbaşa sərhəddə yerləşməsindən gedir. Yəni İran ABŞ və Fransadan fərqli olaraq münaqişə zonası ilə bilavasitə sərhəddədir və bu statusa malik olan yeganə ölkədir. Lakin İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryana görə, İranın Qarabağ münaqişəsində vasitəçiliyi mümkün deyil. Çünki hazırkı situasiyada Qarabağ nizamlanmasının formatını dəyişdirmək qətiyyən mümkün hesab edilmir. Minsk Qrupuna ABŞ, Rusiya və Fransa kimi böyük ölkələr həmsədrlik edir, İranın isə bu formata daxil edilməsinə heç kim imkan verməzdi. Bununla belə, erməni politoloq hesab edir ki, İranın maraqlarını da nəzərə almaq lazımdır, çünki bu ölkə regional balansın bir hissəsini təşkil edir.“Regnum” agentliyi isə İran xarici işlər nazirinin İrəvan təmasları haqda əldə etdiyi məlumatlara istinadən xəbər verib ki, Tehran münaqişə bölgəsində beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə qətiyyətlə qarşı çıxır. Hətta İran tərəfi xəbərdarlıq edir ki, öz sərhədləri boyu xarici qüvvələrin yerləşdirilməsinə imkan verə bilməz. Ancaq hazırda danışıqlar masasında olan Madrid prinsiplərində münaqişə zonasında beynəlxalq sülhməramlıların yerləşdirilməsi yer alır. Doğrudur, hələ bu qüvvələrin tərkibi müəyyən edilməyib və bu barədə ətraflı danışıqlar aparılmayıb. Ancaq Madrid prinsipləri razılaşdırılsa, qısa zamanda beynəlxalq sülhməramlı qüvvələrin tərkibinin və sayının da müəyyən ediləcəyi gözlənilir. ATƏT-in hərbi ekspertləri isə artıq münaqişə bölgəsində beynəlxalq sülhməramlı kontingentin yerləşdirilməsinin xəritəsini hazırlayıb. Ekspertlərə görə, sülhməramlı qüvvələrə məhz Rusiya nəzarət etmək istəyir. Çünki rəsmi Moskva dəfələrlə bəyan edib ki, tərəflərin əldə edəcəyi sülh razılaşmasının qarantı olmağa hazırdır. Öz növbəsində ABŞ və Avropa Birliyi də Qarabağda öz qüvvələrini yerləşdirməkdə maraqlıdır. Ancaq böyük dövlətlərin maraqları arasında ziddiyyətləri nəzərə alaraq belə təkliflər səslənir ki, beynəlxalq sülhməramlıların tərkibində Minsk Qrupuna həmsədrlik edən ölkələrin qüvvələri yer almasın. Prezidentlər arasında son Soçi danışıqları ərəfəsində isə erməni qaynaqları belə xəbər yaydı ki, gözlənilmədən Dağlıq Qarabağa səfər edən amerikalı həmsədr Robert Bradtke separatçı rejimə öz müqəddəratını təyinetmə prinsipində dəstək vəd edib, əvəzində İranla sərhəddə yerləşən Zəngilan, Cəbrayıl və Füzuli rayonlarından erməni qüvvələrinin çəkilməsinə razılıq verməyə çağırıb.Ekspertlər düşünür ki, İran Azərbaycanın onunla sərhəd işğal edilmiş rayonlarında xarici qüvvələrin yerləşdirilməsini əngəlləmək üçün danışıqları poza bilər. Bunun üçün Tehranın həm separatçı Qarabağ rejiminə, həm İrəvana müəyyən təsirləri var. Erməni ekspertləri qeyd edir ki, İran Qərbin onu təcrid etməyə çalışdığı bir vaxtda Qarabağ münaqişəsi bölgəsində xarici hərbi qüvvələrin yerləşdirilməsinə öz təhlükəsizliyi kontekstində baxır. Məhz bu səbəbdən İran istərdi ki, münaqişə tərəfləri, ümumiyyətlə, Minsk Qrupu formatından imtina edərək onun da yer aldığı alternativ vasitəçilik formatını seçsin. Yəni ABŞ və Avropa Qarabağ nizamlanmasından kənarda qalsın və onların regionda öz qüvvələrini yerləşdirmək imkanları aradan qalxsın. musavat

GünAz TV'ni TWITTER'də təhkib edin..
www.twitter.com/gunaztv