3-cü Putin dövründə Rus xarici siyasəti necə olacaq?-1

3-cü Putin dövründə Rus xarici siyasəti necə olacaq?-1
Mayın 7-də prezident kreslosunu Dmitri Medvedyevden təhvil alan Vladimir Putin, çox böyük bir sürpriz olmasa, növbəti 6 il müddətində Rusiyada verilən qərarların əsas müəyyənedicisi olacaq. Bu çərçivədə Putinin xarici siyasətdəki mövqe və siyasəti beynəlxalq ictimaiyyəti  ən çox maraqlandıran mövzular arasında xüsusi yer tutur. Əsasən 8 illik prezidentlik və 4 illik baş nazirlik keçmişi olan Putin yeni dövrdəki xarici siyasət kursunda  müəyyən təzadlar yaşasa da, getdikcə sərtləşən bir üslub mənimsəyəcəyinin işarələri getdikcə çoxalmaqdadır.     Rusiya prezidenti hakimiyətinin 3-cü dövründəki xarici siyasət anlayışını fevralın 27-də “Moskovskiy Komsomolets” qəzetində dərc edilən “Rusiya və dəyişən dünya” adlı məqaləsində ortaya qoymuşdur. Dünyada təhlükəsizliyin Rusiya olmadan təmin ediləməyəcəyini bildirən Putin, Rusiya xarici siyasətinin məqsədinin ölkənin siyasi mövqeyi, tarixi rolu və inkişafına uyğun strateji mahiyyətli hədəflər həyata keçirmək olduğunu vurğulamışdır. Bu istiqamətdə yeni geosiyasi reallıqlara uyğun şəkildə qlobal sistemin yaradılması üçün çalışacaqlarını elan edən Rusiya lideri beynəlxalq hüquqa riayət edilməsi zərurətini vurğulayaraq, ABŞ və NATO-nu bəzi hallarda beynəlxalq qanunlardan kənar davranmaqda və sözdə insani məqsədlərlə dövlət suverenliklərini pozmaqda təqsirləndirməkdədir.   Bu vəziyyətin qarşısının alınması üçün BMT-nin və onun Təhlükəsizlik Şurasının proseslərə fəal müdaxilə etməsini təklif edən Putin, məqaləsində “Ərəb Baharı” prosesini də dəyərləndirmişdir. Rusiyanın əvvəlcə demokratik ruhda olan bu prosesə müsbət yanaşdığını qeyd edən Rusiya lideri hadisələrin çevriliş, daxili qarşıdurma və müharibə səviyyəsinə çatmasının narahatedici olduğunu və xarici hərbi müdaxilənin Qəddafinin Orta əsri xatırladan vəhşiliklə öldürülməsi ilə nəticələndiyini nəzərə çatdırmışdır. Suriyada Liviya ssenarisinin gerçəkləşməsinə imkan verməyəcəklərini elan edən Putin, bu ölkədə tezliklə silahların qeyd-şərtsiz susmasını, xarici müdaxilənin qarşısının alınmasını və dövlət suverenliyinə əsaslanan milli dialoqun başlamasını  təklif etməkdədir. Məqaləsində ümumi mənada  “Ərəb Baharı”nın müsbət olduğunu qeyd edən rus lider, bu prosesin Rusiyanın iqtisadi mənfəətlərinə zərər verməsi yönündəki narahatlığına da  yer vermişdir. Suriya məsələsində Çinlə əməkdaşlığa davam edəcəklərini bildirən Putin, Asiya-Sakit okean bölgəsinin artan önəmi və ortaq qlobal prioritetlər çərçivəsində Pekinlə əməkdaşlığı dərinləşdirəcəyi məsajını  verməkdədir.   Asiyada digər bir güc olaraq Hindistana da əhəmiyyət verən Rusiya lideri, İranın nüvə proqramına sahib olma hüququnun qəbul edilməsini və problemin danışıqlar yoluyla həll edilməsini təklif etməkdə və İsrail-Fələstin münaqişəsinin həllinə töhvə vermək istədiklərini bildirməkdədir. Şimali Koreyanın nüvə ölkəsi olmasını istəmədiklərini bildirən Putin, nüvə silahı məsələsində yeni qlobal baxışın yaradılması ehtiyacını, Əfqanıstan və beynəlxalq terrorizm məsələsində də narahatçılığını və həll təkliflərini dilə gətirməkdədir.   Xarici siyasətdə iqdisadiyyatın roluna xüsusi əhəmiyyət verən Rusiya rəhbəri, ABŞ ilə münasibətlərdəki iqdisadi istiqamətin ən önəmli çatışmazlıq olduğunu bildirməkdədir. ABŞ-ın NATO-nun genişlənməsi və raketdən müdafiə sistemi kimi cəhdlərinə Rusiyanın qarşılıq verəcəyini qeyd edən Rusiya lideri, AB-nin güclü və istiqrarlı olmasını və onunla xüsusilə enerji sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək istədiklərini vurğulamaqdadır. Putinin məqaləsində diqqəti cəlb edən digər ünsürlər isə Rus soydaşlara dəstəyin güclənərək davam edəcəyi və internetin qlobal siyasətdə artan önəmini qeyd etməsidir. Həmçinin, Putin Rusiyada xarici mənbəli qeyri-hökumət təşkilatlarının mədəni və sosial layihə həyata keçirməsinə mane olmayacaqlarını, ancaq siyasi sistemi dəyişməsində rol oynamalarına imkan verməyəcəklərini bildirməkdədir.   Elə Putinin and içərək vəzifəyə başladığı ilk gündə imzaladığı xarici siyasətin həyata keçirilməsi ilə bağlı sərəncamı da qarşıdakı dönəmdə xarici əlaqələrdə izlənəcək siyasətin ümumi çərçivəsini və bu kursun yuxarıda dı qeyd edilən məqamlara diqqət göstəriləcəyini  ortaya qoymaqdadır. “Yeni” prezident sərəncamı ilə Rusiya Xarici İşlər Nazirliyinə 2012-ci il dekabr ayının sonuna qədər yeni xarici siyasət doktrini hazırlaması tapşırılmışıdr. Beləliklə, Rusiya keçmiş prezident Dmitri Medvedyevin 2008-ci il 12 iyunda qəbul etdiyi və 18 dekabr 2010-cu il tarixli 1 saylı əlavə ilə dəstəklədiyi sənədi yeni şəraitə uyğun bir şəkildə yeniləyəcəkdir. N.S

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN