3-cü Putin dövründə Rus xarici siyasəti necə olacaq?-2

3-cü Putin dövründə Rus xarici siyasəti necə olacaq?-2
Sərəncam, eyni zamanda, Rusiyanın yeni xarici siyasət doktrininin əsas istiqamətləri barəsində də bəzi proqnozlar verməyə imkan yaradır. Əvvəla, sərəncam qarşıdakı dövrdə Rus xarici siyasətinin daha sərt üsluba və qərarlı bir anlayışa sahib olacağının işarəsi sayıla bilər. Sərəncamda artıq Rus xarici siyasətinin strateji hədəfinə çevrilən “çox qütblü qlobal sistem” və “BMT-nin sistemdəki mərkəzi yeri” vurğuları ən başda yer almaqdadır. Həmçinin BMT-dən əlavə G-8, G-20, BRİC və Şanxay Əməkdaşlıq Təşkilatı da xüsusilə əhəmiyyət verilən strukturlardır. Rusiyanın Suriya məsələsində BMT Təhlükəsizlik Şurasının fəal rol oynamasını təmin etməyə çalışması, Putin prezident kürsüsünə qaydışından sonrakı  iki ay yarımda  G-8, G-20, BRİC və Şanxay Əməkdaşlıq Təşkilatı kimi strukturlarda ortaya qoyduğu mövqe bu önəmin açıq nümunələri sayıla bilər.    Sərəncamda ikinci olaraq,  MDB məkanı ilə bağlı hədəflər  detallı olaraq yer almaqdadır.  Bu detallara diqqətli nəzər salındığında Rusiyanın keçmiş SSRİ-ni günü şərtlərinə uygun şəkildə inşa etmək üçün MDB çərçivəsində geniş miqyaslı inteqrasiya prosesini gücləndirmə niyyətində olduğu açıqca müşahidə edilməkdədir. Sənəddə, Avropa Birliyi ilə münasibətlərdəki əsas strateji məqsədin Atlantikdən Sakit okeana qədərki coğrafiyada ortaq iqdisadi və ictimai məkan  yaratmaq olduğu bildirilməkdə, AB ilə strateji əməkdaşlığın önəminə toxunulmaqda, enerji əməkdaşlığı və viza keçidinin asanlaşdırıılması mövzularına əhəmiyyət verilməkdədir.   Sərəncamda, qlobal sistemdə getdikcə önəmi artan Asiya-Sakit okean bölgəsinin isə Rusiyanın Şərqi Sibir və Uzaq Şərq bölgəsinin inkişafı baxımından önəmli olduğu qeyd edilməkdə və bu bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq strukturunun yaradılmasının əhəmiyyəti vurğulanmaqdadır. Habelə, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİC-lə bu mövzuda önəmli addımlar atan Rusiya, sentyabrda isə Vladivostokda Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) toplantısını keçirərək bu bölgəyə xarici siyasətdə daha çox önəm veriləcəyinin işarəsini verməkdədir. Kreml rəhbərliyinin bu bölgədəki əsas partnyorları arasında Çin və Hindistanın xüsusi yer tutmasına baxmayaraq, başda Yaponiya olmaqla digər mühüm ölkələrin də diqqətə alınacağı sənəddə yer alan digər bir məqam.   Sərəncam ənənəvi olaraq Rus xarici siyasətinin ən problemli sahə olaraq gördüyü ABŞ ilə münasibətlərə geniş yer ayırmışdır. Bu ölkə ilə çoxtərəfli strateji əməkdaşlığın davam edəcəyinin qeyd edildiyi sənəddə ABŞ-ın raketdən müdafiə sisteminin Rusiya milli təhlükəsizliyinə yönəlmiş olmadığına dair təminatların alınması önəmli hədəflərdən biri kimi qeyd edilməkdədir. Əslində Rus xarici siyasətində əsas sərtləşmənin ABŞ ilə münasibətlərdə və xüsusilə də raketdən müdafiə sistemi məsələsində yaşanması isə ümumi bir gözləntidir. Raketdən müdafiə sistemi məsələsində Rusiya rəsmilərinin uzun müddətdir müdafiə etdiyi təhdidlər fonundakı hadisələr də buna işarə etməkdə. Elə mayın əvvəlində Moskvada keçirilən raketdən müdafiə sistemi ilə bağlı beynəlxalq təhlükəsizlik toplantısı da Rusiya ilə ABŞ və NATO arasındakı ən önəmli anlaşmazlığın bu məsələ olduğunu göstərir. Moskvanın xüsusi səyi ilə  keçirilən konfransda Rus rəsmiləri və təhlükəsizlik mütəxəssisləri ABŞ və NATO-ya raketdən müdafiə sisteminə niyə qarşı çıxdıqlarını izah etməyə çalışdılar. Toplantı zamanı və sonrası verilən məsajlar isə tərəflərin bu mövzuda razılaşacağına dair kifayət qədər optimist olmağa imkan vermir.   Belə ki, Rusiya prezidenti Vladimir Putinin hökumət çalışmalarını səbəb göstərərək  mayın 18-19-da Camp Daviddə keçiriləcək G8 zirvəsinə qatılmaması Moskvanın xarici siyasətinin ABŞ istiqamətində bir sərtləşmənin göstəricisidir. Hər nə qədər ictimaiyyət aprel ayındakı Cənubi Koreyadakı Nüvə zirvəsi zamanı ikitərəfli görüşdə açıq qalan mikrofondan Obamanın Medvedyevə seçkilərdən sonra raketdən müdafiə sistemi məsələsində daha elastik davranacağı sözü verdiyini eşitsə də, ABŞ-ın bu mövzuda hələki (ən azından prezident seçkilərinə qədər) geri addım atmaq niyyətində olmadığı anlaşılır. Bu baxımdan ABŞ prezidenti Barak Obamanın da Moskvanın ciddi hazırlaşdığı  Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Vladivostokda sentyabr ayında keçiriləcək zirvəsinə qatılmayacağını elan etməsi Moskvanın bu addımına cavab mahiyyəti daşıyır.   Putinin xarici siyasət vədlərinə dair məqaləsi və sərəncamında Türkiyə və Azərbaycan birbaşa qeyd edilməməməktədir. Ümumilikdə Rusiyanın bu ölkələrlə əlaqələri əvvəlki seyrində davam edəcək kimi görünsə də, raketdən müdafiə və Suriya kimi məsələlər Türkiyə ilə münasibətlərdə, post Sovet məkanında inteqrasiyanı dərinləştirmə cəhdləri isə Azərbaycanla münasibətlərdə çətinlik yarada bilər. Elə Türkiyə ilə xüsusən Suriya məsələsi səbəbiylə  baş verən ziddiyət və ya son aylarda Bakıya səfər edən Rus rəsmilərinin Azərbaycanla münasibətlərdə post Sovet məkanında inteqrasiya məsələsinə vurğuları bu çərçivədə izah edilə bilər.     Nəticə olaraq, Putin yeni xarici siyasət doktrini hazırlığındadır. 2000-ci illərin əvvəli ilə müqayisədə daha güclü olan Rusiyanın həm qlobal, həm də regional hadisələr qarşısında söyləyəcək çox sözü və edəcək çox işi olduğunu isə Suriya məsələsi açıq şəkildə göstərməkdədir. N.S

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN