ALOV İNANNA: İslam dinindә qadına tәcavüz qadağası nә üçün yoxdur

ALOV İNANNA: İslam dinindә qadına tәcavüz qadağası nә üçün yoxdur
ALOV İNANNA İslam dinindә qadına tәcavüz qadağası nә üçün yoxdur Tәcavüz sözü әrәbcә "cvz" kökündәn yaranaraq, "hәddini vә ya ölçüsünü keçmә, aşma, azma" demәkdir. Canlılar arasında әks cinsә tәcavüz edәn demәk olar ki, yalnız insandır, daha xüsusilәşdirilsә, kişilәrdir. Heyvanlar alәmindә erkәyin dişini zorlaması nadir hadisәdir, çünki nәsil artımına qәrarı yalnız dişi fәrd verir; erkәklәr arasından seçdiyi daha gözәl vә sağlam olanla. Yәni tәcavüz heyvani hadisә deyil, insanidir. Tәcavüz haqqında ilk mәnbәlәrә şumer tabletlәrindә rast gәlinir. 5 min ildәn cox yaşı olan şumer mәtnlәrinin bir neçә yerindә tәcavüz etmә hadisәsindәn danışılır. Şumer qanunlarının birindә yazılır ki, әgәr kimsә bir kölә qadının zorla bәkarәtini pozarsa 5 şәkәl (tәxminәn 40 qram) gümüş vermәlidir. Kölә olmayan azad qızlar tәcavüzә uğradıqda isә, valideynlәri onları hәmin adamla evlәndirmәlidir. (Bu adәt bu yaxınlara qәdәr bizdә bir az fәrqli biçimdә yaşayırdı, elçilәr rәdd cavabı alanda oğlan zorla qızı qaçırar, dәrhal ona sahiblәnәrdi. Zorlanmış qızın hәmin adama әrә getmәkdәn başqa çarәsi qalmazdı.) Şumer mifindәki digәr tәcavüz hadisәsindә isә bağban, yatmış halda olan sevgi tanrıçasını zorlayır vә törәtdiyi әmәlә görә yaşadığı şәhәrin әhalisi ilә birgә cәzalanır. Tanrıça onların suyunu qana döndәrir. (M. H. Cığa görә suları qana döndәrmә cәzası sonralar Tövrata vә Qurana, bir çox motiv kimi, buradan keçmişdir.) Dәdә Qorqud dastanında bir çoban tәrәfindәn zorlanan pәrinin (hәmin şumer tanrıçası bu pәrinin prototipidir. M. Seyidov) dünyaya gәtirdiyi Tәpәgöz bütün Oğuz xalqının bәlasına çevrilir. İstәr tanrıça, istәr pәri qız zorlanmaya görә tәcavüzkarın bütün el­obasını cәzalandırır. Tәcavüzetmә qәdim şumerlilәrә görә o qәdәr pis bir iş sayılıb ki, tanrı Enlil evlәnmәdәn öncә nişanlısını aldadıb zorladığına görә tanrılar mәclisinin hökmüylә o, baş tanrı olmasına baxmayaraq, cәzalanıb yeraltı dünyasına sürgün edilir. Bu mifin tabletlәrә köçürüldüyü zamanda anaxaqanlığın izlәri tam yox olmamışdı, bu üzdәn dә indinin termini ilә desәk, orada hәm "demokratik" ab­hava vardı, qәrarı tanrılar müzakirәdәn sonra birgә verirdilәr, hәm dә dәyәrlәr tam maskulin yönlü deyildi. Ona görә dә Enlil tanrıların başçısı olsa da, onun hәrәkәtinә göz yumulmur, o, mühakimә olunub cәzalandırılır! Tәcavüzkar tanrı obrazı yunan mifologiyasında da, yenә baş tanrının ­ Zevsin simasında qarşımıza çıxır. Amma patriarxallığın, kişi hegemoniyasının bütünlüklә yaşandığı yunan kültüründә, dondan­dona, cilddәn­cildә düşәrәk, gözü tutan qadınları zorlayan Zevsә "gözün üstә qaşın var" deyәn yoxdur. Zevslә bağlı miflәrdә onun istәr ölümlü, istәr ölümsüz (tanrıça) qadınlara onların razılığı olmadan tәzavüz etmә sәhnәlәri o qәdәr çoxdur ki, bu allahı tәcavüz simvolu hesab etsәk yanılmarıq. Qәribәdir ki, yunan mifologiyasından yazan maskulin düşüncәyә malik müәlliflәrin demәk olar ki, hamısı, hәtta bu gün belә, Zevsin "baz"lığından gizli qımışma ilә bәhs edәrkәn, onun arvadı Heranın Zevsә münasibәtini acıqlı halda "qısqanclıq" adlandırıb az qala Heranı "dözümsüzlükdә" günahlandırırlar. Şumer miflәrindә baş tanrı Enlilin öz nişanlısına tәcavüzü bağışlanmadığı halda, baş tanrı Zevsin kәnar qadınlara tәcavüzü rahatlıqla qәbul edilir. (Bu, ataxaqanlığın hәlә dә insanların düşüncә tәrzindә yaşamasının göstәricidir.) "Baş allah Zevsә hәr şey olar" prinsipi "hökmdarlara hәr şey olar" prinsipindәn yarandı. Yәni, tanrılar panteonun başçısı Zevs, dövrünün hökmdar obrazının cizgilәrini özündә cәmlәşdirirdi. Savaş, qәnimәt, qadın Qadına tәcavüz hadisәsi insanlığın yaşı qәdәr qәdim deyil, dövlәtlәrin vә müharibәlәrin meydana gәlmәsiylә, qәsbetmә vә sahiblәnmә duyğusunun inkişafı ilә çeşidli biçimlәrdә üzә çıxan tarixi fenomendir. Әlә keçirilәn torpaqlarda qadınlara tәcavüz edilmәsi günümüzdә dә savaşın әn iyrәnc yanıdır. Seksin ayıb deyil, müqәddәs sayıldığı, müharibәlәrin demәk olar ki, olmadığı matriarxal dövrlәrdә tәcavüz hadisәsinin baş vermәsinә әsas yoxdur. Çünki qadına tәzavüzetmә yalnız cinsi ehtiyacdan qaynaqlanan bir hadisә deyildir. Araşdırmaçıların fikrincә, tәcavüz aktının motivasiyası tәkbaşına cinsi ehtiras deyildir, burada acıq, düşmәnçilik, hәmçinin gücün tәsdiqi başlıca rol oynamaqdadır. Müharibәlәr meydana gәldikdәn sonra insanlarda yeni bir duyğu ortaya çıxdı: Qәnimәt duyğusu. Bәzi xalqlar hücum etdiklәri ölkәni insanları qarışıq bütünlüklә yaxıb yandırırkәn, digәrlәri qalib gәldiyi xalqın yiyәlәndiyi hәr şeyi onların әlindәn alır, özlәrini isә qula çevirirdilәr. Zaman­zaman müharibә sәbәblәrindәn (bәhanәlәrindәn) biri dә öz dinini digәr xalqlara yayma, onları "doğru yola gәtirmә" istәyi oldu. Dilimizdә hәlә dә yaşayan "qılınc müsәlmanı" ifadәsindәn görüldüyü kimi, islam dini dә (bәzi istisnalar şәrtilә) digәr dinlәr kimi әsas olaraq qanlı müharibәlәrlә yayılmışdır. Quranın tәkcә elә 12 ayәsindә "Allah yolunda savaş"mağın vacibliyindәn, әvәzindәn, mukafatından bәhs olunur: Bәqәrә: 216; Әli İmran: 13, 121; Nisa: 74, 75, 84; Әnfal: 5, 39, 58, 75; Tövbә: 14, 29. İslam alimlәrinә görә qәnimәt ­ mәğlub olmuş kafirlәrdәn zәbt edilәn silah­sursat, mal­mülk, heyvanat vә kölәlәrdir. Quranda gәnimәtlә bağlı on ayә var: Nisa: 94; Әnfal: 1, 41, 69; Әhzab: 19, 50; Fәth: 15, 19; Mumtәhinә: 11. Müsәlmanlaşdırma prosesindә mәğlub tәrәfin hәr şeyi, qәlәbә qazanmış müsәlmanlara "halal" edilirdi: "Kafirlәrin yalnız qanları deyil, malları, mülklәri dә halaldı." (T. Dursun, Tabu can çekişiyor Din bu 1, s. 56). Onların qadınları isә cariyәyә çevrilib әsgәrlәr arasında bölüşdürülürdü. Belәliklә, savaşlar nәticәsindә әldә edilәn qadın qәnimәtlәri cariyә (qul qadın, kәniz) kimi hәm satmaq, hәm cinsi münasibәtdә bulunmaq, әn yaxşı halda isә onlarla evlәnmәk olardı. (Cariyәlәrlә evlәnmә maddi baxımdan evlәnmәyә imkanı olmayanlar vә zinadan qorxanlar üçün çıxış yoludur.) Bütün bu halların heç birindә cariyәnin fikri, istәyi arzusu, iradәsi, duyğusu nәinki nәzәrә alınırdı, bu, heç ağla belә gәtirilmirdi. Tәcavüzdә olduğu kimi... Qәdim türklәrdә savaşlarda iştirak edәn, hәtta әrә gedәcәyi adamla döyüşәn vә mәğlub olacağı tәqdirdә onunla evlәnәn qadın tiplәrinә tәkcә nağıl vә dastanlarda obraz kimi deyil, tarixi fakt kimi dә rast gәlirik. Yaxın vә Orta Şәrqdә, Yunanıstanda, Anadoluda, Romada bir çox savaş vә zәfәr tanrılarının qadın cinsindә tәsәvvür edilmәsi (İnanna, İştar, Afina, Bellona, Ma, Viktoriya, Nike vә b.) dә bir gündә yaranmış, gәlişigözәl hadisә deyil. Amazon qadınlarından isә heç danışmıram. (Arxeolog Dr. Jeannine Davis Kimball Amazonların mif qәhrәmanı deyil, tarixi gerçәklik olduğunu sübut etmişdir). Belәliklә, bir zamanlar mifoloji, fiziki qәhrәmanı kimi savaşın tәrkib hissәsi olan qadın, kişi hegemoniyasının tәsiri ilә savaş qәnimәtlәri içәrisindә әn öndә olan nәsnәyә çevrildi. Quranda dünyanın kişilәr üçün hәzz verәn maddi nemәtlәri içәrisindә qadın әvvәldә gәlir: “Qadınlar, oğullar, qızıl­gümüş yığınları, yaxşı cins atlar, mal- qara vә әkin yerlәri kimi nәfsin istәdiyi vә arzuladığı şeylәr insanlara gözәl göstәrilmişdir. (Lakin bütün) bunlar dünya hәyatının keçici zövqüdür, gözәl dönüş yeri isә Allah yanındadır” (Әli­imran, 14). Tәcavüz vә zinanın fәrqi Bilindiyi kimi, müharibәlәrin tәzә yarandığı dövrlәrdә әsirlәri öldürürdülәr, sonralar qalib tәrәf, mәğlub olanları "danışan heyvan" (Aristotel) kimi, sağ saxlamağın daha sәrfәli olduğunu gördülәr. Belәliklә, qadın cinsindә olan qullar cariyә kimi öz ağalarına "hәrtәrәfli" xidmәt göstәrmәyә mәcbur edildilәr. Nisa surәsinin 25­ci ayәsindә deyilir ki, "sizdәn azad qadınla evlәnmәyә gücü çatmayan kәs, sahib olduğu mömin cariyәlәrdәn alsın... bu (kәnizlәrlә evlәnmәk), zina etmәkdәn qorxanlarınız üçündür...". Zinanın cәzasını ölümә qәdәr yüksәldәn dinimiz, bunun qarşısını almaq üçün kasıb kişilәrә öz kәnizi ilә evlәnmәyi mәslәht görür. Quranda zina ilә bağlı hәm xabәrdarlıq ("Zinaya da yaxın düşmәyin. Çünki o, çox çirkin bir әmәl vә pis bir yoldur!" İsra :32), hәm dә cәza var ("Zinakar kişiyә vә zinakar qadına yüz çubuq vurun." Nur: 2) Hansı ki, zinanın tәcavüzdәn bir müsbәt tәrәfi var, bayaq deyildiyi kimi, zina edәn qadın zina edәn kişi kimi bunu könüllü edir, kәnizlә evlәnmәdә isә kәnizin rәyi nәzәrә alınmır, qulun nә haqqı var ki, ağasına etiraz da elәsin! Bir tәrәfli olsa da, әsas ağanın istәyidir. Amma tәcavüz dә birtәrәflidir. Tәcavüzün zinadan fәrqi budur ki, zina qadının razılığı ilә gerçәklәşir, tәcavüzdә isә qadın tam bir әşya, alәt yerinә qoyularaq onun istәyinin әksinә cinsi yaxınlığa mәcbur edilir. Bu gün ülәmalarımız tәrәfindәn zinanın pislәnmәsi, siqaret reklamında nәhәng, yaraşıqlı, adamçağıran siqaret plakatının altındakı, kiçik hәrflәrlә yazıldığına görә diqqәti çәkmәyәn, "xala xәtrin qalmasın" üslubunda "siqaret çәkmәk sizin sәhhәtinizә ziyandır" cümlәsinә bәnzәyir. Bu urvatsız vә әhәmiyyәtsizlәşmiş cümlә eyni zamanda iri siqaret qutularının üzәrindә dә aşağı hissәdә oxunmaz dәrәcәdә kiçiklikdә yazılmaqdadır. Bu cümlә, hәr gün siqaret alan milyonlarla alıcıların siqaret çәkmәyinә mane olurmu? Әlbәttә yox! Siqaret tәlәbi yaradıb, onun tәklifi vә tәbliğiylә müqayisәdә bu xәbәrdarlıq nә qәdәr cılızdırsa, qadını seksual nәsnә vә әşya kimi tәqdim edәn bu dini görüşdә dә zina xәbәrdarlığı o qәdәr diqqәtәalınmaz vә cılızdır. Cariyәlәr haqda ayәlәr Quranda cariyәlәrin ağalarına halal edilmәsi bu ayәlәrdә verilib: "Bundan sonra (bu övrәtlәrindәn әlavә) sәnә (başqa) qadınlar halal olmaz. Bunları, gözәlliklәri xoşuna gәlsә dә, başqa qadınlarla dәyişmәk olmaz. Sahib olduğunuz cariyәlәr isә istisnadır. Allah hәr şeyә nәzarәt edәndir!" Әhzab: 52. Vә başqa bir ayә: "(Cihad vaxtı әsir olaraq) sahib olduğunuz (cariyәlәr) müstәsna olmaqla, әrli qadınları almaq Allahın yazısı (hökmü) ilә sizә (haram edildi)." Nisa: 24 Digәr bir ayәdә isә deyilir: "Ey Peyğәmbәr! Mehirlәrini verdiyin zövcәlәrini, Allahın sәnә qәnimәt olaraq (!) verdiyi cariyәlәri, sәninlә birlikdә hicrәt edәn әmin qızlarını, xalan qızlarını, dayın qızlarını, bibin qızlarını (!) ... almağı sәnә halal elәmişik." (Ahzab, 50). Bu ayәdә "Allahın sәnә qәnimәt olaraq verdiyi cariyәlәr" nә demәkdir? Dünyada kimsә qul, yaxud cariyә olaraq doğulmur, bir insanın qula, ya da cariyәyә çevrilmәsi müharibәlәrin yaratdığı әn eybәcәr sosial hadisәlәrdәn biridir. ("Biri idi" әvәzinә "biridir" yazmağımın sәbәbi islam ölkәlәrindә gedәn müharibәlәrdә bu ayәlәrin hәlә dә hәyata keçirilmәsini görmәyimizdir). İslam tarixçilәrinin yazdıqlarından mәlum olur ki, Mәhәmmәd peyğәmbәrin savaş qәnimәtlәri içәrisindәn seçdiyi bir neçә zövcәsi olub: Safiyyә, Çüveyriyyә, Reyhanә, Mariya (Mariyadan peyğәmbәrin bir oğlu olmuş, ama körpә doğumdan müәyyәn bir müddәt sonra ölmüşdür.) "Xoşunuza gәlәn qadınlarla..." Quranda "Qadınlar sizin tarlanızdır, ora istәdiyiniz vaxt girin" (Bәqәrә, 223) ayәsi kişilәrin şüur altına hansı mesajı göndәrir? "Ora istәdiyiniz vaxt girin" nә demәkdir? Tәcavüzün mahiyyәti ilә bu ayәnin mahiyyәti oxşardır: Hәr ikisindә әsas olan kişinin istәyidir, biz bağçaya daxil olarkәn bağçanın razılığını soruşmadığımız kimi, kişi dә "tarlaya daxil olarkәn" "tarlanın" istәyi ilә hesablaşmaq bir yana, bunu soruşmaq heç onun ağlından belә keçmir! Tәcavüzdә dә qarşı tәrәfin razılığı nәzәrә alınmır. Tәkallahlı dinlәrin heç biri islam dini qәdәr kişilәrin cinsi istәklәrinә hesablanmayıb. Müsәlman kişilәri hәm bu dünyalarında, hәm dә o dünyalarında qadın sarıdan korluq çәkmirlәr, onlar bütün ömürlәri boyu dәfәlәrlә, hәtta müsәlman olmayan qadınlarla da evlәnә bilәrlәr, istәsәlәr müvәqqәti siğә dә edә bilәrlәr, әsas kişinin “xoşudur”: “...xoşunuza gәlәn qadınlarla iki, üç vә dördә qәdәr evlәnә bilәrsiniz...” (Nisa, 3). Yaxud “...sizdәn әvvәl kitab verilәn ümmәtlәrin azad qadınlarıyla da... nigahlanmaq bu gün sizә halaldır...( Maidә, 5)” Müsәlman qadınının sevib әrә getmәsi dә başqa bir problemlә әlaqәlidir, onun sevib seçmәk haqqı bәlkә dә var, amma bu haqqın tanınması hәmin qadının atasından, atası yoxdursa qardaşından, hәtta oğlundan asılıdır: (yetәr ki, son sözü deyәcәk bir kişi cinsinin nümayәndәsi olsun) “ ...(qadınlarla ) vәlilәrinin icazәsi ilә evlәnin...” (Nisa, 25) Müsәlman ölkәlәrindә qadının "yox" demәsi ciddiyә alınmır. Birinci ona görә ki, qız nә qәdәr "yox" deyәrsә dә, valideynlәri "hә" dedikdәn sonra hәmin "yox" ciddiliyini itirir. İkinci, hәtta valideynlәri "yox" desә belә yenә dә çarә var: Qaçırma. Qaçırıldıqdan sonra "әl dәyib" deyә bu qadın, artıq onu zorlayan adamdan başqa kimsәyә lazım deyil. Qadın şәxsiyyәt sayılmadığına görә onun fәrdiliyi, azadlığı, iradәsi, istәklәri, narazılıqları qәbul olunmur. Onun әvәzinә qәrar verirlәr, bu ölәnәdәk davam edir! Ata evindә atası, ata yoxdursa, dayısı, әmisi, onlar yoxsa, qardaşı, әrә getdikdәn sonra әri, әr öldükdә qayınları, qaynatası, onlar yoxsa oğlu! Şәriәt qaydalarına görә, evlәnmәdә olduğu kimi boşanmda da әsas qәrarı kişi verir. Yәni qadın istәsә boşana bilmәz. Boşanması üçün evlәndiyi gün, nigah zamanı bunu әrinә şәrt qoyması lazımmış. (Hansı qadın nigah zamanı әrә gedәcәyi adama "İstәdiyim zaman sәndәn boşanmaq şәrtilә sәnә әrә gәlirәm" deyir? Deyirsә, belә evlilik nә qәdәr sәmimi duyğular üzәrindә qurulur?) Әn әsası, boşanmaq istәyib dә boşana bilmәyәn qadına әrinin münasibәti tәcavüz deyil, nәdir? Yekunlaşdıraq: 1. Quranda qadına tәcavüzü qadağa edәn ayә yoxdur. 2. Tәcavüzün zinadan fәrqi budur ki, zina qadının razılığı ilә gerçәklәşir, tәcavüzdә isә qadın tam bir әşya, alәt yerinә qoyularaq onun istәyinin әksinә cinsi yaxınlığa mәcbur edilir.

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN