Azərbaycan Respublikasının milli dövlət siyasətinin əsasları

Azərbaycan Respublikasının milli dövlət siyasətinin əsasları
                                                 Giriş Azərbaycan Respublikası milli dövlət siyasətinin Əsasları (bundan sonra-Əsaslar) bütövlükdə dövlətin, digər hüquqi və fiziki şəxslərimizin – milli varlığımızın qorunması, bərpası və inkişaf etdirilməsi sahəsində aparıcı istiqamətlərini müəyyən edir. Azərbaycan Respublikasında ən qiymətli dəyər insandır. Odur ki, insana xidmətdə olmayan  gərək deyil. Azərbaycan Respublikasında yaşamaq soydaşlarımızın təbii haqqıdır. Varlığımızı (haqqımızı) qəbul etməyən, Azərbaycan Respublikasının qorunmasını özünün vəzifəsi saymayanlar Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulan və ərazisində qüvvədə olan  vətəndaş hüquqlqrına iddia edə, ondan yararlana bilməzlər.                   Əsasların  hüquqi  mənbələri.          Əsaslar,  əsas insan və vətəndaş hüquqlqrı və azadlıqlqrı haqqında Azərbaycan Milli Şurasının Azərbaycanın dövlət müstəqilliyi haqqında 1918-ci il 28 may tarixli Bəyənnaməsi, Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpa etmək haqqında Bəyənnamə barəsində Azərbaycan Respublikasının Ali Sovetinin 30 avqust 1991-ci il tarixli Qərarı, Azərbaycan Respublikasınnın dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktı, Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə nəzərdə tutulan hədəflərə çatılması üçün ölkəmizin tarixi ərazilərində və kənarda yaşayan vətəndaşlarımızın, soydaşlarıımızın tarixi vətənləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir, onların ölkə daxilində və xaricdə özəl haqlarının qorunması, bərpası və inkişaf etdirilməsinin təmin edilməsini, onların təşkilatlanmasına qanuni vasitələrlə yardım etməklə dəstək verilməsini nəzərdə tutur.          Əsaslar, nəzərdə tutduğu hədəflərə çatmaqda , həmçinin BMT-nin Baş Məclisi tərəfindən 1948-ci il dekabrın 10-da qəbul olunmuş “Ümumdünya İnsan Hüquqları Bəyənnaməsi”, Avropa Şurasının 4 noyabr 1950-ci il tarixdə qəbul etdiyi ”İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında  Konvensiyası” və İslam Konfransı Təşkilatının 19 sentyabr 1981-ci il tarixli “İnsan Hüquqlarının Ümumislam Bəyənnaməsi”nə söykənir.          Azərbaycan xalqının hüquqlarının qoruyucusu - özünün demokratik əsaslarla qurduğu  milli dövlətidir. Milli demokratik dövlət - azərbaycan xalqının rifahını təmin edə biləcək ən böyük tarixi nailiyyətidir.             Azərbaycan Respublikası milli dövlət siyasətinin prinsipləri. Əsaslar, ölkəmizin tarixi ərazisində və dünyada vətəndaşlarımızin, soydaşlarımızın milli və beynəlxalq hüquqla təsbit olunmuş insan və vətəndaş hüquqlqrının təminatına, bərpasına və inkişafına xidmət edir.          Azərbaycan Respublikasında və dünyada vətəndaşlarımızın, soydaşlarımızın insan və vətəndaş hüquqlarının qorunması, təminatı, toplumlararası vaxtaşırı mədəni əlaqələr milli təhlükəsizliyimizin tərkib hissəsi kimi dövlətimiz üçün həmişə üstün məsələ sayılmalıdır. Bu, yaxın qonşularla münaqişəsiz yaşamağın, ən vacib şərtlərindən biridir. Azərbaycan xalqı, öz hakimiyyəti simasında sonuncu Respublikasını qurmaqla özünün tarixi ərazisində bərpa, İstiqlal Bəyənnaməsini elan, Əsas qanununu qəbul etməklə özünün dövlətçilik dəyərlərinə, insan və vətəndaş hüquqlarına nə qədər sayğılı, sadiq olduğunu təsdiqləmiş oldu. Əsaslar, bütün rənglərdən olan imperialistlərin hər cür pərdələnmiş ad altında bizi özündən asılı hala salmaq, iqtisadi, siyasi, mənəvi və hərbi basqıya məruz qoymaqla, maddi və mənəvi sərvətlərimizi ustufca qamarlamaqla, varlığımızı öz içində əritməklə yox etmək istəkləri qarşısında keçilməz sədd olacaq  “Milli olmayan, bəşəri deyil” yanaşmasını (tutarqasını) əsas tutmaqla onların hər cür təcavüzünü heçə endirmiş olur. Milli məsələlərin çözülməsində üstünlük bir qayda olaraq - qarşılıqlı anlaşmaya verilməlidir. Hərb, yalnız haqqı aşkar tapdananların sonuncu, təbii haqqıdır. Sabiq Sovet Sosialist Respublikalar İttifaqı məkanında yaranan milli dövlətlərdən ilk və yeganə olaraq məhz bizdə “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli, 830 saylı fərmanı verimişdir ki, bu da dövlətimizin, ölkəmizin azsaylı xalqlarına doğma münasibətin göstəricisi sayılmalıdır. Azərbaycan Respublikası milli dövlət siyasətinin  məqsədi   və          vəzifələri.          Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası ərazisinin doğma xalqlarının iradəsi ziddinə baş vermiş işğalın mənfi nəticələrini rədd etməklə öz tarixi ərazilərinə təbii haqqını bərpa etmişdir. Bu baxımdan Əsaslar, həm də Azərbaycan Respublikası öz tarixi ərazilərinə təbii haqqını fakta çevirmək yönündə dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin öz fəaliyyətlərində, əsas tutmalı, nəzərə almalı olduqları nəzəri, strateji və  taktiki hazırlıq, təməl sənədidir.          Azərbaycan xalqlının müqəddəs ocaq kimi yurd yeri, vətən bildiyi tarixi ərazilərindən başqa yerlərdə gözü olmadığı kimi, öz halal torpaqlarını da göz bəbəyi kimi qoruyacaqdır.          Əsaslar, ölkəmizdə və dünyada təbii, tarixi zəruri qaydada məskunlaşmış əsrlərcə birgə yaşamış, mənən qovuşmuş, Azərbaycanı sevən, onu özünə ümidgah, vətən sayan, dilindən, dinindən, cinsindən, irqindən asılı olmayaraq  bütün insanları – doğma Azərbaycan xalqlarının dəyərli özəlliklərini qorumağa, bərpa etməyə, inkişaf etdirməyə xidmət edir                  Bu gün hüquqi təminatında yaşadığlmlz Respublikamız 20-ci əsrin başlanğıcında şərqdə ilk demokratik dövlətin -  Azərbaycan Xalq Cühuriyyətinin qurucuları olan aydınlarımızın çox çətinliklə formalaşdırdıqları azərbaycançılıq ideologiyasının məntiqi sonucudur. Məhz, bu ideologiyanın əsasında dövlət quruluşumuzun təməl prinsipləri, yaşam tərzimizi müəyyən edən əsas qanunlarımız – Konstitusiyamız qəbul edilmişdir. Deməli, milli ideologoya dedikdə, əsas qanunlarımızı göz önünə gətirmək, dünyada öncül olmaq üçün əsas qanunlarlmlzl mükəmməlləşdirmək  və onların düzgün tətbiqinə çalışmaq, ölkədə idarəçiliyi inkişaf etdirmək başa düşülməlidir. Bu, Əsasların hədəflərindən biridir.          Bu sənəd, dövlətimizin, tarixi ərazilərimizdə bərpa və inkişaf etdirməli olduğu dövlətçilik dəyərləri sırasında insan faktorunun üstün təminatı üçün əsasdır. Vətəndaşlarıımızın rifahının, insan faktorunun üstün, daha dolğun təminatı inkişaf etmiş ətraf və dünya xalqlarının qibtəedici diqqətini qazanacaq qədər cəlbedici qurulmalıdır. Belə ki, biz, yalnız yaxşı nümunə olmaqla milli dövlət siyasətini uğurla yürüdə, milli ideologiyamızı ifadə etməli olan Konstitusiyamızdakı hədəflərimizə çata bilərik. Biz yaşamda ən yaxşıya iddialıyıq ona görə ki, buna, həm insani, həm maddi potensialımız yetərincədir. Bu da bizə ən yaxşı yaşamalı olduğumuza haqq verir. İşimizi yaxşı qurarıqsa, vətəndaşlarımız arasında sözün həqiqi mənasında həmrəylik yaradarıqsa, buna asanlıqla nail ola bilərik.          Azərbaycan Respublikası, vətəndaşlarının digər dövlətlərin ərazisində yaşayan soydaşları ilə sərbəst əlaqə saxlama hüququnu təmin edir.               Azərbaycan Respublikası milli dövlət siyasətinin əsas                                                istiqamətləri.          Azərbaycan xalqı, ölkəmizdəki ətlə dırnaq qədər qovuşmuş doğma xalqçılığın, millətçiliyin qarşılıqlı sayğıya, bəşəri dəyərlərə söykənən, biri digərini mənən tamamlayan, qoruyan özəl toplusu kimi insanın azad yaşam haqqına təminat verən çağdaş, dünyəvi, demokratik, vahid və daha cilalanmış hüquqi dövlət qurmaqda qərarlıdır.          Azərbaycan Respublikası xaricdə yaşayan vətəndaşlarımızın, soydaşlarımızın tarixi vətəni kimi onlara beynəlxalq hüquqi aktlarda və yaşadıqları ölkənin qanunvericiyiyində nəzərdə tutulan hüquqlqrının təmin olunması, dil, din, mədəniyyət abidələrinin, milli adət, ən”ənələrin və digər özəlliklərinin qorunub saxlanılması və onlardan istifadə üçün qanunla qadağan olunmayan bütün mümkün vasitələrlə yardım edir.          Azərbaycan Respublikası, tarixi torpaqlarından qovulmuş soydaşlarının öz yurduna dönmələri üçün bütün imkanlardan istifadə hüququnu özündə saxlamaqla, bu dövləti cinayət aktlarını ilk fürsətdəcə, ardıcıl olaraq bütün beynəlxalq kürsülərdən səsləndirməklə dünya xalqlarını bu azğınlıqlarla tanış edir.          Azərbaycan Respublikası bütün dünya xalqlarına bəyan edir ki, türklərin, müsəlmanların, soydaşlarımızın heç bir zərurət olmadan tarixi vətənləri İrəvan xanlığı ərazisindən, yəni keçmiş Ermənistan Sovet Sosialist Respublikasından, Azərbaycan Sovet Sosialist Respublikasına zorla köçürülmələri, yəni deportasiya olunmaları barədə keçmiş  Sovet Sosialist Respublikalar İttifaqının Nazirlər Sovetinin 23.12.1947-ci il tarixli, 4083 saylı və 10.03.1948-ci il tarixli, 754 saylı qərarları “Ümumdünya İnsan Hüquqları Bəyənnaməsi”nin 3-cü (Hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.), 9-cu (Heç kəsi əsassız şəkildə həbs etmək, tutmaq, yaxud sürgün etmək olmaz.), 17-ci maddəsinin 2-ci bəndinə (Heç kimi əsassız yerə öz əmlakından məhrum etmək olmaz.) zidd olaraq verilmiş və 1948-1953-cü illərdə amansızcasına icra edilmişdir.                      Azərbaycan Respublikası milli dövlət siyasətinin                                                icra  mexanizmi.          Azərbaycan Respublikasını özünə vətən sayan hər bir köklü (aborigen) millət, xalq, etnik qrup qanundan kənar olmayan özəlliyini yaşatmaqda, qorumaqda, inkişaf etdirməkdə, yaymaqda, inanca sahib olmaqda sərbəstdir və digər həmvətənləri ilə eyni hüquqa malik olmaqla dövlətin tam himayəsindədir.          Azərbaycan Respublikası, vətəndaşı olaraq öz ərazisində yaşayan millət, xalq və etnik qrupların mədəni, dil, dini, adət-ənənə, dini mərasim və ayinlərin, milli sənətkarlığın, peşəkarlıq, özfəaliyyət yaradıcılığı, xalq sənətlərinin, tarix və mədəniyyət abidələrinin qorunması, tədrisi, təlim, tərbiyəsi, bərpası, inkişaf etdirilməsi və onlardan istifadə olunmasına hər cür şərait yaratmaq, maliyyə vəsaiti ayırmaqla təminat verir.                   Azərbaycan Respublikasında milli əlamətlərə görə ayrı-seçkiliyə, milli müstəsnalığın, milli üstünlüyün bərqərar edilməsinə və milli düşmənçiliyin qızışdırılmasına yönələn, hər hansı hərəkət qanunla cəzalandırılır.          Azərbaycan Respublikasında milli azlıq təşkil edən vətəndaşların hüquq və azadlıqlarının qorunmqsı, dil və mədəniyyətlərinin inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikası Qanunu qəbul olunmalıdır. (16.09.1992-ci il tarixli, 830 saylı fərmanin tam mətni bazasında zəruri əlavələrlə qəbul olunması tövsiyə olunur.).              Azərbaycan Respublikası, 1948-1953-cü və 1989-cu illərdə türklərin, müsəlmanların, soydaşlarımızın tarixən yaşadıqları Ermənistan SSR ərazisindəki torpaqlarından heç bir zərurət olmadan kütləvi  deportasiyasının bizimçün ağlr demoqrafik nəticələrini aradan qaldırmaq üçün onların öz yurd yerlərinə dönmələrinə bütün mümkün vasitələrlə lazımi şərait yaradacaq.          Azərbaycanın quzeyinin (nidiki, Azərbaycan Respublikasının tarixi ərazisi) 1828-ci ildə çar Rusiyası, 1920-ci ildə Sovet Rusiyası tərəfindən  işğalı, ruslar və ermənilər tərəfindən tarixi İrəvan xanlığı ərazisində erməni dövləti qurulması, 1989-1994-cü illərdə Qarabağın dağlıq hissəsinin və ətrafındakı 7 rayonun rusların dəstəyi ilə ermənilər tərəfindən  işğalı sonucunda ölkəmizin ərazi, insan, sərvət və mənəvi dəyərlərinin itkiləri, barədə aparılmış tədqiqat işləri uyğun icra orqanları tərəfindən dərsliklərə salınmaqla orta və ali məktəblərdə tədris edilməlidir.          Rus işğalı sonucunda Quzey Azərbaycanın ərazi, əmlak və kütləvi insan itkilərini əks etdirən xəritələr tərtib edib vaxtaşırı olaraq beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin müzakirəsinə çıxarmaqla onları bugünkü taleyimizi şərtləndirmiş amillərlə düzgün məlumatlandırmalıyıq.          Əsaslarda nəzərdə tutulanlar fəaliyyətinə aid olan bütün uyğun dövlət hakimiyyəti, məhkəmə, prokurorluq, icra təsisatları (orqanları) və  digər ictimai təşkilatlar tərəfindən həyata keçirilir, vaxtaşırı Milli Məclisdə müzakirə olunmaqla, qiymətləndirilir.    25  noyabr 2014-cü il.   Ən üst dövlət məsulları üçün yaddaş:          Azərbaycan Respublikası, itirilmiş tarixi torpaqlarının qaytarılması üçün məxfi olaraq, ayrıca, xüsusi dövlət Proqramı hazırlamalıdır. Proqram iki – tarixi, elmi əsaslandırma, təbliğat və hərbi hissədən ibarət olmalıdır.          Azərbaycan, torpaqlarını rus işğalı altında ikən, yəni, öz xalqının iradəsi ziddinə itirdiyindən, suverenliyini bərpa etdikdən sonra tarixi əraziləri üzərində öz suveren hüquqlarını bərpa etməlidir. Belə ki, ölkəmizin rus işğalı altında olduğu dövrdə onunla bağlı yaranmış faktiki siyasi hüquqsuzluq (əsarət) vəziyyəti nəticələrinin bizimçün artıq hüquqi qüvvəsi qalmır, yoxdur və ola da bilməz. O səbəbdən ki, biz öz özgür (suveren) hüquqlarımızı bərpa etməklə barəmizdə (ölkə taleyində) yaranmış əsarət kimi mənfi nəticələri tanımamaq, qüvvədən salmaq, aradan qaldırmaq imkanı kimi təbii haqqımızı əldə etmiş oluruq və etmişik. Bu təbii hüququmuzun real təminatı isə ümummilli işimizi, milli, mənəvi borcumuzu necə təşkil edə biləcəyimizdən asılı olacaqdır. 20 noyabr 2014-cü il. Məmmədxan   Əzizxanlı. hüquqşünas. “Qanun” jurnalının 2015-ci il tarixli, 1-ci sayında dərc edilmişdir. N.S        

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN