Babək adının ana dilimizcə izahı - Ağalar Qut + PDF

Babək adının ana dilimizcə izahı - Ağalar Qut + PDF

Babəkin bütün cazibəsi – Onun susqunluğundadır. Biz isə bilmək istəyirik: Babək hansı dilcə susur? Daha doğrusu, Babəkin ana dili hansı dil olub?

 

Avropada Babək haqqında ilk elmi məqalənin (“Babək – mənşəyi və meydana gəlişi”, 1869) müəllifi Gustav L. Flügel Cavidanın Babəklə ilk görüşünü tarixi mənbədən belə tərcümə edir: “O (Cavidan – A.Q.), onun (Babəkin – A.Q.) yoxsul yaşayışına və farsca aydın olmayan ifadələrinə baxmayaraq, dərhal onda idrak kəşf etdi və onun bütün iyrəncliklərdə kəskin qavrama bacarığı olduğunu gördü” (“Alsbald entdeckte er an demselben, trotz seiner dürftigen Lage und seines undeutlichen Ausdrucks im Persischen, Verstand und fand ihn bei allem Abstossenden mit scharfem Sinne begabt”) [1, s. 540]. İndi isə fars tarixçisi Səid Nəfisinin “Babək” kitabının Ə.Azəri tərəfindən dilimizə tərcüməsində həmin cümləni oxuyaq: “O (Cavidan – A.Q.) gördü ki, Babək dili tutula-tutula danışmağına baxmayaraq, İran dilini yaxşı bilir və zirək, qanacaqlı bir adamdır” [2, s. 8]. Burada alman müəlliflə fars tarixçisinin tərcümə etdikləri tarixi mənbə bir və eynidir: Məhəmməd ibn İshaq ibn ən-Nədimin Kitab əl-Fihrist adlı əsəri. Göründüyü kimi, biz növbəti dəfə tarixi mənbənin təhrif edilməsiylə üz-üzəyik: fars tarixçisi tarixi mətnə utanmazcasına “Babək İran dilini yaxşı bilir” cümləsini yerləşdiribdir. Elə təkcə bu fakt – Babəkin fars dilində aydın danışa bilməməsi – Onun fars olması ehtimalını bəri başdan silib atmağa bəs edərdi. Görünür, Cavidan idrak və zəkasına heyran olduğu bu gənci, anasına aylıq 50 dirhəm göndərməsi müqabilində, özüylə Bəzz qalasına aparmağı təklif etməzdən qabaq, Onun farsca bilib-bilmədiyini də yoxlamaq istəyib və Onu farsca da danışdırıbdır.

 

Məqaləni PDF formasında endirmək üçün tıxlayın - PDF Download 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN