Əli Şəxaninin “region ölkələrində İran hərbi qüvvələri yoxdur” yalanı - (Araşdırma)

Əli Şəxaninin “region ölkələrində İran hərbi qüvvələri yoxdur” yalanı - (Araşdırma)

GünAz TV: İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani 7 yanvar tarixində “Qərbi Asiyada təhlükəsizlik məsələləri” üzrə keçirilmiş konfransda jurnalistlərin suallarını cavablandırarkən demişdi ki, “İranın heç bir region ölkəsində hərbi qüvvəsi yoxdur, İraq, Suriya və Yəmən xalqı özləri öz ölkələrini qoruyurdular”.

 

Şəmxaninin sözlərinə görə, İranın müharibə gedən Suriya və İraq kimi ölkələrə göndərdiyi hərbçilər yalnız “hərbi müstəşarlar” olduğundan, ölkəsinin “region ölkələrində heç bir hərbi birləşməsi yoxdur”.

 

Əli Şəxaninin sözlərinin əksinə olaraq, İran bu günə qədər “Sepah” və “Bəsic” üzvlərindən olan 6 mindən çox döyüşçünü Suriyaya göndərib. Onların əksəriyyəti isə gedən döyüşlərdə öldürülüblər. Bunda əlavə, “Sepahın Qüds Briqadası” İranda köçkün həyatı yaşayan pakistanlılar və əfqanıstanları zorla “Zeynəbbiyyun batalyonu” və “Fatimiyyun qoşunu” tərkibində Suriyada gedən döyüşlərə cəlb edib.

 

Suriya və İraqda gedən döyüşlər zamanı çəkilmiş video və fotolarda da açıq-aşkar olaraq iranlı istər yüksək rütbəli, istərsə də sıravi hərbçilərin döyüşdükləri açıq-aydın öz əksini tapır.

 

“Sepah” və İran ordusunun öz hərbçilərini bir çox hallarda “Əfqanıstan könüllüləri” kimi də təqdim edərək, bu iki ölkədə gedən döyüşlərə yollayıblar.

 

İranda öldürülən digər hərbçi isə İran Quru Qoşunlarının 45 saylı Şuştər xüsusi təyinatlı briqadasının 2-ci korpus komandanı polkovnik Müctəba Zülfüqar Nəsəbdir. O, hərbi formasının qoluna “Fatimiyyun qoşunu”nun nişanını yapışdıraraq, “Sepahın Qüds Briqadası”nın zorla Suriyaya göndərdiyi əfqanlarla birlikdə döyüşərkən Əsədin müxalifləri tərəfindən Xan Tuman bölgəsi ətrafında 2016-cı ilin mart ayında öldürülmüşdü. Müctəba Zülfüqar Nəsəb İran ordusunun Suriyada öldürülmüş ən yüksək rütbəli hərbçisi hesab edilir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN