Ermənilərin genosid mifi: tarixi faktlar nə deyir? SONUNCU HİSSƏ

Ermənilərin genosid mifi: tarixi faktlar nə deyir? SONUNCU HİSSƏ

Milli Şura sədri “erməni soyqırımı” iddiasını darmadağın etdi. YENİLƏNİB

Qarşıdan 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrin 100- cü ildönümü gəlir. Bununla əlaqədar erməni lobbisi bütün dünyada yenidən fəallaşaraq həmin hadisələri bu xalqa qarşı soyqırım kimi tanıtmağa çalışır. Türkiyə və Azərbaycanın maraqlarına qarşı olan bu təhlükə bir neçə gün qabaq Avropa Parlamentinin “erməni soyqırımını” tanıyan qətnamə qəbul etməsi ilə daha ciddi məzmun aldı.
Milli Şuranın sədri, tarixçi professor Cəmil Həsənli “erməni soyqırımı” iddiasının necə saxta olduğunu dəlillərlə sübut edən geniş məqalə hazırlayıb. Onun “Azadlıq” qəzetinə göndərdiyi məqaləni hissə-hissə təqdim edirik. Hissələr nömrələnib və ən yeni hissə ən sonda yerləşdirilib.

***

1915-ci il: ermənilərin soyqırımı mifi, yoxsa sənədlərdə gizlədilmiş türk həqiqətləri

1-ci hissə

İndi hamı tarixçilərin işənə müdaxilə edir. Bir neçə gün əvvəl əlahəzrət Papa uydurma erməni soyqırımının tanınması haqqında bəyanatla çıxış etdi. Onun ardınca Avropa Parlamenti aprelin 15-də keçirilən iclasında «erməni soyqırımını» tanıdığını bəyan edib və Avropa Birliyi ölkələrini də eyni addımı atmağa çağırıb. Üstəlik  Türkiyəni də 1915-ci il olaylarını «soyqırım» kimi tanımağa dəvət edib. Rəsmi Ankaradan eyni zamanda arxivləri açmaq tələb olunub. Qeyd edək ki, Avropa Birliyinin 23 ölkəsindən 11-i 1915-ci il olaylarını «soyqırım» kimi tanıyır. Avropa Parlamentinin qəbul etdiyi sənəddə deyilir:
1. Osmanlı İmperiyasında 1.5 milyon günahsız erməni öldürülüb. Yaşanan olaylar «soyqırımdır». İnsanlığa qarşı bütün cinayətlər və soyqırımlar qınanarkən bu olayın inkarına yöənələn hər bir təşəbbüs təəssüf doğurur.
2. 100-ci ildönümünü fürsət bilərək Türkiyə arxivlərini açmalı, keçmişi ilə üzləşməli, «erməni soyqırımını» tanımağa səy göstərməli, bununla da türk və erməni xalqları arasında uzlaşmaya yol açmalıdır.
3.  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun bu olaylardan təəssüf hissi keçirməsi və bu səpkili açıqlamaları doğru yöndə atılmış addımdır.  

Əlbəttə, cənab Ərdoğan və Davudoğlunun təəssüfü başa düşüləndir. Milli-etnik mənsubiyyətindən asılı olmayaraq əgər haqsız yerə 3-5 adam qətlə yetirilibsə ona da təəssüflənmək lazımdır. Bu bir insanlıq borcudur. Amma tarixçilərin dartışmalı olduğu bir məsələyə siyasi məzmun verib, ondan Türkiyəyə qarşı istifadə etmək də eyni dərəcədə təəssüfləndirici hadisədir. Avropa Parlamenti kimi mötəbər bir qurum qəbul etdiyi sənəddə Osmanlı İmperiyasında 1,5 milyon erməninin qətlə yetirdiyini iddia edir. Bəs Birinci dünya müharibəsi başlayanda Osmanlı İmperiyasında bu qədər erməni yaşayırdımı? Sultanın sifarişi ilə 1913-cü ilin sonu – 1914-cü ilin əvvəllərində əhali sayımı ilə məşğul olan bir Fransa təşkilatı Osmanlı imperatorluğunda mükəmməl bir əhali sayımın həyata keçirmişdi. Həmin əhali sayımının nəticələrinə görə bütün Osmanlı imperiyasında Birinci dünya müharibəsi astanasında 1, 259, 000 (Bir milyon iki yüz əlli doqquz min) erməni yaşayırdı. Belə olan halda 1,5 milyon erməni necə qırıla bilərdi? Digər tərəfdən tarixi sənədlər şəhadətlik edir ki, Şərqi Anadolunun döyüş bölgələrində yaşayan ermənilər mənsub olduğu dövlətə kütləvi şəkildə asi çıxdıqlarına görə Türkiyə hökumətinin himayəsi altında Osmanlı İmperiyasının bir yerindən başqa bir yerinə köçürülmüşdülər. Bu köçlər həkim briqadaları ilə təmin edilsələr də, ölüm-itim olmuşdu. Bu inkar edilmir. Amma “könüllü” adı altında təşkilatlanıb Şərqi Anadoluda dinc türk xalqına, müsəlman əhalisinə qarşı kütləvi qətllər, talanlar, soyğunçuluq törədən erməni silahlı başıpozuq  dəstələrinin əməlləri kimin adına yazılmalıdır?  Yəqin ki, dahi rus yazıçısı Lev Tolstoyu hər kəs tanıyır. Əsərləri bütün dillərə tərcümə edildiyindən Avropa Parlamentinin bu qərara səs vermiş üzvləri və hətta əlahəzrət Roma Papasının da böyük Tolstoyu tanımaması mümkünsüzdür. Bax Lev Nikolayeviçin qızı Aleksandra tibb bacısı kimi Qafqaz cəbhəsində xidmət edib, Qars, Ərzurum, Van və digər yerlərdə baş verənləri öz gözləri ilə görüb. Çox sonralar isə gördüyü mənzərələri xatirə kimi qələmə alıb və bu xatirələr 1979-cu ildə Kanadada nəşr edilib. Sovetlər dağılandan sonra 1992 və 2001-ci ildə həmin xatirələr iki dəfə Moskvada da nəşr edilib. (Bax: Александра Толстая. Дочь. Большевики против дочери Льва Толстого. Москва, 1992 – 2001). Kitabın 4 bölümündə (4-8-ci bölümlər) bilavasitə Qafqaz cəbhəsində, Şərqi Anadoluda müəllifin gördüyü hadisələr təsvir edilmişdir. Dinc türk əhalisinə qarşı erməni vəhşiliklərinin  canlı şahidi olmuş Aleksandra yazır: «Türklərlə ermənilər arasında düşmənçilik əsrlərlə davam edib. Hər iki  tərəfdən qəddarlıq olub, lakin burada, Vanda biz ermənilərin qeyri-insani qəddarlığını görməli olduq. Danışırdılar ki, ermənilər qadınların döşlərini kəsir, onların ayaqlarını, əllərini qanırıb qırırlar, bu qeyri insane qəddarlığın qurbanlarını mən şəxsən gördüm”.  (Bax: Александра Толстая. Дочь. Большевики против дочери Льва Толстого М., АО «Книга и бизнес», 1992, с. 54). Daha sonra Aleksandra yazır ki, “ermənilər şəhərin (Van şəhəri nəzərdə tutulur – C.H.) bütün türk məhəllələrini oda yaxıb yer üzündən sildilər, belə ki, gil-palçıqdan tikilmiş evlər çətin yandığından, hər evə ayrı-ayrılıqda od vurdular”.  Kitabda əsir yaralanmış, əsir alınmış türklərin diri-diri basdırılması haqqında dəhşətli faklar vardır. Bu dəhşətli sözlər Osmanlı İmperiyasına qarşı düşmən cəbhədə vuruşan Rus ordusunda könüllü xidmət etmiş, zadəgan ailəsindən çıxmış, əsərləri ilə bütün dünyanı cazibəsinə salmış qraf Tolstoyun  ailəsində böyümüş bir şəfqət bacısının öz gözləri ilə gördüyü dəhşətli mənzərəlrin ağırlı ifadəsi idi. Qafqaz cəbhəsində döyüşən rus ordusunun qərargah rəisi general Leonid Mitrofanoviç Bolxovitinov Qafqaz cəbəsi komandanına yazırdı ki, “rus ordusu Van rayonunu ələ keçirən zaman (7 may 1915-ci ildə - C.H.) erməni drujinaları daşı-daş üstündə qoymadılar və heç kəsə rəhm etmədilər” (Bax: General L.M.Bolxovitinovun Qafqaz canişinin hərbi məsələlər üzrə köməkçisinə raportu. 11.12.1915. //Rusiya Dövlət Hərbi Tarix Arxivi, fond 2100, siyahı 1, iş 646, vərəq 71).  Erməni təbliğatının uydurduğu 1915-ci ilin aprel-may hadisələrindən 2-3 ay əvvəl, 1915-ci ilin novruz bayramından  təxminən bir ay əvvəl, fevral ayının 19-da M. Ə. Rəsulzadə Kars və Ərdahanda ermənilərin törətdikləri vəhşiliklər haqqında  “İqbal” qəzetinin 869-cu sayında belə yazırdı: ”Bizə yetmiş xəbərlərdən anlyoruz ki, Osmanlı sərhəddində olub da, hərb meydanı təşkil edən yerlərin müsəlmanları olmazın bəlayə düçar olmuşlardır: kişilər döğranmış, arvadlar qaçırılmış, uşaqlar dağlara, meşələrə pərakəndə olmuş, vilayət bir xarabazara dönmüşdür...Qaçqınlar ac, çılpaq və möhtacdırlar, ehtiyac həddindən artıqdır...Zavallı dindaşlarımızın, bəlalı millətdaşlarımızın Kars və Ərdahan dağlarında çəkdikləri qəddarlıq və zülmlər, gördükləri fəlakət və səfalətlərin mümkün olsaydı da bütün təfsilatı ilə təsvir edə bilsəydik, o zaman qarelərimiz (oxucularımız – C.H.) qarşıdakı bayrama deyil haman matəmə hazırlanarlardı”. Bəs bu cinayətlər kimin adına yazılmalıdır? Şübhəsiz ki, öldürülmüş insanlara fərq qoymaq, erməni ölüsünü müqəddəsləşdirib, qətlə yetrilmiş türklərə, müsəlmanlara sanki bir milçək ölmüş kimi biganə münasibət bəslmək mədəniyyət hadisəsi deyildir. Papalığın Birinci dünya müharibəsində həyatını itirmiş ermənilərə “müqəddəslik” qəbzi verməsi və elə həmin vaxt erməni vəşiliklərinin qurbanı olmuş yüz minlərlə türkü yada salmaması tarixin eybəcər bir ironyasıdır. Xalqlar üçün həssas olan bu məsələlərdə birtərəfli mövqe sərgiləmək ədalət anlayışından çox uzaqdır. Əlbəttə, bu məsələdə özümüzün də səhvlərimiz az deyil. 2012-ci ildə ermənilər uydurma soyqırımın 100 illiyinə hazırlıq məqsədilə Beynəlxalq Təşkilat Komitəsi yaradanda işlərin hansı istiqamətdə gedəcəyini proqnozlaşdırmaq elə də çətin deyildi. Etiraf etmək lazımdır ki, onlar uydurulmuş soyqırım miflərini tarix donuna bürüyüb Roma Papasının dilindən səsləndirə və Avropa Parlamentinin səsverməsindən keçirə bildilər. Biz türklər gerçək hadisələri, real faktları, tarixi sənədlərin gizlinlərində yer almış 1915-ci il həqiqətlərini dünyaya çatdıra bilmədik.  Əvəzində, Azərbaycanın vəsaiti hesabına təmir edilmiş 18 min kvadrat metr sahəsi olan Müqəddəs Roma katakombalrı elə bu ilin aprelində Vatikana gələn zəvvarların üzünə açılmalıdır. Bu hamısı deyil qədim katakombalardan başqa Vatikanın Apostol Kitabxanasının bir çox əlyazmalarının bərpası və rəqəmsallaşdırılması, müqəddəs Zevsin heykəlinin bərpası, Vatikan muzeyinin sistina zalında yenidənqurma işlərinin aparılması, Romanın Kapitoli muzeyində “Filosoflar zalı”nın təmiri işlərinin hesabını Azərbaycan ödəməli olub. Lap bu günlərdə İtaliyanın "Un Mondo di Italiani" online qzəeti məlumat verdi ki, Azərbaycan hökuməti İtaliyaya arxeoloji qazıntılar üçün söz verdiyi 1 milyon evronun hesabına qazıntı işləri başlanmışdır. Bu qazıntılar Romanın I əsrə aid arxeoloji abidələrinin üzə çıxarılması və öyrənilməsinə sərf ediləcək. Vatikanın təmiratına xərclənmiş milyonlarla evro həcmində olan bu vəsaitin hər manatına Azərbaycan xalqının böyük ehtiyacı var. Qarqabağda canını fəda etmiş 13 500 şəhid ailəsi illərdir ki, onlara çatacaq sosial sığortasını ala bilmir. Azərbaycanın bir sıra rayonlarında  ön minlərlə şagird hələ də vaqon siniflərdə, hər an uçmaq təhlükəsi altında olan mal pəyəsindən o qədər də fərqlənməyən qəzalı dam-daşda dərs keçir. Akademiyanın arxeologiya institutu dağılıb gedən abidələrdə qazıntı işləri aparmaq arzusu ilə 5 min manat üçün lalan gedir, ölkənin arxeoloqları vur-tut 200 manat ətrafında aylıq donluğa xidmət edir. Ehtiyac içərisində olan millətin milyonlarla vəsaiti isə  müqəddəs Zevsin heykəlinin bərpasına,  Roma arxeoloji abidələrinin üzə çıxarılmasına sərf edilir. Nəticəsi isə göz qabağındadır. Ona görə də bu gün saxta erməni soyqırımını tanıyan Vatikan, sabah qondarma Dağlıq Qarabağ respublikasını tanısa buna təəccüblənmək  lazım deyil. Bu bədxərcliyin bədəlini bu gün Türkiyə ödəyirsə, sabah onun siyasi hesabının Azərbaycana kəsiləcəyi istisna edilmir. Əslində, qondarma erməni soyqırımının tanınması tarixilik baxımından Türkiyəyə qarşı yönəlibsə, günümüzün siyasəti baxımından Azərbaycana qarşı yönəlib. Uydurulmuş soyqırımı tanımaqda və tanıtdırmaqda başlıca məqsədlərdən biri Azərbaycanın ərazilərini tutmuş işğalçı erməniyə tarixi rakusda məzlum, kəsilmiş, qətl edilmiş erməni görkəmi vermək və bununla da Azərbaycanın ərazilərinin işğal edilməsini dünyaya həzm etdirməkdir. Serbiyada “Müqəddəs Petka” kilsəsini təmir edirik, Belqradda park açırıq, amma həmin ölkədə Azərbaycan idmançısının qələbəsi erməni himni ilə qeyd edilir. Bütün işlərimiz bax belə baş-ayaqdır.  

Biz məsələlrin sadə həllini tapmağa öyrəncəli olmuşuq. Sistemli, milli maraqlara hesablanmış iş qurmaq əvəzinə, ancaq rüşvət vermək, park təmir etmək, müqəddəs Zevsin heykəlinin bərpa etmək üzərində qurulmuş siyasətimiz uğursuzluğa düçar olanda başlayırıq qışqırmağa ki, avropalılar xristiandır və ona görə də erməniləri müdafiə edirlər. Bəs 1992-ci ildən başlayaraq minlərlə xristian avropalı canını fəda etdi ki, milli-etnik, dini qırğınlar girdabına yuvarlanmış Bosniyada müsəlman dövləti qursunlar.  Buna sözünüz nədir, harada qaldı avropalıların xristian təəssübkeşliyi. Avropanın mərkəzində yox olmaq təhlükəsi ilə üzləşmiş din qardaşlarınız üçün dövlət qurdular. Normal iş qurmaq, həqiqətləri dünyaya çıxarmaq,  gerçək tarixi ortaya qoymaq əvəzinə mənasız qara-qışqırıq ilə məşğuluq. Dəbdəbəli forumlara, bir axşamlıq ziyafətlərə uf demədən yarım milyonun hesabını ödəyənlər etimadlı nəşriyyatlarda milli maraqları əks etdirən bir kitab nəşr etdirib beynəlxalq kataloqlarda yerləşdirməyə can çəkirlər.

Biz 3-4 ildir haray salırıq, yazırıq, deyirik, yalvarırıq ki, ay qardaşlar  qarşıdan uydurma erməni soyqırımının 100 illiyi gəlir, onlar bu işə ümumdünya xarakteri verirlər, ciddi hazırlıq işləri görürlər, bunun bir zırıltısı olacaq. Bu işlərin sadəcə seyrçisinə çevrilib oturub gözləmək olmaz ki, başımıza nə gələcək. İndi dünyaya çıxış imkanlarımız çoxalıb. Ermənilərin birtərəfli qaydada dünyanı aldatmaq imkanları daralıb. Hansı normal kitabı hazırladıq ki, Qərb nəşriyyatları onu nəşr etmədi. Hər bir siyasəti alt yapısı olmalıdır. İctimai rəyi formalaşdırmağın yolu dəbdəbəli ziyafətlərdən deyil, kütləvi məlmatlanmaya yönəlmiş çap materiallarından, sənədli filmlərdən, bədii nəşrlərdən keçir. Ən yüksək səviyyədə görüşlərimiz, müzakirələrimiz olsa da, təəssüf ki,  Türkiyədə  bu işə əməli xarakter vermədilər. Siyasi korluq girdabına yuvarlanmış Azərbaycandan isə danışmağa dəyməz. Elə həmin milli ağrılarımızdan biri ilə bağlı (“1990-cı ilin 20 yanvar faciəsi və Sovet İttifaqının dağılma prosesi”) ötən ilin payızında Vyana Diplomatik Akamediyasının keçirdiyi beynəlxalq konfransa dəvət almışdım. Akademiya etika xətrinə bu məlumatı Avstriyadakı Azərbaycan səfirliyinə bildirdikdə. Səfirlik Bakı ilə məsləhətləşdikdən sonra konfransın təşkilatçılarına məktub yazmışdı ki, Siz Cəmil Həsənlini nahaq konfransa dəvət edirsiniz, o, artıq elmlə məşğul olmur və bizə desəydiniz, biz Sizə daha mötəbər alim təklif edərdik. Konfrans zamanı təşkilatçılar səfirliyin bu məktubunu gətirib qoydular mənim qarşıma və onunla tanış olduqdan sonra əhəmiyyətsiz bir şey kimi həmin kağız parçasını yaxındakı zibil qutusuna tulladım. Belə mənasız işlərlə məşğul olanlar utanıb-qızarmadan dünyadan hələ bir ədalət də gözləyirlər.

Uydurma erməni soyqırımı iddialarını dəf etmək üçün Azərbaycan olaraq müstəsna imkanlarımız var idi. Məlum səbəblərdən türk tarixçilərinin böyük əksəriyyəti rus dilini bilmirlər. Azərbaycan tarixçiləri isə bu işi bacara bilərdilər. Söhbət Qafqaz cəbhəsində istinad edilən 1915-ci il sənədlərinin dövriyyəyə gətirilməsindən gedirdi. Peşəkar bir tarixçi olaraq əminliklə deyirəm ki, soyqırım iddialarının inkarı, Şərqi Anadoluda 1915-ci ilin gerçək həqiqətlərinin ortaya qoyulması, türklərə qarşı törədilən erməni vəhşiliklərin tam mənzərəsi Rusiya Dövlət Hərbi Tarix Arxivinin, Rusiya Xarici Siyasət Arxivinin, Rusiya Dövlət Arxivinin çox nadir fondlarının keçir. Niyə? Birincisi dünya Osmanlı Arxiv materiallarını tərəfli hesab edib ona inanmaq istəmir. İkincisi, ermənilərin soyqırım iddialarının ilkin mənbəsi sayılan  İstanbuldakı Amerika səfiri Henri Morgentaunun “Hekayələri” bilavasitə ermənilərin  gizli məlumatları əsasında yazılıb. Üçüncüsü və ən başlıcası isə ruslar 1915-ci il hadisələrinin bilavasitə içində idilər. Onlar hadisələri öz gözləri ilə görür, baş vermiş faciələr, xüsusilə türklərin ermənilər tərəfindən qətl edilməsi, ermənilərin içində olduğu Osmanlı dövlətinə qarşı qiyam qaldırmağa təhrik edilməsi haqqında Petroqrada yüzlərlə gizli raportlar göndərirdilər. Müharibə dövrünə uyğun olaraq qafqazdakı rus hərbi senzurası müxtəlif Avropa ölkələri və Amerikadan türklərə qarşı vuruşmağa gələn erməni “könüllülərin” erməni dilində öz yaxınlarına və üzvü olduğu siyasi qurumlara yazdıqları məktubları ələ keçirib onları rus dilinə tərcümə edir və paytaxt Petroqrada göndərirdilər. Həmin məktublarda nə baş verdiyi, kimin kimi qətl etdiyi, kimin soyqırıma məruz qaldığı çox qabarıq şəkildə əks olunub. Rus zabitlərinin, diplomatlarının, xüsusi xidmət işçilərinin Qafqaz cəbhəsindən verdiyi bu məlumatlar çox böyük gizlinlərə aydınlıq gətirir. Bu sənədlərin etimadlılıq əmsalı çox yüksəkdir. Nə üçün? Birincisi, ruslar bilavasitə hadisələrin qaynar nöqtəsində idilər, Morgentau kimi İstanbulda oturub hansısa bir ermənidən xəbər gözləmirdilər. İkincisi, Rusiya həmin vaxt düşmən dövlət olaraq Osmanlı imperatorluğuna qarşı vuruşurdu. Üçüncüsü isə dini baxımdan ruslar xristian idilər və onların türk-müsəlmanların haqqında verdikləri məlumatlar əslində qərəzli olmalı idi. Düzdür 1915-ci il hadisələri haqqında qərəzli məlumatlar da çox verilib, amma erməni drujinalrının türklərə qarşı törətdiyi qətl və talanlar da bu gizli məlumatlarda əks olunub. İndi görək bu sənədlər hansı həqiqətləri ortaya qoyurdu.                 

***

1914-cü ilin yayında Birinci dünya müharibəsi başlandı. Qısa bir müddət müharibə alovu Yaxın Şərq və Qafqaz regionunu da bürüdü. Artıq 1914-cü ilin sentyabr ayının 16-da Rusiyanın İstanbuldakı səfiri Mixail Qirs Peterburqa göndrdiyi gizli teleqramda yazırdı ki, «görünür Türkiyə ilə müharibə qaçılmazdır». Bu məlumatı alan kimi ondan bir gün sonra sentyabr ayının 17-də çar II Nikolayın erməni xalqına Bəyannaməsi elan edildi. Orada göstərilirdi ki, rus xalqı böyük iftixar hissi ilə özünün şanlı erməni övladlarını xatırlayır. Ermənilərin bir əsr boyunca rus hakimiyyətinə sədaqətlə xidmət etdiyinə toxunan çar bundan sonra həmin xidmətin rus ordusunun və həqiqətin qələbəsində mühüm rol oynayacağına əmin olmaq istəyirdi. Bəyannamənin sonunda II Nikolay ermənilərə vəd edirək deyirdi: “nəhayət ki, siz azadlığın və ədalətin ləzzətini anlayacaqsınız”. Çarın bəyannaməsindən dərhal sonra Rus ordusunun Qafqaz cəbhəsinin göstərişi ilə 1914-cü ilin oktyabr ayının sonunda Türkiyə ermənilərinə müraciətin gizli layihəsi hazırlandı. Gizli müraciətdə Eçmiədzində təşkil olunan erməni drujinaları Türkiyə ərazilərinə girəcəkləri halda “qüdrətli Rusiya hökmdarının torpaqlarında erməni xalqına altı erməni vilayətində və onunla sıx bağlı olan Kilikiyada Böyük Rusiyanın güclü himayəsi altında muxtar Ermənistan yaratmağa təminat verilirdi”. Əslində, çar II Nikolayın müraciəti və bu gizli vədlərlə Şərqi Anadoluda ermənilərin törətdiyi qanlı əməllərə start verildi. Hər şey burdan başladı…

***

2-ci hissə

1914-ci ilin ikinci yarısında dünya müharibəsinin başlanmasına ermənilər özlərinin milli ideallarını gerçəkləşdirmə məqamı kimi baxırdılar. İndi artıq onlar Trabzondan Kilikiyaya, Angoradan Urmiyaya qədər ərazilərə iddialı olduqlarını gizlətmirdilər. Bu iddianı gerçəkləşdirmək üçün 1914-cü ilin sentyabr ayında könüllü erməni drujinalarına çağırş elan edildi. Çağırışa səs verənlərin çoxu Türkiyə erməniləri idi, lakin bununla yanaşı Cənubi və Şimalı Qafqaz, Rostov və Don üzərindən, Naxçıvan, Krım, Bessarabiya, Zakaspi və Türkistan, Rumıniya, Bolqarıstan, Misir və hətta uzaq Amerikadan vəcdə gəlmiş erməni gəncləri Tiflisə axışmağa başladılar.

Müharibə başlayan kimi Qafqaz ordusu qərargahının rəhbərliyi noyabr ayının 20-də erməni nümayəndəliyinin ordu komandanlığının yanına gəldiyini və ruslara itaət göstərəcəklərini izhar etdiklərini bildirirdi. General Leonid Bolxovitinov 1914-cü ilin oktyabr ayının 5-də Qafqaz ordusunun təchizat idarəsinin rəisinə verdiyi göstərişdə bildirirdi ki, “Eçmiədzin monastrını silahlandırmaq üçün Qafqaz ordusunun baş komandanı “Mandixera” markalı 120 tüfəngin və hər tüfəngə 200 patron verilməsini əmr etmişdir. Tüfəng və hərbi sursat Tiflis şəhəri, Qriboedov küçəsi 23-də yaşayan məhkəmə andlı iclasçısı Samson Stepanoviç Artyunov vasitəsi ilə çatdırılacaqdır. Ona təklif edilmişdir ki, bu məsələ ilə bağlı Sizin yanınıza gəlsin” (Bax: General Leonid Bolxovitinovun Qafqaz Ordusu təchizat idarəsinin rəisinə gizli məktubu. 05.10.1914. // RDHTA, f.2100, s.1. i.729, v. 3).

Elə həmin tarixdə Bolxovitinov qərargah rəisinə məlumatında bildirirdi ki, “bütün ermənilərin katalikosu uyğun bildiyi adamlara paylamaq üçün onun sərəncamına patronla yanaşı 250 tüfəng verilməsini xahiş etmişdir”. Qafqaz ordusunun qərargah rəisi general Nikolay Yudeniç bu məlumatın üzərinə “icazə verirəm” dərkənarını qoymuşdu. Bu silahlar Tiflisin şəhər rəisi Aleksandr Xatisov vasitəsi ilə katalikosa çatdırılmalı idi. Belə gizli yollarla, müharibənin ilk aylarında yalnız Aleksandropol ( Gümrü) qəzasının ermənilər yaşayan 45 kəndinə (siyahıda qeyd olunan kəndlərin çoxunun adı türk toponimləridir) 1200 “berdana” sistemli tüfəng və 24 min patron paylanmışdı.
Rusiya yalnız Güney Qafqazda yaşayan ermənilərin deyil, Türkiyədə yaşayan və Osmanlı vətəndaşları olan ermənilərin də silahlandırılmaq qayğısına qalırdı. Qafqaz canişini İllarion Vorontsov-Daşkov 1915-ci ilin fevral ayının 6-da Rusiya Xarici İşlər Nazirliyinə göndərdiyi gizli  teleqramda yazırdı ki, “hazırda Qafqaz ordusunun qərargahına Zeytun ermənilərinin nümayəndələri gəlmişdir. Onlar bəyan etdilər ki, 15 minə yaxın erməni Türkiyəyə hücum etməyə hazırdır. Lakin silah və sursatları yoxdur. Zeytun vilayətinin Türk-Ərzurum ordu qruplaşmasına yaxın olması nəzərə alınsa, zəruri həcmdə tüfəng və patronun Aleksandrettaya (Hataya) çatdırılması məqsədəuyğundur. Orada silah ermənilər tərəfindən götürüləcəkdir. Nəzərə alsaq ki, Zeytun ermənilərinin türklərə hücum etməsi fransız və ingilislər üçün də faydalı olacaq, silahın bilavasitə bizim tərəfimizdən verilməsinin mümkünsüzlüyünü və bu məsələnin tələsik yerinə yetirilməsinin vacibliyini nəzərə alaraq mən hesab edirəm ki, fransız və ya ingilis silah və sursatının, fransız və ya ingilis gəmiləri ilə Aleksandrettaya çatdırılması barədə fransız və ingilis hökumətləri ilə əlaqəyə girmək zəruridir” (Bax: Qafqaz canişini İllarion Vorontsov-Daşkovun Rusiya Xarici İşlər Nazirliyinə teleqramı. 06.02.1914. // RDHTA, f.2100,s.1. i.558, v. 172). Canişinin bu teleqramından sonra Rusiya Xarici İşlər Nazirliyi dərhal fəaliyyətə keçdi və bu istiqamətdə Londondakı rus səfiri Aleksandr Benkendorfa və Parisdəki səfir Aleksandr İzvolskiyə  Zeytun ermənilərinə silah çatdırılmasının mümkün yollarını araşdırmaq barədə təlimat verdi. Zeytun ermənilərini Türkiyəyə qarşı qaldırmaq üçün Amerika ermənilərindən ibarət könüllü dəstə yaratmaq məqsədilə türk cəbhəsindəki erməni drujinalarından birinin rəhbəri Artyom Qasparyan 1915-ci ilin ortalarında Tiflisdən Birləşmiş Ştatlara yollanmışdı. Lakin Avropadan Amerikaya gedən su yollarına Alman gəmiləri nəzarət etdiyindən o, geri qayıtmalı olmuşdu. Tiflis qubernatoruna yazdığı məktubda Qasparyan bildirirdi ki, “İngiltərə hökuməti Zeytunda ermənilərin üsyan hazırlanmasına öz razılığını verdi”.

Qafqaz cəbhəsi üçün “könüllü” toplanışının əsas təşkilatçısı müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni kilsələri idi. 1915-ci ilin avqust ayının 29-da Qahirədə olan Rusiya diplomatik nümayəndəsi Tiflisə göndərdiyi gizli teleqramda yazırdı ki, “Misirdə yaşayan bir sıra Türkiyə təbəəsi olan ermənilər Misir pasportları ilə təchiz edilmişlər və Qahirdəki erməni yepiskopunun zəmanəti ilə öz hesablarına könüllü kimi Qafqaza getməyə hazırlaşırlar”. Sentyabr ayının 7-də Tiflisdən Petroqrada göndərilən teleqramda bu “könüllülərin” türklərə qarşı vuruşan Qafqaz ordusuna qəbul olunmasına icazə istənilirdi. Buxarestdəki Rusiya diplomatik nümayəndəsi yalnız bir teleqramında 137 Türkiyə təbəəsi olan erməninin Qafqazda “könüllü” drujinalara yazılmaq arzusunda olduğunu bildirir və onların 94 nəfərinin Daşnak, 43 nəfərinin isə Qnçak partiyasının üzvü olduğunu qeyd edirdi.

Əslində, ermənilərin Türkiyəyə qarşı səfərbər edilməsi işləri Osmanlı İmperatorluğu müharibəyə girməzdən xeyli əvvəl başlamışdı. Hələ Türkiyə müharibəyə girməzdən əvvəl 1914-cü ilin iyul ayının 3-d-də, yəni dünya müharibəsinin ilk atəş səsləri eşidilən kimi erməni gəncləri Qafqaz ordusunun qərargahına onların silahlandırılması və türklərə qarşı döyüşə göndərilməsi barədə müraciət etmişdilər. Qafqaz Ordusunun qərargah rəisi Kars vilayətinin Kaqızman dairəsinin rəisinə yazdığı gizli məktubda bildirirdi ki, erməni gəncləri onlardan drujina yaradılmasını və türklərə qarşı onlara silahlanmağa icazə verilməsini, eyni zamanda onların dövlət silahlı qüvvələrinin tərkibinə daxil edilməsini xahiş edirlər. Belə bir xahişlə Türkiyə təbəəsi olan ermənilər Rusiyanın Qara dəniz qubernatoruna da meraciət etmişdilər. Bu müraciəti qubernator 1914-cü ilin noyabr ayının 20-də Qafqaz canişininə göndərmişdi. Kaqızman hərbi dairəsinin rəisi 1914-cü ilin avqust ayının 4-də Qafqaz cəbhəsi komandanlığını məlumatlandırırdı ki, Türkiyə erməniləri arasında gizli təşkilat mövcuddur, Osmanlı İmperiyasının Rusiyaya ilə müharibə  edəcəyi təqdirdə  bu erməni gizli təşkilatları cəbhə xəttinin arxasında türklərə qarşı hərəkətə keçmək üçün xüsusi hərbi drijinalar yaradacaqlar. Əgər bu mümkün olmazsa, onda bu drujinalar Rusiyaya keçib rus ordusu ilə birgə türklərə qarşı döyüşəcəkdir.

Qafqaz canişinin sorğusuna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi 1914-cü ilin avqust ayının 26-da ermənilərin silahlandırılması və onlardan “könüllü” drujinalar yaradılmasının məqsədəuyğun olduğunu bildirdi. Türkiyə ilə hərbi əməliyyatlar başlayan zaman Peterburqda müalicə olunan Rus-Yapon müharibəsinin iştirakçısı və Novoçerkassk polkunun zabiti olan Badmayev təcrübəli bir hərbçi kimi Hərbi Nazirlik qarşısında məsələ qaldırmışdı ki, türklər əleyhinə uğurlu hərbi əməliyyatlar aparmaq üçün onların arxasında erməni “könüllülərindən” ibarət partizan dəstələri yaradılmasına başlamaq lazımdır.

İş təkcə türklərə divan tutacaq erməni könüllülərinin səfərbər edilməsi ilə bitmirdi. Rusiyada və dünyada olan erməni zənginləri türklərə qarşı döyüşəcək drujinaları maddi cəhətdən təmin etmək məqsədilə vəsait toplanmasına başlamışdılar. Yalnız 1914-cü ilin payızından 1915-ci ilin fevral ayına qədər erməni “könüllü” dəstələrini saxlamaq üçün Rusiya hökuməti tərəfindən 520 min rubl dövlət vəsaiti ayrılmışdı. Hətta, Daşnak partiyasının “kürdlərə qarşı mübarizə aparan” Türkiyə erməniləri üçün 1915-ci ilin əvvəllərində Bakı ermənilərindən vəsit topladığı və hərbi dəstlərə “könüllülər” cəlb edilməsi haqqında gizli məlumatlar var idi. Erməni “könüllü” drujinalarına pul verənlər arasında bütün ermənilərin katalikosundan xüsusi vəkaləti olan Paqos Nubar Paşa da var idi. Bu məqsədlə o, katalikosa 2500 dollar pul göndərmişdi.  Drujina rəhbərləri “milli müdafiə” adı ilə fəaliyyət göstərən erməni komitələrinə yazırdılar ki, könüllü drujinalar üçün nəzərdə tutualn pulları katalikosa göndərməsinlər, katalikos həmin pulları onlara vermir, onu birbaşa onların öz adına göndərsinlər. Amerikada Qnçak partiyasının mərkəzi  orqanı olan “Eritassard Hayastan” əsasən qnçakistlərdən ibarət olan 6-cı erməni drujinasına 5359 rubl vəsait göndərmişdi. Lakin bu pullar erməni katalikosu tərəfindən mənimsənilmişdi. Ümumiyyətlə, türklərə qarşı döyüşən erməni könüllüləri katolikos V Gevorqdan narazı idilər. Bostondan gəlmiş Vramyan “Ayrenik” qəzetinin redaktoru Darpinyana yazırdı: “Sizə məlumdur ki, katalikos çox zəif adamdır, onu ətrafındakı adamlar idarə edir. Belə ki, bu haqda danışmaq artıqdır. İzmirlyan (katalikos II Matteos – J.H.), Xrımyan (katalikos I Mkırtıç – J.H.) və Ormanyanla (katalikos I Makar – J.H.) müqayisədə tamamilə fərqli adamdır”.

Erməni başçıları başlanmış dünya müharibəsinə türklərə qarşı iniqam məqamının yetişməsi kimi baxırdılar. Xüsusilə Qafqaz cəbhəsində hərbi əməliyyatların başlanmasından sonra  rus hakimiyyət orqanlarının ermənilərə rəğbətini artırması onları daha da ruhlandırmışdış. Yelizavetpol qubernatorunun müharibəyə yollanmaq üçün yaradılmış erməni könüllü dəstələrini alqışlaması yerli müsəlman əhalinin ciddi narahatlığına səbəb olmuşdu. Humbolt Universitetinin professoru Yörg Baberovski haqlı olaraq yazır: “Bu ermənilərin bir hissəsi güman edirdi ki, Türkiyə ilə müharibənin başlanması quberniyanın müsəlman əhalisinin əleyhinə tədbir görülməsi ilə nəticələnəcək”.

Əlbəttə, bir sıra ermənilər bu hazırlıq tədbirlərinin erməni xalqını yaxşı yerə aparmayacağını anlayırıdılar. İmperator Müqəddəs Vladimir Universitetinin ordinar professoru S. A. Yeqizarov Tiflisdə çıxan “Mışak” qəzetinin redaktoru Abarsum Arakelyana yazırdı: “Mənə belə gəlir ki, ermənilər öz işlərinə çox pis başlayıblar. Əgər onlar könüllülər kimi rus ordusunun sıralarına daxil olsaydılar, bu onların öz dövlətləri qarşısında vətəndaş borcunu yerinə yetirməsi kimi qəbul olunardı. Türkiyə müharibə elan edib və onlar öz vətənlərini qorumağa borcludurlar. Lakin ermənilər xüsusi dəstələr yaradıb Türkiyəni çökürtmək üçün hərəkətə keçdilər. Bundan əlavə türk təbəələri olan ermənilər öz hökumətlərinə qarşı çıxıblar. Belə vəziyyətdə bütün dövlətlər kimi Türkiyə də üsyançıları cəzalandırmağa başladı...Şübhəsiz ki, erməni başçıları işləri bu istiqamətə yönəltməklə öz üzərlərinə böyük məsuliyyət almış oldular”.

Bu siyasətin faciəli sonluğu hamıya bəllidir: türklərə qarşı törədilən kütləvi qırğınlar ermənilərin Şərqi Anadoludan sürgün edilməsi ilə nəticələndi. Ermənilər bu hadisələri özlərinə qarşı soyqırımı kimi qələmə verməyə çalışsalar da, həqiqət daha mürəkkəbdir. Bir çox araşdırıcıların fikrincə, Şərqi Türkiyədə iki qaçqın axını üz-üzə gəlmişdi: erməni talanlarından canlarını qurtarmaq üçün Qafqazdan qaçan müsəlmanlarla Rusiyaya köç edən ermənilər. Əks-sədası günümüzə qədər gəlib çatan fəlakətin gizlin məqamları hələ çoxdur. Bu faciənin soyqırım anlamına müvafiq gəlməməsinə belə bir fakt da dəlalət edir ki, elə həmin dövrdə Türkiyənin qalan yerlərində ermənilər özlərini kifayət qədər əminlikdə hiss edirdilər. Əslində, 1915-ci ildə Şərqi Anadoluda baş verənlərin əsl mahiyyətini öyrənmək üçün Rusiyanın Qafqaz Cəbhəsinin baş qərargah rəisi general Lionid M.Bolxovitinovun çarın adına göndərdiyi gizli raportlara və rus diplomatı V.F.Mayevskinin hesabatlarına baxmaq yetərlidir. Ermənilərin iddia etdiyi böyük qrubamlar məsələsində Qafqaz ordusunun qərargahında çalışan general Bolxovitinov ehtiyatlı olmağı tövsiyə edirdi. O, qeyd edirdi ki, “qəzəblənmiş müsəlmanlar tərəfindən öldürülmüş ermənilərin həqiqi sayını müəyyən etmək çox çətindir. Hər ehtimala qarşı ermənilərin Türkiyədə məruz qaldıqları bədbəxtlikləri şişirtməyə özlərinə məxsus formada meyilli olduqlarını nəzərə almaq lazımdır. Türkiyədə itkilər və ziyan barədə onların göstərdikləri rəqəmlərə ehtiyatla yanaşmaq lazımdır”.

L. M. Bolxovitinovun Qafqaz canişinin ordu hissələr üzrə köməkçisinə göndərdiyi və Qafqaz ordusu qərargahının kəşfiyyat şöbəsində saxlanılan “Erməni drujinaları” haqqında raportunda qeyd edilir ki, 1894-cü ilin oktyabr-noyabr aylarında Asiya Türkiyəsində alovlanıb, tədricən Trapezond, Ərzurum, Van, Bitlis, Sivas, Diyarbəkir, Xarput, Urfa, Adana və Hələb vilayətlərini burumuş qanlı qırğınların başlanmasının təşəbbüsçüləri demək olar ki, bütün hallarda ermənilər özləri olmuşlar. 1895-ci ildən Osmanlı imperatorluğunun Van və Ərzurum vilayətlərində Rusiyanın baş-konsulu işləmiş V. Mayevski daşnakların törətdikləri cinayətlər və uydurulmuş “erməni məsələsi” haqqında yazırdı: “Mən bir fikri nəinki demək, hətta, yaxşı vurğulamaq istəyirəm ki, erməni məsələsinə dair yalanın yayılması bütün erməni millətini yalan yola saldı, ola bilsin, onun ən yaxşı nümayəndələrinin ağlını korladı, yüzlərlə ermənini yoldan çıxardı, minlərlə ermənini faydalı işdən ayırıb  anarxiya – Asiya Türkiyəsinin erməni kəndlilərinin məruz qaldıqları və sonra Zaqafqaziya ermənilərinin də əzab çəkdikləri sonu görünməyən fəlakətlər yaratmağa yönəltdi... məhz, mətbuatın sayəsində erməni işlərində həqiqət elə qatı yalan dumanına büründü ki, həqiqət şüası o dumanı yara bilmədi”. V.Mayevski özündə cəsarət tapıb açıq şəkildə yazırdı: “Türkiyənin müxtəlif şəhərlərində ermənilərlə müsəlmanlar arasındakı toqquşmalar barədə şəxsən mənim bildiklərim məni belə qənaətə gətirir ki, qanlı işlər hər yerdə, məhz, ermənilərin özlərinin təşəbbüsü ilə başlamışdır”.

1914-1915-ci illərdə “fədai” adı ilə Türkiyəyə qarşı hərbi əməliyyatlarda iştirak edən və türk əhalisini istisnasız olaraq məhv edən birinci erməni drujinasına məşhur çete başçısı Andronik Ozanyan, ikinci drujinaya rus təbəəsi olan erməni Dro (Kanayan Drastamat), üçüncü drujinaya sonralar, 1918-ci ildə Azərbaycanda ağır qanlı cinayətlər törətmiş Srvanstyan Hamazasp, dördüncü dəstəyə isə Atabək parkında Səttərxanı gülləyə tutmuş Yefrim xanın silahdaşı olmuş Keri (Qafavyan Arşak) komandanlıq edirdi. Sonralar bu quldur dəstələrin başçılarının çoxu Bakı, Şamaxı, Quba, xüsusilə Naxçıvan, Zəngəzur və Garabağda dinc müsəlman əhalisinə divan tutulmasında fəal iştirak etdilər.

Rus ordusunun tərkibində fəaliyyət göstərən erməni hərbi birləşmələrinin 1915-ci ilin yazında Qars və Ərdəhanda törətdikləri vəhşiliklər daha qanlı xarakter aldı. Professor Baberovski yazır ki, “Qars, Ərzurum, Trabzon və Ərzincan rus ordusu tərəfindən ələ keçiriləndə erməni könüllü birləşmələri türk əhalisi üzərində ağır qanlı cinayətlər həyata keçirdi”. Könüllü drujuna başçıarının 4-dən 3-ü haqqında rəsmi çinayət işləri var idi, Amazasp isə 1914-cü ilin 12 iyun fərmanına qədər sürgündə idi. Dro bir sıra terror aktlarında iştirakçı olduğuna görə 1910-cı ilin oktyabr ayının 24-dən polis departamentinin axtarışında idi. İran polis rəisi Yefrimin yaxın silahdaşı olan Keri də 1910-ci ildən İran polisinin axtarışında idi. Lakin 1914-cü ilin yayından başlayaraq keçmiş cinayətlərdə əli olan bu ermənilər bilavasitə Qafqaz canişini Vorontsov-Daşkovun himayəsi ilə toxunulmazlıq qazanmışdılar. Qafqaz ordusu komandanının əmrində göstərilirdi ki, Türkiyə ilə müharibə getdiyi bir vaxtda keçmiş cinayətlərinə görə Daşnak partiyasının üzvlərinə qarşı təqib və repressiyalar tətbiq edilə bilməz.

Yuxarıda qeyd edilən dörd drujinada xidmət edən “könüllülər” əsasən Türkiyə təbəsi olan ermənilər idi.  İqdır ermənisi olan Droya isə hələ 1914-cü ilin aprel ayında könüllü bandalara adam toplamaq icazəsi verilmişdi. Aprel ayının 19-da İrəvandan Tiflisə general Mışlaevskiyə göndərilən teleqramda onun artıq bu işə başladığı bildirilirdi. Qafqaz Ordusunun baş qərargah rəisi general Yudeniç 1914-cü ilin oktyabr ayının 23-də İqdırdakı rus hərbi birləşməsinin komandiri general Abatsiyevə teleqramında bildirirdi: “Lütfkarlıqla Droya və onun drujinaçılarına əmr edin ki, bundan sonra general Nikolayevin dəstələri ilə birlikdə hərəkət etmək üçün Bayazitə yollansınlar”. İkinci könüllü drujinanın komandiri Dronun müavini isə Ərzurumdan Türkiyə parlamentinin üzvü olmuş Armen Qaro idi. Noyabr ayının 11-də general Bolxovitinov Culfa-Xoy hərbi irləşməsinin komandanı general Voropanova məlumat verirdi ki, birinci “könüllü” drujinanın komandiri Andronikin dəstəsinə mauzerlə silahlanmış 100 erməni drujinaçısı göndərilir. O, soruşurdu: “türklərdən ələ keçirilmiş yetərli sayda mauzer patronu varmı?” 1915-ci ilin aprel ayının 6-da Qafqazın Ali Baş komandanının erməni drujinalarının ştat cədvəlini təsdiq etmişdi və bu sənədə əsasən aprel ayının 11-də sıralarında 700 nəfri birləşdirən 6 erməni könüllü drujinası yenidən qurulmuşdu. Qafqaz ordusunun qərargahına Maslovskinin göndərdiyi məlumata görə 1914-cü ilin sonlarında Birinci Qafqaz korpusunun tərkibində 6 erməni drujinası, Azərbaycan – Van hərbi hissəsində 3 erməni drujinası və Çorox hissəsinin tərkibində 1 erməni drujinası formalaşdırılmışdı. Hər drujina 4 alaydan ibarət idi, hər alayda 235 sıravı “könüllü” xitmət etməli idi. Hər bir drujina üzvünə qeyri-rəsmi olaraq Rusiya Qafqaz ordusu büdcəsindən ayda 10 rubl pul verilirdi. Bu barədə Qafqaz ordusunun qərargah rəisi general Yudeniçin 1914-cü ilin oktyabr ayının 18-də general Voropanova xüsusi əmri var idi. O, erməni drujinaçılarına adam başına 10 manat, habelə erməni “könüllülərinə” silah verilməsi, hətta drujina başçılarından olan Samsona sədaqətli olan yerli erməni əhalisinin silahlandırılması haqqında göstəriş vermişdi. Bu göstərəişə əsasən 1914-cü ilin oktyabr ayının 28-dən başlayaraq Qafqaz ordusu təchizat idarəsi tərəfindən erməni könüllülərinə hər ay 10 rubl hesabı ilə iki aylıq avans verilmişdi. Məsələn 6-cı drujinanın keçmiş rəisi Qasparyan Qafqaz ordusu qərargahına yazdığı ərizədə göstərirdi ki, tabeçiliyində olan drujinaçıları saxlamaq üçün Kars qalasının qərargah rəisindən 2500 rubl pul almışdır. Lakin bu pulların hesabatları bir qayda olaraq verilmirdi. Müharibənin ilk aylarında Rusiya hökuməti Türkiyə ermənilərini silahlandırmaq və onların türk örüşünün arxasında üsyan qaldırmaları üçün gərəkli olan ilkin xərcləri qarşılamaq məqsədilə dövlət xəzinəsindən 242 900 rubl pul ayırmışdı. Üsyan qalxan kimi erməni könüllü drujinaları türk ordusunun cəbhə xəttini yarıb üsyançılarla birləşməli idilər. Bu pulların hara xərcləndiyinin axıra qədər hesabatını verən olmadı.  1915-ci ilin iyul ayının 23-də Qafqaz hərbi dairəsinin dairə intendant idarəsindən Qafqaz ordu qərargahına yazırdılar ki, biz bilmirik ki, hazırda Sarıqamış, Kaqızman, Oltı və İrəvan dəstələrinin keçmiş rəisləri haradadırlar. 1914-cü ildə onlara erməni xumbalarını saxlamaq üçün avans verilmişdir. Dairə təchizat idarəsi sizdən xahiş edir ki, qeyd edilən dəstələrin keçmiş rəislərinin soyadı, rütbəsi və xidmət yeri haqqında məlumatları idarəyə göndərəsinis. Bu məlumatlar əsasında idarə ermənilərə verilmiş avans pulların  xərclənməsin təsdiq edən sənədləri onlardan tələb edə bilsin.

***

3-cü hissə

Şərqi Anadolunu türklərdən təmizləmək niyyətinə düşmüş erməni siyasi partiyaları olan Daşnakstyun və Qnçak könüllü drujinaları idarə etmək üçün katalikosun kondakı (xeyir-duası) ilə Tiflisdə xüsusi rəhbər əlaqəlndirici orqan «Milli büro” yaratmışdılar, yerli səfərbərlik və xaricdən gələn erməni “könüllülərinin” fəaliyyəti məhz bu büro tərəfindən koordinasiya edilirdi. “Milli büro”ya Tiflisdə olan erməni yepiskopu Mesrop, Tiflis şəhər rəisi Xatisov, Daşnak partiyasının xarici əlaqələr bölməsinin müdiri doktor Zavriyev, Daşnak partiyasının silahlı qüvvələrinin rəhbəri (Xmbapet) Samson Arutyunov, drujina rəhbərləri Dro və Andronik daxil idilər. Qnçakistlər Bolqarıstanda səfərbər etdikləri 150 nəfərlik erməni “könüllülərini” partiyanın Tiflisdə yaratdığı xüsusi orqanın sərəncamına göndərmişdi. Bu dəstlər üzərində “Erməni millətinin özünümüdafiəsi. Bir nəfər hamı üçün, hamı bir nəfər üçün. Yaşasın azadlıq. 1887-1914” sözləri yazılmış bayraqlarla təchiz edilmişdilər.  Adı könüllü olsa da, erməni drujinalarına yazılma məcburi idi. Hətta hərbi əməliyyatlar gedən ərazilərdən qaçmış ermənilr kilsə tərəfindən tutulub “könüllü” drujinalarda döyüşmək üçün xaricdəki rus konsulluqları vasitəsi ilə yenidən döyüş bölgələrinə göndərilirdilər. 1915-ci ilin fevral ayının 2-də bir qrup Bitlis, Muş, Sivas, Ərzurum ermənilərinin geri qaytarılması barədə Varnadakı Rusiya vitse-konsulu Xarici İşlər Nazirliyinə şifrəli teleqram göndərmişdi.   

Müharibənin ilk aylarında ermənilərin müsəlman əhalisinə qarşı törətdiyi soyğunçuluq halları o qədər geniş xarakter almışdı ki, Sarıqamışda Podqursk məntəqəsinin hərbi qubernatoru polkovnik Qriqoliya Ərdahan, Ordu və Kaqızman dairə rəislərinə teleqram göndrmişdi ki, xristianlar tərəfindən müsəlman əhalisinə qarşı törədilən soyğunçuluq və qarətlərin dayandırılması üçün ən qəti tədbirlər görsünlər. Polkovnik Qriqoliya yazırdı: “Hərbi məhkəmələrə veriləcəkləri və onları ağır cəza gözlədiyini elan edin, onları dayandırın, silahlarını alın, günahkarları məhkəmlərə verin”.

Erməni hərbi birləşmələrinin törətdiyi Qars qırğınları Azərbaycanda böyük həyacan doğurmuşdu. 1915-ci ilin fevral ayının əvvəllərində Yelzavetpol şəhər idarəsinin başçısı, III Dumanın üzvü Xəlil bəy Xasməmmədov bu hadislərlə bağlı şəhər ictiamiyyətinin toplantısını keçirdi. Qısa giriş nitiqində o, dedi: “Cənablar! Sizi toplamağımın səbəbi Qars faciəsidir. Mən bu faciənin ayrı-ayrı epizodlarının bütün təfərrüatı üzərində dayanmağı lazım bilmirəm, məsələ sizə aydındı, faciənin dəhşəti sizə məlumdur. Mətbuat faciənin bütün gizlinlərini sizin qarşınızda açmışdır və mən əminəm ki, alınan acı xəbərlər artıq sizin qəlbinizdə, ürəyinizdə əks-səda doğurmuşdur. Yüzlərlə yetim uşaq evsiz-eşiksiz, yeməksiz qalmışdır. Dul qadınların naləsi ürəkləri yandırır. Bizim birinci borcumuz ianə toplamaqla bu bədbəxt insanlara yardım etməkdən ibarətdir. Mən Yardım Komitəsi yaratmaq üçün lazım olan razılığı almışam. Gəlin bu komitəyə adamlar seçək və yubanmadan işə başlayaq”. X. Xasməmmədovun bu çıxışından sonra Gəncənin tanınmış ziyalı və tacirlərindən Ələkbər bəy Rəfibəyov, İsmayıl xan Ziyadxanov, Ələkbər bəy Xasməmmədov, Aslan bəy Səfikürdski, Hacı Mirqasım Həmzəyev, Hacı İsa bəy Şeyxzamanov, Mirzə bəy Qazıyev, Mir Cəlil Məmmədov və Hacı Həsən Rəfiyev Yardım Komitəsinə üzv seçildilər. Qarsda müsəlmanların, o cümlədən Azərbaycan türklərinin daşnak  hərbi dəsdələri tərəfindən kütləvi şəkildə məhv edildiyi haqqında məlumatlar yayıldıqdan sonra Bakıdan Əlimərdan bəy Topçibaşov, Ağabala Quliyev, Gəncə və İrəvan quberniyalarından tanınmış nümayəndələr Qarsa yola düşdülər. Səfərdə əsas məqsəd baş vermiş faciə haqqında məlumatlar toplayıb, onu hakimiyyət orqanlarına təqdim etmək, “yerli müsəlman əhalisini qanlı toqquşmalara susamış ermənilərdən qorumağı” diyarın hökumət idarələrinin diqqətinə çatdırmaq idi. Qarsa səfər edən nümayəndə heyəti ermənilər tərəfindən “qətl edilmiş tatar (azərbaycanlı – C.H.) ailələrinə yardım toplamaq” üçün hakimiyyət orqanlarından icazə almalı idilər. Onlar Qafqaz Cəbhəsi komandanının müavini general Mışlaevski ilə görüşüb, baş vermiş hadisənin miqyasını onun diqqətinə çatdırdılar və tədbir görülməsini xahiş etdilər. General “təkəbbürlü ermənilər haqqında tədbir görüləcəyinə” söz verdi.

Göründüyü kimi, hadisələr ermənilərin iddia etdiklərindən bir qədər fərqli formada baş vermişdi və bütün bu hadisələr 1915-ci ilin aprelindən  xeyli əvvəl törədilmişdi. Əslində isə, iddia edilən soyqrım hadisəsi faktlarla təsdiqlənmir və 1915-ci il hadisələrinin sənədləri ilə  tanışlıq tamam ayrı mənzərəni ortaya qoyur. Məlum olur ki, soyqrımla bağlı erməni iddiaları düşünülmüş şəkildə uydurulmuş mifik hekayələr toplusudur. Fransa alimi Jorj de Malevil haqlı olaraq yazır ki, Osmanlı hökumətinin ən yuxarı dairələrinin guya erməni irqini məhv etməsi barəsində planlar hazırladığı haqda ermənilərin uydurduğu tezis sənədlərlə tanış olarkən sabun köpüyü kimi puç olur.

1915-ci ilin yazında Acariyanın dinc müsəlman əhalisinin gülləbaran edilməsi Rusiya müsəlmanları arasında imperiyanın anti-türk siyasətinə qarşı yeni etiraz dalğası doğurdu. Bu hadisənin müsəlman əhalisi içərisində doğurduğu əks-səda və Dumanın müsəlman fraksiyasının bəyanatı Rusiya hakim dairələrini narahat etməyə başladı. Lakin hökumət baş vermiş faciədən çıxış yolunu öz antimüsəlman siyasəti ilə seçilən Qafqaz canişini, 78 yaşlı Vorontsov-Daşkovu vəzifədən uzaqlaşdırmaqda gördü. 1915-ci ilin avqust ayının 23-də onu bu vəzifədə böyük knyaz Nikolay Nikolayeviç əvəz etdi. O, Qafqazın sonuncu canişini oldu və eyni zamanda Qafqaz Cəbhəsinin komandanı vəzifəsini də yerinə yetirdi. Əlimərdan bəy Acariyada dinc müsəlmanların gülləbaran edilməsini araşdırmaq üçün 1915-ci ildə Tiflis, Kutaisi və Batuma yollanıb, bu hadisələrlə bağlı həqiqəti ortaya qoyan sənədlər topladı. Topladığı sənədlərə əsaslanaraq o, haqlı olaraq bu fikrə gəlirdi ki, müharibə dövründə Rusiyanın türklər əleyhinə siyasəti bədbəxt acar müsəlmanların başında çatlayıb. Əlimərdan bəy yazırdı ki, erməni qonşularının çuğulçuluğu ilə minlərlə acar müsəlman dövlətə xəyanət ittihamı ilə həbsxanalara atılmış, yüzlərlə kənd dağıdılmış, Batum vilayətində minlərlə qoca, qadın, uşaq sərgərdan vəziyyətə düşmüşdür. Batumda topladığı materiallar əsasında o, baş vermiş faciə ilə bağlı Qafqaz canişininə ətraflı xidməti məruzə hazırladı. Bu məruzədə göstərilən faktlar o qədər dəhşətli idi ki, Qafqaz canişini Əlimərdan bəyin məruzəsində göstərilən faktları araşdırmaq üçün xüsusi komissiya yaradılmasına sərəncam verməli oldu. Yoxlamalar rus ordusunun, xüsusilə kazakların acarlara qarşı törətdikləri vəhşilikləri, ağır işgəncə faktlarını və barbarlıq hərəkətlərini təsdiqlədi. Araşdırmalar nəticəsində məlum oldu ki, bütün bu vəhşiliklər məhz ermənilərin müsəlmanlar haqqında verdikləri yalan məlumatlar əsasında törədilmişdir.

1915-ci ilin yazında erməni drujinaları ən qanlı cinayətləri Vanda törətdilər. Van cəbhəsində döyüşən Arşak adlı drujinaçının Sürixdə yaşayan Tiratsiyan adlı bir erməniyə yazdığı məktub Qafqaz ordusu senzura orqanları tərəfindən ələ keçirilib erməni dilindən rus dilinə tərcümə edilmişdi. Arşak yazırdı ki, Van may ayının 5-də erməni “könüllüləri” tərəfindən ələ keçirildi, ordu onlara köməyə gəldi. Orada daşnaksakan Aram paşa (Aram Manukyan) qubernator (vali) oldu. “İndi bizim ordu Muşa doğru hərəkət edir”, - deyə o, yazırdı. Arşak şikayətlənirdi ki, “dövlət xidmətçilərinin məlum təbəqəsi ermənilərə münasibətdə xoş əhvali-ruhiyyədə deyillər. Mətbuat qonşu xalqlarda və hərbi dairələrdə pis təəssürat yaradan erməni muxtariyyəti haqqında vaxtınından əvvəl danışmağa başlayıb. Erməni “könüllülərin” qəhrəmanlığı əfsanə həddinə çatıb, lakin Qafqaz ordusu baş komandanlığının erməniləri görməyə gözü yoxdur. Ona görə o, rəsmi kağızlarda erməniləri ləkələyən fikirlər səsləndirir. Bununla bağlı Qafqaz canişininə ermənilər tərəfindən şikayət edilib. Bizim hədsiz hazırlıqlarımız hökumət dairəlrini o qədər qorxudub ki, onlar “könüllülərin” sayını azaltmağa məcbur olublar, onlara pis silah verməyə başlayıblar, onları ön mövqelərdə ən ağır işləri görməyə məcbur edirlər”.

Arşak Tiratsiyanın İsveçrədəki həyatına həsəd apararaq qeyd edirdi ki, “Türkiyə ermənilərinin ehtiyacları böyükdür, biz ümidsizliyin astanasındayıq... Burada həyat dözülməzdir, bahalıq baş alıb gedir. Ümid edirik tezliklə Dardanell alınacaq. Onda Almaniya Türkiyə və Rumıniyaya silah göndərə bilməyəcək və Türkiyənin süqutu təmin ediləcək. Onda burada da bahalıq aşağı düşəcək”. Lakin erməni terror dəstələrinin “Türkiyəni çökdürmək üçün” Dardanellin açılmasını gözləməyə səbrləri çatmadı. 1915-ci ilin may ayının 18-də “Times” qəzeti xəbər verirdi ki, İstanbulda erməni qəsdinin üstü açılmışdır. Qəsdçilər sultanı, Ənvər paşanı, feldmarşal Von-der Goltsı və general Liman von-Sandersi öldürməli idilər. Qəsdin üstü İstanbuldakı erməni nümayəndəsi Zoqraf əfəndinin etirafları əsasında açılmışdı. Van rus ordusu tərəfindən işğal olunduqdan sonra yerli erməni əhalisinin “etibarlı” bir nümayəndəsi Rusiya Hərbi Nazirliyinə anonym məktubla müraciət  etmişdi. O, yazırdı ki, bütün əhalini itaətdə saxlamaq üçün yerli xristian əhalisinə kütləvi şəkildə silah paylamaq lazımdır. Onlar artıq Rusiyanın sədaqətli və etibarlı müttəfiqləri olacaqlar. Heç bir halda düşmən əhval-ruhiyyəsində olan müsəlmanlara, yəhudilərə və gürcülərə etibar etmək olmaz... Hələ ki, nəməlum qalmağa məcburuq, lakin bütün ruhumuzla və mövcudluğumuzla həmişə Rusiyaya dua edir və onun ərazisindəki xalqlara firavanlıq arzulayırıq. Rusiyanın sədaqətli oğullarından biri. 25 iyun 1915-ci il” (Bax: Van ermənilərindən Rusiya Hərbi nazirliyinə anonym məktub. 25.06.1915. // RDHTA, f. 2100, s. 1, i. 665, v. 207).

Erməni “könüllüləri” rus ordusu tərəfindən ələ keçirilmiş türk torpaqlarının onlara veriləcəyini güman etdiklərindən müsəlman əhalisinə qarşı amansız rəftar edir və ələ keçirilmiş əraziləri müsəlmanlardan təmizləyirdilər. Lakin 1915-ci ilin aprel ayının 5-də Qafqaz ordusu komandanının Baş komandana yazdığı gizli məktub təsadüfən onların əlinə keçmiş və türklərdən azad edilmiş Alaşkert, Diadin və Bayazit ərazilərinə Kuban və Don kazaklarının köçürülməsi haqqında olan bu sənəd erməni liderlərini məyus etmişdi. Məktub Rostovda yaşayan erməni vəkil Qriqori Çalxuşyan tərəfindən ələ keçirilib Tiflisdəki erməni bürosuna göndərilmişdi. Məktub Don və Kuban vilayətlərində yaşayan kazakları Türkiyədən qəsb edilmiş ərazilərə köçmələrini təşviq etmək, kazaklar arasında izahat işi aparmaq üçün hər iki vilayətin rəislərinə göndərilmişdi. Kuban vilayətinin rəisi tərəfindən kazak atamanı Labinskiyə göndərilən məktubda deyilirdi ki, “türklərdən yeni fəth edilmiş ərazilərə gələcəkdə rusların köçürülməsinin mümkünlüyünü nəzərə alaraq təcili şəkildə əhalini bu məktubla tanış edin”. Məktub gizli olduğu üçün onun ermənilər tərəfindən ələ keçirilməsi araşdırıldıqda məlum olmuşdu ki, sənəd Armavirdə katda işləyən Ayvazov tərəfindən Çalxuşyana ötürülmüşdür. Gizli sənədin yayılması ilə bağlı araşdırmalar başlayanda 1915-ci iin oktyabr ayının 12-də Ayvazyan intihar etməli oldu. Bütün baş verənlər erməniləri mütəssir etmişdi. 1916-cı ilin avqust ayının 18-də “Kavkazskoe slovo” qəzetində dərc edilmiş “Türkiyə Ermənistanının gələcəyi” adlı məqalənin Rusiya Xarici İşlər Nazirinin etirazı ilə qarşılanması ermənilərin geniş hay-küyünə səbəb olmuşdu. Nazir qeyd etmişdi ki, indiki vaxtda siyasi ehtirasların qızışdırılmasına xidmət edən belə məqalələrin dərc edilməsi arzu edilən deyildir. O, hərbi senzuraya rəhbərlik edən general Yanuşkeviçdən xahiş etmişdi ki, gələcəkdə belə məqalələrin mətbuat səhifəsinə buraxmamasına sərəncam versin.  Məqalədə erməni məsələsinin həllinin müxtəlif variantları müzakirə edilirdi - ya Türkiyədən qəsb edilmiş Van, Bitlis, Muş sancaqlıqlarının hüdudlarında “Ermənistan” yaradılması, ya həmin vilayətləri Qafqaz canişinliyinə tabe edilib Finladiya formasında idarə edilməsi, ya da Rusiyanın protektoratlığı altında həmin vilayətlərə erməni muxtariyyəti verilməsi təklif edilirdi. Məqalə müəllifi etiraf edirdi ki, tamamilə boşalmış ərazidə öz dövlətini yaratmaq mümkün deyil, “axı Türkiyə Ermənistanında indi dağlarda kürdlər, şəhərlərdə isə türklər yaşayırlar, Türkiyə Ermənistanının müsəlman əhalisi günbəgün artmaqdadır”.

Ərazi məsələlərinə ermənilər çox həssas yanaşırdlar, 1916-cı ilin avqust ayının 14-də Tiflisdən Moskvaya “Armyanskiy vestnik” qəzetinə göndərilən və hərbi senzura tərəfindən ələ keçirilən məktubda deyilirdi ki, “Türkiyə Ermənistanında” baş verənlərin məsuliyyəti Osmanlı imperatorluğunun üzərində olsa da, lakin bu işlərdə “Ermənistanın məkrli dostu Rusiya ondan az günahkar deyildir. Sübut etmək lazımdır ki, Rusiyanın Ermənistana köməyi rəhmdillilik deyil, borcdur. Hələ bu günə kimi Ermənistan Rusiyadan ziyandan başqa bir şey görməmişdir. Rusiyanı Erməisanın xilaskarı hesab etmək kifayt qədər alçaldıcıdır. Bizim ölkəmiz məhv olması (bağışla vətən) daha yaxşıdır, nəinki, belə zərbədən sonra “azadlığı” alçaq və vicdansız Rusiyanın əlindən almaq”.

Rusiya hərbi və siyasi dairələri başa düşürdülər ki, ermənilərin xilasi rus silahının uğurundadır, ona görə də artıq vəd verməyi lazım bilmirdilər. Bu fikiri general Boxovitinov 1916-cı ilin fevral ayının 25-də knyaz Vasili Hacimukovun həmin ilin yanvar ayının 21-də hazırladığı “Müharibə dövründə Rusiya xalqlarının əhval-ruhiyyəsi haqqında” məruzəsinə rəy yazarkən ifadə etmişdi. O, yazırdı: Türkiyə erməniləri elə ağır, faciəli şəraitdə olublar və olmaqda davam edirlər ki, ermənifilçilikdə hər hansı dəyişiklik Rusiya siyasətinin maraqlarına cavab vermir. Ermənilər üçün yeganə xilas rus silahının qələbəsidir, bunu onlar özləri də istisnasız olaraq g&

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN