Eurovision və Sənətçinin Bədənindəki Payımız! - Məhbub Əmrahi

Eurovision və Sənətçinin Bədənindəki Payımız! - Məhbub Əmrahi
yenə başqa bir beynəlxalq meydan və yenə qalmaqal. mənasızlığı mənalı olmasından daha təhlükəli fikirlər və mübahisələr! söhbət "Eurovision 2016" yarışmasından gedir. sosial şəbəkələrdə istifadəçilərin bir çoxunun əlaqəsiz fikirləri və söyüşləri havada uçuşur. elə bil "mahnı yarışması yox ən pis durumda söyüş ən yaxşı durumda isə söz yarışması"dır. elə ilk baxışda insan hissedir ki "Doğrudan da o əjdahadan xaricdə varsa, bəs o əjdahadan niyə bizdə yoxdur? " deyən tipdəki insanlar düşüb birbirlərinin canına "namusluluq" yarışmasına girşiblər. -o nə geyimdir? bir metirlik parçanı bədəninə sarıb Azərbaycanı təmsil edir? belə də biabırçılıq olar? -o bilməlidir ki o zalda Azərbaycanı təmsil edir. başa düşürsən? o artıq özünün yox millətinindir. ona uyğun davranmalıdır. -ə sizin qeyrətiniz yoxdur heç? özümə bu sualı soruşmadan keçə bilməyəcəym. kim deyib ki hər bir Azərbaycanlı oğlanın hər bir Azərbaycanlı qadının bədənində payı var?! daha önəmlisi kim deyib ki hansısa insanın başqa bir insanın bədənində payı var? söhbətə burdan başlamaq istəyirəm : birinci məsələ : bizim xalqımızda niyə bəzi insanlar özlərinə başqalarının geyimi , həyat tərzi , zövqü , davranışı və bənzərləri haqqında deyil danışmaq belə düşünməyə izin verirlər?  kimdən kimə nə?! küçədən keçərkən adi qadınların geyimini niyə dərd edirik? öz bədəninə öz geyimini öz tərcihiylə geyibsə hansı əxlaq sərhəddini keçmiş sayılır? bir insanın istədiyi şəkildə geyinməsi biabırçılıqdır yoxsa əslində istədiyi kimi yox birilərinin dikta edəcəyi şəkildə geyinməsi? nə vaxtdan şəxsi azadlıq "biabırçılıq" sayılmaya başlayıb? oğruluq var? yox. təcavuz var? yox? kimisə incitmək var? yox! bəs bunun əxlaqsızlığı harasındadır? ikinci məsələ : beynəlxalq yarışmalarda təmsilçilər nəyi təmsil edər? "mahnı yarışmasında , Formula 1də , ədəbiyyatda , rəqsdə , sinemada və idman yarışmalarında ümumiyyətlə nələr təmsil edilir? Mahnı yarışmasında maşın sürücülüyü istedadı təmsil edilər mi? və yaxud Formula 1də gözəl səs təmsil edilir mi? yox! demək ki hər bir sahənin özünə məxsus təmsilçilik əhatəsi vardır. hər yerdə hər şey təmsil edilməz. Vimbeldon şampiyonası ölkəsinin ən gözəl səsli insanı deyildir. İran futbol  milli komandasında oynayan qara dərili oyunçu varsa bu bütün iranın qara dərili olduğunu mu təmsil edir? Afrika ölkələri milli komandasında varsa oynayan ağ dərililər necə? Yaponya üçün top oynayan Brezilyalı haqqında nə düşünürsünüz? üçüncü məsələ : maşın yarışmasında sürücülər ovçuluq paltarıyla çıxa bilməzlər necə ki tayboks üçün gəlinlik də geymək olmaz! dünyada beynəlxalq yarışmaların çoxu qərb dünyasında yaranıb. onlar bu yarışmaları meydana gətirdiklərində bəzi qanunlar qoyublar. zamanla bu qanunlar elə islah olub ki məhz o yarışmanın profilinə uyumlu olsun. kimsəyə nobel barış ödülü yarışmasında "doppinq" elədiyi üçün tərs baxmazlar! mahnı yarışmalarında isə gözəl görünmək , mahnının sözlərinə uyğun olmaq , saç baş stili  və bir çox faktor önəmli rol alır və təmsilçilər isə ən gözəl görünəcək şəkildə hazırlanırlar. dördüncü məsələ : beynəlxalq sahədə modern dünyanın dəyərləri keçərlidir. bizim dəyərlərimiz vəya dəyərsizliklərimiz bizə aiddir. adət və ənənələrimiz də. Azərbaycanda bir vətəndaş pişik ətini pişirib yesə ona çox pis gözlə baxılabilir ancaq inanın ki Çinlilərin heç vecinə də olmaz! yəni bizim cəmiyyətlərdə 16 yaşındakı qız uşağını "ərə vermək" bəlkə də çox pis görünmür ancaq modern dünyaya görə bu vəhşilikdir! yəni mahnı yarışmasında kim necə geyinirsə geyinsin inanın ki beynəlxalq sahədə kimsə biabır görünmür. beşinci məsələ : geyim artıq mod sektoruna bağlı bir sənətdir. bunun üçün dünyada hər il milyardlarca dollar pul xərclənir. dizaynerindən tutun fashionshow modellərinə qədər hər birisi sənət işindədirlər. dünyamızı da elə məhz bunlar gözəlləşdirirlər. demək istəyirəm ki bunu "lüt görünsünlər deyə yox gözəl görünsünlər deyə edirlər" yəni ki əgər gözəlliyi yox "lütlüyü görürüksə" burda gözlərimiz və beyinlərimizdə nəsə problem vardır. altıncı məsələ : birinə görə "bir qarışlıq yubka geyinmək eybdir" bir ayrısına görə sadəcə saçı başı açıq olmaq belə böyük eybdir o birinə görə isə İrandakı hicab belə eybdir tam olaraq İŞİD terror quruplaşmasına aid kənizlər kimi geyinmək lazımdır! indi biz nə edək? çarəsiz bu təmsilçimiz İŞİD kölələri kimi geyinsin ki hammınızın "namusu qorunsun?" Yeddinci məsələ : Rüşvətxorluq elədiyimizdə , cəbhədən qaçdığımızda , jurnalistimizə qan udduralanda , qadın vəya kişi aktivistlərimizə şər yaxılanda namussuzluq olmur elə sənətiylə ölkəsini layiqincə təmsil edən hər baxımdan istedadlı və gözəl bir gəncin bir mahnı yarışmasındakı çıxışında mi namusumuz gedir? bu namus niyə belə yerlərdə ortaya çıxır? əsasən namus dediyinizdə nəyi nəzərdə tutursunuz? bu namus qadına məxsus bir orqanın mı adıdır yoxsa?! yoxsa qadın bədəninin hər bir yeri bizim üçün seks obyektidir mi? Məhbub Əmrahi Şikago - ILLINOIS 13 May 2016  

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN