Güney Azərbaycanın azadlıq harayı

Güney Azərbaycanın azadlıq harayı
Bugün güney azərbaycanın siyasi-ictimai qüvvəsi,şüphəsiz və sözsüz, azərbaycan milli hərəkətidir. Bəziləri bu milli hərəkətin kökünü 110 il  öncə iran fəzasında ortaya çıxan məşrutə hərəkatına ayit olduğunu irəli sürürlər. Daha sonralar,1919-cu il azadistan hüküməti və onun ardı sürə 1946-cı ildə dmokrat firqənin vasitəsiylə yaranan azərbaycan muxtariyyəti və sonunda isə iran devrimində azərbaycanın musəlman xalq cəbhəsinin gedişində görürlər. Ancaq bəzilərinə görə bu milli hərəkət 1990-ci ilin ilk başlarında ortaya çıxmışdır. Onlar düşünürlər sovyet ittifaqının dağılmasıyla dünya üzrə kapitalizm qütbü və neoliberalizm ideologiyasi,hakim kəsildi və bununlada globallaşma sürəci və demokratiya düşüncəsinin dalğaları iranıda etgilədi. Bununlada mərkəzçi və mütləqçi bir sistemlərə meydan oxundu. Onun ardı sürə isə neçə millətli ölkələrdə, milli azınlıqlarında artıq səsləri eşidilməyə başladi. Azərbaycanda olan kimlik və türkçülük hərəkatı bu dönəmdə gözə çarpmağa başlayır. Hər halda bu düşüncələrin hər ikisində nisbidə olsa həqiqətlər yaşamaqdadır.ancaq vurğulamalıyıq iran ölkəsində farsmehvərli bir düşüncənin yürüdülməsilə, qeyrfars etniklər özəlliklədə azərbaycan türkləri milli varlıqlarını itirmək təhlükəsiylə üzləşmişlər. bununlada iqtisadi şərayiti geriləyib və yer altı yerüstü sərvətləri mərkəz dövlət tərəfindən talanır kültürü və dili baykot edilir və bir sözlə milli huquqları tapdalanmağa başlayır. milli hərəkət isə bu siyasətlərin təpgisi olaraq ortaya çıxan bir ictimai hərəkətdir. Azərbaycan respublikasının müstəqil olması, günüylilərdə böyük sevinc və coşqu yaratmışdır. Beləliklə onlar milli mucadiləni daha keskin bir biçimdə irəli sürmüşlər. 90-ci illərdə qarabağ işğalina və ermənilərin cinayətlərinə etiraz edən güney azərbaycan elit, ziyalı və tələbələri, təbriz və tehranda etirz aksiyaları keçirmişlər. Sonralar iranda, reformçular tərəfindən yaradılan yarım açıq bir fəzadan yararlanan güney azərbaycan elit və ziyalıları, güny azərbaycanın milli haqlarını, millət arasında geniş bir şəkildə  yayımlamışlar. Tarix, dil, ədəbiyyat və iqtisad mövzusunda yayımlanan yüzlərcə kitab, dərgi və qəzetlər kütlə tərəfindən  böyük sevinc və maraqla qarşılanırdı. Artıq mərkəzdən yürüdülən farsmehvər düşüncə və siyasətlərin qınanılması və güney azərbaycan mehvər bir düşüncə ortaya çıxması başlamışdır. Doqtur çöhrəqanlının, təbriz şəhərindən, iran parlemanina aday olması, milli istəkləri siyası bir sahəyə çıxarmağa zəmin yaratmışdır. Ancaq çoxlu səs qazanmasına baxmayaraq, iran sistemi, hər tür çirkin əməllərlə onun qarşısını almağa nail oldular. Daha sonralar babək qalasında kütləvi qurultaylar, səttarxan məzarında yaradılan milli törənlər, savalan mərasimləri və ən esası isə 2006-cı ildə, güney azərbaycanın kütləvi və milli qiyamı, 2011-ci ildə urmu gölünün dövlət tərəfindən yürüdülən siyasətlər nəticisəndə qurudulmasına edilən etirazlar və 2015-ci ildə isə mərkəzə qarşı yaranan milli qiyam, bu hərəkətin canlı və güclü olmasına böyük bir subutlardandırlar. Bugün güney azərbaycan milli hərəkətinin ən tanınmış və karizmatik simalarından birisini, sözsüz ki abbas leysanlını sadalamaq olar. Abbas leysanlı 1967-ci il ərdəbil şəhərində anadan olmuşdur. Onun öz dediklərinə əsasən, farsçılığın çirkin siyasətlərinə, hələ esgərlik dönəmində şahid olub və beynində türkçülük qığılcımlar yaranmış imış. 90-cı illərin siyasi-ictimai fəaliyyətlərinin iştirakçısı olan abbas bəy, babək qalasında, səttarxan məzarında qurulan milli törənlərdə və güney azərbaycanın hər bir milli qiyamında iştirak edib və güclü nitq söyləmişdir. 2000-ci ildə ərdəbil şəhərində güvərçin dərnəyinin qurucularından birisi kimi tanınan abbas bəy, dədəqorqut boylarını nəzmə çəkmişdir. Muqavimət şerlərilə azərbaycan ədəbiyyatında bilə rol oynamışdır. 2004-cu il,iran dövləti, muğanın əkin və sənaye şirkətinin imtiyazını, ermənilərə vermək qərarına gələndə, o siyasətlərə etiraz edərək, ərdəbilin sərçeşmə məçidində bir neçə milli fəalla oturaq aksiyası keçirmişlər. Bununlada iranın əmniyəti və nizamı qüvvələri tərəfindən vəhşi bir saldırıya məruz qalmışlar. Bu saldırıda abbas bəyin qabırğası sınır və o qabırğası sınıq vəziyyətdə tək kameralı otaqda həbsə məruz qalır. Belə olan bir vəziyyətdə abbas bəy aclıq aksıyasına başlayır. Bununlada onun necə bir iradəyə və inama sahib olduğuna hamı şahid olur. 2006-ci ilin milli qiyam ərəfəsində iran əmniyəti qüvvələr tərəfindən ölümlə hədələnən abbas bəy,  zərrə qədər qorxmayan abbas bəy ərdəbil qiyamının lideri kimi çıxış edir. Elə bu qiyamın ardı sürə əmniyəti və nizami qüvvələr onun evinə basqın edib və uşaqlarının gözü önündü onu döyərək həbsə salırlar. məhkəmə qərarıyla 30 ay həbs cəzasına məhkum olunur. Və o həbs cəzasını müxtəlif həbsxanalarda keçirir. 2011-ci ilin sentiyabır ayında urmu gölünün dövlət tərəfindən qəsdən qurdulmasına etiraz etmək qərarına gəldikdə, ərdəbil şəhərinin 100 nəfərə yaxın fəallarıyla birgə tutuqlanırlar. Bu tutuqlamalara etiraz olaraq abbas bəy, 55 gün aclıq aksiyas keçirir. Sulduz, xoy və əhərdə keçirilən milli törənlərin ve dünya ana  dili günün mərasimlərində bilə tutuqlanmış abbas leysanlı, indi 2016-ci il şiraz şəhərində məhbusdur. Ancaq o həbsdə olduğu sürəcdə bilə milli mucadiləni davam etdirir. Abbas bəy ərdəbil, əhər, yəzd, şiraz, xoy və sayıra şəhərlərin zindanlarnıda həbs olunmuşdur. Ancaq  öz dediyinə istinadən əsarətdə və həbsdə yaşayan millətin azadlığı, azadlıq yolunda olan zindanlardan sovuşur. Mən  millətin azadlığına görə,həbs edildiyim zaman, özümü azad birisi bilirəm. Abbas bəyin onlarca məqaləsi sitələrdə derc olunmuşdur. onun tanınmış yazılarından, çöllükdə ılğım, soyuq savaş dönəmi güney azərbaycan məsələsi və zehn çöküntüləri, davranış böhranlarını ad aparmaq olar. Məhkəmə hökmlərinə yazdığı etiraz məktubları, bütün fəallar tərəfindən sevinc və maraqla oxunulur. Abbas bəyin durumuyla bağlı beynəlxalq bağış orqanı bir neçə dəfə iran hakimiyyətinə etiraz notası göndərmişdir. Abbas bəy dünyanın bir çox mediyasıyla musahibələri bilə olmuşdur. Azadlıq radiosuda o sıralardandır. Abba bəyin həyatına göz gəzdirdikdə, onun böyük bir mubariz olduğuna şahid oluruq. O bütün varlığıyla milli mucadiləyə qatılmışdır. Bütün basqı, işkəncə və həbslərə baxmayaraq o amansız bir quruluşun önündə qalxan kimi dayanmaqdadır. Yeri gəlmişkən deməliyik o iran kimi diktator bir sistemdə çox şeylərə nayil ola bilmişdir. Misal üçün ilk dəfə iran məhkəməsində farsca sorğulanmağa etiraz edib və türkcə bilən bir dilmacın məhkəməyə gətirilməsinə nayil olmuşdur. Dəfələrcə açıq məhkəmə istəməsinə baxmayaraq, iran məhkəməsi qorxaraq bu istəyini göz ardına almamışdır. Onun ayıləsi bilə iran hakimiyyəti tərəfindən, hər tür basqı və işkəncəyə məruz qalmışdır. Ancaq bütün bu amansızlıqlar, ədalətsizliklər, insandışı davranışlar, işkəncələr onu azadlıq yolunda dayandırıb və döndərə bilməmişdir. Abbas bəy güney azərbaycanda səslənən milli azadlıq harayının, ən böyük carçısıdır. O azadlıq nəğməsidir, türklük harayıdır və türk millətinin, azərbaycan yurdunun layiqli evladıdır. Abbas bəy milli mucadilənin güc qaynağı və dirənc, inam ilhamıdır. ancaq sonundada bunuda artırmalıyıq kı, abbas bəyi dəstəkləyən minlərcə milli fəaal vardır və hələdə onunla çiyin-çiyinə milli mubarizəni davam etdirməkdədirlər. Siyamək Mirzayi

Açar Sözlər

Məqalələr

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN